Alət materiallarından istehsalatda ən geniş yayılanı alət poladlarıdır. Bu poladlar yüksək
möhkəmlik və yeyilməyə qarşı xassələrinə görə alət istehsalında geniş istifadə olunur.
Alət poladları əsasən üç qrupa bölünür: karbonlu, legirlənmiş və tezkəsən alət poladları. •
Karbonlu alət poladlarıda öz növbəsində iki qrupa bölünür; adi və yüksək keyfiyyətli poladlar. Adi karbonlu poladlara У(U)7...У13, yüksək keyfiyyətli poladlara isə У7A... У13A aiddir. Burada axırıncı rəqəm karbonun miqdarını faizlə göstərir. Bundan başqa poladların tərkibinə Cr, Ni, M 0,15...0,2 % və Mn, Si isə 0,25...0,3% daxildir.
Karbonlu alət poladları aşağı səviyyəli kəsmə qabiliyyətinə malikdirlər. İstiliyə davamlılığı
2000 S-dən çox temperatudra belə poladlar bərkliyini və dayanıqlığını tez itirirlər.
Belə poladlardan hazırlanmış alətlərlə işlədikdə soyuducu-yağlayıcı mayedən (SYM) istifadə etmək lazımdır. Aşağı səviyyəli kəsmə qabiliyyəti olduğuna görə belə alət poladlarından У7...У9 çilingər, ağac emlında və dəmirçi işlərində istifadə olunan alətlər hazırlanır.
У10A...У13A-dan isə əllə işlənən alətlər, məsələn: yeyə, yiv burğusu, plaşka, payberlər hazırlanır. Belə alət poladlarından hazırlanmış alətlər deformasiyaya uğraya bilmədiklərindən onlardan uzun və mürəkkəb profilli alətlər hazırlamaq olmaz. Pardaxlama zamanı böyük kontakt temperaturu alətin səthində bərklik və kəsmə qabiliyyətini azaltdığına görə belə alətlərin profilini pardaxlamaq olmaz.