280
və müəssisə səviyyəsində (mikro və makro səviyyədə) baş
verir. Ölkə səviyyəsində (makro səviyyədə) maliyyə risk-
ləri pulun inflyasiyası, deflyasiyası, valyuta məzənnəsinin
dəyişməsi ilə əlaqədar risklərdir.
Mikrosəviyyədə maliyyə
risklərinə müəssisələr ara-
sında maliyyə hesabatlarının başa çatmaması, debitorun if-
lasa uğraması, büdcə və qeyri-büdcə təşkilatlarına ödənil-
məli olan vəsaitlərə gecikmə faizlərinin hesablanması,
kreditlərin geri qaytarılması halları ilə əlaqədar risklərdir.
Riskin baş verib-verməməsi sahibkarın iradəsindən
asılı ola və olmaya bilər. Risklər baş vermə ehtimalına gö-
rə qarşısı alınan və qarşısı alınmaz risklərə bölünür.
Qarşısı alınan risklərin baş verməməsi müəssisə rəh-
bərlərinin iradəsindən asılı ola bilər. Məsələn, əmlak risk-
lərində qəza, təxribatçılıq risklərinin,
istehsal risklərində
istismar şərtlərinə əməl etməməyə görə texnikanın sıradan
çıxması riskinin, ticarət risklərində malların xarab olması,
saxlanma müddətinin ötməsi ilə əlaqədar risklərin baş
verməsinin qarşısının alınması müəssisə rəhbəri tərəfindən
mümkündür.
Dostları ilə paylaş: