Heca yazısı - Hecalar şərti işarələrlə göstərilən yazıya sillaboqrafik, yaxud heca yazısı deyilir. Bu yazının tələbinə görə dildə nə qədər heca varsa, bir o qədər də işarə olmalıdır.
Heca yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri də Şumerlərin yazısıdır. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin əvvəlində Şumer yazısında əmələ gəlmişdir.
Şumerlərin dili haqqında bir sıra fikirlər söylənilmişdir. 1938-ci ildə şumer dilini ilk dəfə türk dilləri ilə əlaqələndirməyə cəhd göstərmişlər. Onların ilk yazısı pintoqrafik xarakterli olmuşdur. Bu yazı zahiri əlamətlərinə görə başqa yazılardan fərqlənirdi. İşarələri mismara-mıxa bənzəyirdi. Azərbaycan dilində “mixi yazı” adlandırılır.
Heca yazısı eramızdan əvvəl lll minillikdə akkadlar, sonra babillər və assurilər tərəfindən mənimsənilmişdir. Həmin xalqların dilləri Sami dilləri qrupuna aiddir.
Tarixi faktlar göstərir ki, heca yazı tipindən minoy, hind və s. yazı sistemlərində istifadə olunmuşdur. Bu yazıdan da dünya xalqlarının, təxminən, 25%-i istifadə edir.
Bu yazıdan istifadə edənlərdən biri də yaponlardır. Lakin yaponların yazısı heç də sırf heca yazısı deyildir. Müasir yapon yazısının 2 qrafik forması vardır- kataqan və xiraqan.
Sillaboqrafik yazının əlamətləri müasir rus yazısında da vardır. Heca yazısı ideoqrafik yazıdan daha üstündür. Lakin səs yazısı ilə müqayisədə mənfi cəhəti işarələrinin çox olmasıdır.
Fonoqrafik yazı - Şərti işarələrlə dilin səslərini əsk etdirən yazıya fonoqrafik, yaxud səs yazısı deyilir. Mütəxəssislər bu yazının yaranmasını ticarətin inkişaf etdiyi Yaxın Şərqlə bağlayırlar. Yazının digər növlərindən fərqli olaraq, fonoqrafik yazıda dilin bu və ya digər səsi, ayrı-ayrı hərflərlə yanaşı, digər işarələrdən (apostrof, hərəkə və s.) də istifadə olunur.
Hərfli yazı çox mürəkkəb proses əsasında yaranmışdır. Və bir neçə əsr ərzində inkişaf etmişdir. Hərfli yazı barbarlıq dövrünün lll pilləsində əmələ gəlmişdir. F.Engels cəmiyyətin barbarlıqdan mədəniyyət dövrünə keçməsində səs yazısının böyük əhəmiyyətə malik olduğunu qeyd edir.
Bu yazı tipi xarakterlərinə görə 2 yerə bölünür: konsonant və vokallaşdırılmış yazı.
Yalnız samit səslərin hərflərlə göstərildiyi yazı konsonant yazıdır. Həm sait, həm samit səslərin əks olunduğu yazı vokallaşdırılmış, yəni tam fonoqrafik yazıdır.
V.İstrinin müəyyən etdiyinə görə müasir dövrdə dünya xalqlarının 50%-i bu yazıdan istifadə edir.
Beləliklə dünyada 4 yazı tipinin hər birindən istifadə olunur.
Yazı düz xətt boyunca düzülmüş vahidlərin ardıcıllığı olanda o fonetik prinsipə əsaslanır. Dilin hər bir foneminin yazıda öz işarəsi-qrofemi olur. Bu gün latın, aromeik, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya dilləri üçün əsas götürülür.
Yazı müasir insanların dünya görünüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb edib və edəcək. Biz yazı vasitəsilə biliklərə yiyələnir, müxtəlif elmlərin sirlərini öyrənə bilirik. Ona görə də yazının həyatımızda nə qədər əhəmiyyətli olduğunu unutmamalıyıq.
sə bir hərf müvafiq olaraq bir səsi bildirir.
Belə bir hipoteza var ki, inklərin istifadə etdiyi ip düyünləri, kipu, əslində yazı nümunələridir