Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir.
Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var : fırlanma hərəkəti və rəqsi hərəkət.
Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir.
Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir.
Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir.
Rəqs tezliyi - 1 san-dəki rəqslərin sayıdır, {\displaystyle \nu }v ilə işarə olunur, ölçü vahidi 1/san=1Hs (hers).
Rəqs periodu - bir tam rəqsə sərf olunan zamandır, T ilə işarə olunur və ölçü vahidi 1san-dir.
Rəqs amplitudu A(Xm) - rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafədir, A ilə (və ya xm) işarə olunur və BS-də ölçü vahidi 1m (metr) -dir.
Yaylı rəqqas - yaydan asılmış yükdür.
Riyazi rəqqas - uzanmayan çəkisiz sapdan asılmış maddi nöqtədir.
Məcburi rəqs - sistemin itirdiyi enerjinin periodik dəyişən xarici qüvvələr hesabına bərpa olunması nəticəsində yaranan rəqslərdir.
Məcburi rəqslər dəyişən xarici qüvvənin təsirindən sistemdə yaranan yırğalanmadır. Bu rəqslərin növü həm xarici qüvvənin xarakterindən, həmdə sistemin özünün xassələridən asılıdır.
Sistemə periodik təsir edən xarici qüvvələrdə məcburi rəqslərin xarakteri vaxtdan asılı olaraq dəyişir (xüsusi halda məcburi rəqslər periodik deyillər), və müəyyən bir vaxt keçdikdə bu məcburi rəqslər dövri olaraq qərarlaşır (buna qərarlaşmış məcburi rəqslər də deyilir). Məcburi rəqslərin qərarlaşması yırğalanan sistemdə rəqslərin sönməsindən asılı olaraq baş verir.
Xətti yırğalanan sistemlərdə xarici qüvvənin təsiri zamanı sistemdə eyni zamanda sərbəst rəqslər yaranır. Bu sərbəst rəqslərin amplitudaları məcburi rəqslərin amplitudalarına bərabər, fazaları isə əks istiqamətli olurlar. Müəyyən bir vaxtdan sonra sərbəst rəqslər tədricən sönür ve sistemə yalnız qərarlaşmış rəqslər təsir edirlər. Sistemə təsir edən xarici qüvvənin amplitudası, məcburi rəqslərin söndürül-məsindən asılıdır.
Əgər söndürmə aşağı olarsa, onda rəqslərin amplitudası təsir edən qüvvənin tezliyi ilə sistemin məxsusi tezliyi arasındakı nisbətdən asılı olaraq yaranır. Xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi tezliyinə yaxınlaşdıqca, məcburi rəqslərin amplitudası kəskin olaraq böyüyür və rezonans hali yaranır.
Bu vaxta kimi baxdığımız rəqslər, elastiki və ya kvazi elastiki qüvvənin təsiri nəticəsində baş verirdi. Hər bir real rəqs sisteminə mühitin sürtünmə qüvvəsi təsir edir ki, bu qüvvə onun enerjisinin azalmasına səbəb olur. Enerji itkisi xarici qüvvələrin təsiri nətiəsində bərpa olunmazsa, bu halda rəqqasın rəqsi sönür. Deməli, sürtünmənin mövcud olduğu mühitdə rəqs edən sistemə xarici məcburedici qüvvə təsir etmirsə, rəqslər sönən olur.
Sönən rəqsləri təcrübədə Maksvel rəqqası vasitəsilə müşahidə etmək olar. Maksvel rəqqası oxuna ip salınmış diskdən ibarətdir. Ağırlıq qüvvəsinin təsiri nəticəsində Maksvel rəqqası şaquli istiqamətdə öz oxu ətrafında rəqs edir. İpi rəqqasın oxuna dolamaqla rəqqası hər hansı h hündürlüyünə qaldırıb, ona mgh potensial enerjisi veririk. Rəqqası buraxdıqda o, hərəkət edib aşağı kənar vəziyyətinə düşür, ətaləti nəticəsində orada dayanmayıb yenidən yuxarı kənar vəziyyətinə qalxmır, enerjinin bir hissəsi sürtünmə qüvvəsinə qarşı görülən işə sərf olunur. Bu hərəkət təkrarlanaraq müəyyən vaxtdan sonra dayanır.
Bu halda əmələ gələn rəqslər harmonik rəqsi hərəkət olmur. Sürtünmə qüvvəsi hərəkəti yavaşıtdığından rəqsin periodu artır, amplitudu isə azalır. Amplitudun azalması və periodun artması rəqs edən cismə təsir edən sürtünmə qüvvəsinin təbiətindən asılıdır.
Bir – birindən 1 tam period fərqlənən amplitudun iki ardıcıl qiyməti nisbətinin loqarifmasına sönmənin loqarifmik dekrementi deyilir :