4. Inflyasiyanın sosial-iqtisadi nəticələri.
Inflyasiyanın yalnız səbəblərini aydınlaşdırmaqla ki-fayətlənmək olmaz, həm də onun sosial-iqtisadi nəticələrini nəzərdən keçirmək lazımdır.
Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir, ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da mütləq mənada hökmən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlərinin rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün istifadə edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələrdə mötədil (mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə əsasən belə nəticə çıxarmaq olar ki, inflyasiya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə, konyukturanı canlandıran amil kimi fəaliyyət göstərir. Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da artır. Lakin inflyasiyanın dərinləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında alınmalıdır. Çünki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik güclənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inkişafına əngəl törədilir, böyük məbləğdə xərc tələb olunur.
Inflyasiya nəinki ölkə daxilində tarazlığın pozulma-sına səbəb olur, həm də beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla əlaqədardır:
Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyu-tanın alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyu-tanın qiymətdən düşməsi isə valyuta dempinqinə səbəb olur.
Ikincisi, inflyasiya dünya qiymətlərinin artmasına sə-bəb olur. Inflyasiyanın təsiri ilə dünya bazarlarında qiymət-lərin artım sürəti daxili qiymətlərin artım sürəti ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keçmişdir. BVF-nin eks-pertləri bunu ixrac olunan neftin qiymətlərinin artması ilə izah edirlər.
Üçüncüsü, qiymətlərin artması ixrac olunan məh-sulların rəqabət mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını gücləndirir, tədiyə balansının tarazlaşdı-rılmasını çətinləşqdirir.
Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsindəki qeyri-bərabərlik valyuta məzənnələrinin qeyri - ekvivalentliyini gücləndirir, onların rəsmi və bazar məzən-nələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbə-sində valyuta məzənnələrinin sabitləşdirilməsini çətinləşdi-rir, məzənnələr arasındakı nisbətlərə yenidən baxılmasını zəruri edir.
Beləliklə, inflyasiya təkcə daxili problem olmaqla qalmır, həm də beynəlxalq valyuta münasibətlərində dağı-dıcı qüvvəyə çevrilir.
Inflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqra-mın işlənib hazırlanması iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, onların aradan qaldırılması və ya azaldılmasına təsir göstərən iqtisadi tədbirlər sistemi təşkil etməlidir.
Dostları ilə paylaş: |