Inflyasiya şəraitində iki üsuldan istifadə edilə bilər. Bunlardan biri inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirləri həyata keçirməklə onu aradan qaldırmaqdan ibarətdir. Ayrı-ayrı ölkələrdə bu dilemmaya müxtəlif üsul-larla yanaşılır. Məsələn, ABŞ və Ingiltərədə inflyasiya ilə fəal mübarizə aparılır, başqa ölkələrdə isə kompleks uyğunlaşma tədbirləri işlənib hazırlanır.
Uyğunlaşma siyasəti ona əsaslanır ki, bazar iqtisa-diyyatının bütün subyektləri (ev təsərrüfatları, firmalar, dövlət) öz fəaliyyətlərində inflyasiyanı pulun alıcılıq qabi-liyyətinin aşağı düşməsi nəticəsində onlara dəyən ziyanın kəmiyyəti ilə ölçürlər. Dünya təcrübəsində pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində dəyən ziyanın ödənilməsinin iki metodu vardır. Bunlardan ən geniş yayı-lanı faiz dərəcəsinin indeksləşdirilməsidir. Bu metodun ma-hiyyəti ondan ibarətdir ki, faiz dərəcəsi inflyasiya qədər artırılır. Ikinci metod isə qoyulmuş investisiyaların ilkin məbləğinin indeksləşdirilməsidir. Başqa sözlə, bu, vaxtaşırı olaraq qabaqcadan şərtləşdirilmiş indeksin köməyilə həmin məbləğin təshih olunması deməkdir.
Ev təsərrüfatları inflyasiyaya əlavə gəlir mənbələri axtarıb tapmaqla uyğunlaşmağa çalışırlar. Işçilər özlərini inflyasiyadan qorumaq üçün inflyasiyaya uyğun olaraq müqaviləyə əmək haqqının təshis olunmasına dair xüsusi bənd daxil edilməsinə cəhd göstərirlər.
Firmalar da inflyasiya şəraitində özlərinin iqtisadi siyasətlərini dəyişdirirlər. Bu, öz ifadəsini onda tapır ki, onlar investisiyaların daha tez qaytarılmasını təmin edən qısa müddətli layihələri həyata keçirməyə çalışırlar.
Xüsusi dövriyyə vəsaitlərinin çatışmaması firmaları səhm və istiqrazlar buraxmağa, habelə lizinq və faktorinq vasitəsilə yeni xarici maliyyə mənbələri axtarmağa sövq edir. Bu, dövriyyə vəsaitinin tərkibində cəlb edilmiş vəsa-itlərin xüsusi çəkisinin və firmaların maliyyə riskinin artma-sına səbəb olur. Onlar, həmçinin kreditor borclarının çox olmasına, bankdakı hesablarında az məbləğdə pul vəsaiti saxlamağa səy göstərirlər.
Firmalar inflyasiya şəraitində özlərinin mənfəətdən istifadə olunması sahəsində yeritdikləri siyasətlərini də də-yişməyə məcbur olurlar. Belə ki, onlar həm maddi marağın təmin olunmasına yönəldilən vəsaiti artırır, həm də xalis mənfəətdən istehsalın inkişaf etdirilməsinə daha çox vəsait sərf edirlər.
Tarixdə hökumətin inflyasiya şəraitinə uyğunlaşması siyasətinin bir çox variantları məlumdur. Məsələn, XX əsrin 60-70-ci illərində Ingiltərədə və digər ölkələrdə çox ehtiyatla irəliləmə siyasəti yeridilmişdir. Lakin bu, özünü doğrultma-mışdır. Çünki qiymətlərin artmasının qarşısının alınmasına yönədilmiş tədbirlər əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.
Başqa bir siyasət qiymətlərlə əmək haqqı arasındakı nisbətə nəzarət qoyulmasına əsaslanmışdır. Lakin bu siyasət qısa müddətli dövrdə (məsələn, ABŞ-da 1951-1952-ci, Fin-landiyada 1967-1971-ci illərdə) müsbət nəticələr versə də, uzun müddətli dövrdə özünü doğrultmamış, məşhurlaşa bilməmişdir.
Inflyasiyanın Keynscəsinə izah edilməsinin tərəfdar-ları, "struktur inflyasiya" və "təklifin iqtisadiyyatı" nəzəriy-yəsinin nümayəndələri öz proqramlarında daha təsirli vasi-tələrdən istifadə olunmasını təklif edirlər. Bunlara qiymət-lərin və əmək məhsuldarlığının müvəqqəti dondurulmasını, vergi sisteminin köməyilə sahibkarlığın stimullaşdırılmasını, əmanətlərə təminat verilməsində əhalinin etibarının qazanılmasını, çox böyük həyati əhəmiyyətə malik olan sahə və istehsalatların fəaliyyət göstərmələrinin təmin edilməsini və s. misal göstərmək olar.
Inflyasiya şəraitində yeridilən dövlət siyasətinin başqa bir variantı, onun qarşısının alınması üçün həyata keçirilən tədbirlərə dövlətin müdaxilə etməsinin son dərəcə azaldılmasıdır. Buna firmaların daxili və dünya bazarlarında fəaliyyətlərinin və qiymətlərin liberallaşdırılmasına imkan verən proqramları (əmək haqqının artırılması məhdudlaşdırılan zaman sərbəst qiymətlərdən istifadə olunması, milli valyutanın sabitliyinin qorunub saxlanması üçün tədbirlər görülməsi və i.a.) misal göstərmək olar.
Qərbin müxtəlif ölkələrində yüksək inflyasiya ilə mü-barizədə hər iki proqramdakı müsbət cəhətlərdən qarşılıqlı surətdə istifadə olunur.
Reyqanın prezidentliyi dövründə ABŞ-da həyata keçirilən iqtisadi tədbirlər diqqəti daha çox cəlb etdiyinə görə onu qısaca nəzərdən keçirək. Bu dövrdə ABŞ-da inflyasiya əleyhinə həyata keçirilən siyasətin əsasını sosial proqramların və dövlət xərclərinin xeyli azaldılması, dövlət büdcəsi kəsirinin ləğv edilməsi və ardıcıl olaraq kəskin, məhdudlaşdırıcı kredit-pul siyasətinin yeridilməsi təşkil etmişdir. Proqramın məqsədi yüksək inflyasiya və işsizliyə qarşı mübarizə aparmaqdan ibarət olmuşdur. Beləliklə, "reyqanomika" "təklif iqtisadiyyatının", Monetar və Keyns metodları və konsepsiyalarının əlaqələndirilməsinə əsaslanmışdır. Bütün bunlar hətta ETT-ni sürətləndirmək və əmək məhsuldarlığını yüksəltməklə "çaparaq" inflyasiyanın illik səviyyəsinin 4-6% aşağı salınmasına səbəb olmuşdur.
Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin hamı-sında demək olar ki, inflyasiya olmuş, onlar bunun ağrı-acısını bu və ya digər dərəcədə görmüşlər. Bütün bunlar isə həmin ölkələrin bu sahədə təcrübələrinin öyrənilməsini zəruri edir.
Bəzən inflyasiyanın və onun nəticələrinin aradan qal-dırılması üçün daha sərt tədbirlərə əl atılır. Belə tədbirlərə valyutanı sabitləşdirməyin aşağıdakı metodlarını misal göstərmək olar:
1) Nullifikasiya1. Bu o deməkdir ki, qiymətdən düşmüş pul nişanı ləğv edilir, etibarsız elan olunur və onun əvəzinə tədavülə yeni valyuta buraxılır.
2) Valyutanın restavrasiyası (bərpa olunması). Qızıl monometalizm dövründə istifadə olunmuş bu metodda ban-knotun qızıla dəyişdirilməsinin bərpa olunması istehsalın artımını, büdcə kəsirinin ləğv olunmasını və deflyasiya1 apa-rılmasını qabaqlayır. Deflyasiya pulun qiymətindən düşmə-sini ləngidir. Deflyasiyadan bir qayda olaraq pul islahatına hazırlıq kimi stifadə edilir. Deflyasiya bir sıra maliyyə-kredit tədbirlərinin vasitəsilə həyata keçirilir. Belə tədbirlərə vergilərin artırılması, dövlət xərclərinin azaldılması, əmək haqqının dondurulması, dövlət tərəfindən buraxılan qiymət-li kağızların açıq bazarlarda satışının ixtisar edilməsi, borc faizinin yüksəldilməsi və s. aiddir.
3) Devalvasiya2. Bu, bir ölkənin valyutasının məzən-nəsinin başqa bir ölkənin valyutasının məzənnəsinə nis-bətən aşağı düşməsi deməkdir. Devalvasiya pulun qiymət-dən düşməsini hüquqi cəhətdən möhkəmləndirir.
Dostları ilə paylaş: |