Şagirdlər durğu işarələrinə əməl etmədikdə (ikinci misradan sonra fasilə verdikdə) ifadəliliyin nə qədər pozulduğunu görürlər.
Bəzən şagirdlər durğu işarələrinin əsl mahiyyəti yaxşı mənimsədilmir, “vergül olan yerdə qısa nöqtəli vergül olan yerdə bir qədər artıq, nöqtədə isə daha uzun fasilə lazımdır ” kimi məsləhət verməklə durğu işarələrinin, əsasən, müəyyən intonasiya əlaməti olması unudulur. Beləliklə, şagirdlərdə durğu işarələri haqqında birtərəfli və yalnış təsəvvür yaranır. Müəllim yeri gəldikcə, sual işarəsi olan yerdə də nöqtədki qədər dayanmağın, sual ifadə edən sözdə əsas tonunu ucaltmağın lazım olduğunu başa salmalıdır.