FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


III. Oxuda ədəbi tələffüz



Yüklə 0,72 Mb.
səhifə63/116
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#113191
1   ...   59   60   61   62   63   64   65   66   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

III. Oxuda ədəbi tələffüz.

Oxunun ifadəliliyi onun ədəbi tələffüz normalarına nə dərəcədə uyğunluğu ilə də ölçülür.

Dilimizdə sözlərin böyük əksəriyyəti yazıldığı kimi tələffüz olunmur. Danışığın daha asan və şirin olması orfoepik normalara əməl edilməsindən asılıdır.

Bu prosesdə ədəbi tələffüz normalarının pozulması onun ifadəliliyini aşağı salır, dinləyənin diqqətini yayındırır, məzmunun şüurlu, ifadəli qavranmasına mane olur, onun dinləyiciyə estetik təsirini zəiflədir. Ona görə də müəllim şagirdlərə orfoepik normalar haqqında nəzəri məlumat çatdırmaqla, onların nitqindəki orfoepik normalar haqqında nəzəri məlumat çatdırmaqla, onların nitqindəki orfoepik nöqsanlar üzərində düzəliş aparmaqla kifayətlənməməli, həm də düzgün oxu nümunəsi verməlidir.

Əlifba təlimi dövründən etibarən şagirdlərin sözləri yazıldığı kimi tələffüz etmələrinə («Orfoqrafik tələffüzə», «kitab tələffüzünə») yol verilməməlidir. Bu mərhələdə şagird düzgün yolu yalnız müəllimin nümunəvi oxusunun köməyi ilə seçə bilər. Əgər şagird alim, afərin, nadinc kimi sözlərdə çətinlik çəkmədən a saitini uzun tələffüz etməyi bacarırsa, almaya, məhləyə, körpəyə, anaya, işləyir, başlayır, gözləyir və s. sözlərin gözlüyür, və s.) müəllimdən öyrənməlidir.

Oxu prosesində müəllimin nümunəsinə əsaslanan bir sıra təmrinlər yerinə yetirilir: məsələn, müəllim mətni oxuyarkən şagirdlər onun hansı sözləri orfoepik normalara uyğun tələffüz etdiyini tapıb, özləri də o cür tələffüz edirlər. Bəzən müəllim əvvəlcə yazıldığı kimi, sonra orfoepik normalara uyğun oxuyub, müqayisə aparmağı tələb edir.

Bu işdəşagirdlərin fəallığını artırmaq məqsədilə daha çox müstəqillik tələb edən tapşırıqlar vermək lazımdır: məsələn, şagird oxuyur, müəllim və ya yoldaşları hansı sözlərin düzgün tələffüz olunmadığını bildirirlər; şagirdlər öz səhvini düzəldir; müəllim şagirdin səhvə yol verdiyi hala aid qrammatik – orfoepik qaydanı xatırladır, onun səhvinə düzəliş verir və s.

Orfoepik normaların öyrədilməsi üçün şerlər daha əlverişlidir. Şerlərdəki yığcamlıq və bədiilik orfoepik normaların qabarıq şəkildə verilməsini təmin edir. Bir misranı nəzərdən keçirək:


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin