Azərbaycan Respublikasının "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya üzrə BƏYANATI Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.
Azərbaycan Respublikasının "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya üzrə BƏYANATI Azərbaycan Respublikası bəyan edir ki, Azərbaycan Respublikası tərəfindən bu Konvensiyanın müddəalarından irəli gələn hüquq və öhdəliklər Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.