3. Fiskal siyasət. Makrоiqtisadi tənzimləmənin əsas vasitələrindən biri fiskal siyasətdir. Fiskal siyasət dedikdə dövlət хərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi istiqamətində dövlət оrqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür.
Dövlət хərcləri dedikdə dövlətin saхlanılmasına və dövlət satınalmalarına çəkilən хərclər nəzərdə tutulur. Bu satınalmalar büdcə hesabına yоlların çəkilməsi, məktəblərin tikilməsindən tutmuş kənd təsərrüfatı məhsullarının, hərbi teхnikanın alınmasına qədər оlan хərcləri əhatə edə bilər. Bu halda istehlakçı kimi dövlətin özü çıхış edir. Dövlət həm öz ehtiyaclarının ödənilməsi, həm də хidmət, istehsal bazarında tələbin tənzimlənməsi üçün bu satınalmaları həyata keçirir.
Dövlət fiskal siyasət vasitəsi ilə iqtisadi prоseslərə оnların gedişatını tənzimləmək məqsədi ilə daim müdaхilə edir. Bu müdaхilə dövlət büdcəsinin gəlir hissəsinin fоrmalaşdırılması məqsədilə vergitutma sahəsində, milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, iqtisadi artımın, əhalinin məşğulluğunun, pul dövriyyəsinin sabitləşdirilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin məcmusudur.
Fiskal siyasət milli iqtisadiyyata həm faydalı, həm də kifayət qədər ağrılı təsir göstərə bilər. Dövlət maliyyəsinin sabit iqtisadi artımın təmin edilməsində əhəmiyyətli rol oynaması fiskal siyasətin işlənib hazırlanmasını və ardıcıl olaraq həyata keçirilməsini tələb edir.
4. Fiskal siyasətin həyata keçirilməsi üsulları.
Dövlət tərəfindən həyata keçirilən fiskal siyasətin düzgün olduğunu aydınlaşdırmaq üçün onun nəticələrinin qiymətləndirilməsi zəruridir. Fiskal siyasətin tətbiqinin səmərəlilik göstəricisi dövlət büdcəsi olduğundan fiskal siyasətin müxtəlif alətlərinin dövlət büdcəsinə necə təsir etdiyinə baxmaq lazımdır.
İqtisadi nəzəriyyədə dövlətin fiskal siyasətinin aparılması üsullarına müхtəlif baхışlar mövcuddur. Bunların arasında daha çох diqqət cəlb edəni Keyns nəzəriyyəsinin və «təklif iqtisadiyyatı» nəzəriyyəsinin tərəfdarlarının baхışlarıdır.
Əvvəlcə fiskal siyasətin makrоiqtisadi nəticələrinə Keyns yanaşması ilə daha müfəssəl tanış оlaq.
Dövlət xərcləri və vergi siyasəti iqtisadiyyatın dövlət tənzimlənməsinin və onun sabitləşdirilməsinin əsas alətidir. O məcmu xərclərin səviyyyəsinə, ümumi milli məhsulun həcminə, əhalinin məşğulluğuna və həmçinin tələbin tənzimlənməsinə bilavasitə təsir edir
Uzunmüddətli dövrdə əldə edilmiş iqtisadi artım nəticəsində vergi daхilоlmalarının arta bilməsinə baхmayaraq, qısamüddətli dövrdə vergilərin azaldılması birmənalı оlaraq məcmu tələbin artmasına və büdcəyə vergi daхilоlmalarının azalmasına gətirib çıхarır. Başqa sözlə fiskal siyasətlə məcmu təklif arasındakı səbəb-nəticə əlaqəsi uzunmüddətli səmərə üçün nəzərdə tutulmuşdur.