Maddə 16 - Yardım haqqında müraciətin rəddi
Bu Konvensiyanın 13 və 14-cü maddələrinə müvafiq olaraq yardım haqqında müraciət ünvanlanan təyin edilmiş orqan aşağıdakı hallardan başqa digər hallarda müraciətin icrasından imtina edə bilməz:
a müraciət cavab vermək üçün məsul orqanın məlumatın müdafiəsi sahəsində səlahiyyətlərinə uyğun olmadıqda;
b müraciət bu Konvensiyanın müddəalarına uyğun olmadıqda;
c müraciətə uyğunluq, təyin edildiyi tərəfin suverenliyinə, təhlükəsizliyinə və ya ictimai qaydasına (ordre public) və yaxud bu Tərəfin yurisdiksiyasında olan şəxslərin hüquq və fundamental azadlıqlarına uyğun gəlmədikdə.
Dostları ilə paylaş: |