Üçüncü dövrə çatdıqda tam məşğulluq iqtisadiyyatın bütün bölmələrində özünü göstərir. Sənayenin bütün sahələri məhsul istehsalının artırılması tələbinə daha cavab verə bilmir. Bu isə o deməkdir ki, milli məhsulun real həcmi ən yüksək həddə çatmışdır və tələbin bundan sonra artması inflyasiyaya doğru aparır. Başqa sözlə, cəmiyyətin istehsal imkanlarından artıq olan ümumi tələb qiymətlərin artmasına səbəb ola bilər. Bu dövrdə tələbin inflyasiyasının başlıca şərtləri aşağıdakılardır:
1) Əhalinin tələbatının artması. Buna təsir edən əsas amillər isə əmək haqqının və məşğulluğun artmasıdır;
2) Iqtisadi yüksəliş dövründə investisiyaların və bununla əlaqədar olaraq kapital əmtəələrinə olan tələbin artması;
3) Dövlət xərclərinin (hərbi və sosial xərclərin) artması.
Dostları ilə paylaş: |