Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


partiyasının həcminə görə güzəşt, mövsümi güzəştlər və



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə62/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   126
beynelxalq-biznes


partiyasının həcminə görə güzəşt, mövsümi güzəştlər və 
s.) edirlər. Bununla əlaqədar olaraq qiymət güzəştlərinin 
müəyyənləşdirilməsi mərhələsində istehsalçı son və aralıq 
alıcılara ediləcək güzəştlərin növlərini və səviyyəsini 
müəyyənləşdirir. 
10. Müəssisə son qiymətin müəyyən edilməsi mərhə-
ləsində məhsulun ilkin qiymətini və ediləcək güzəştlərin 
səviyyəsini nəzərə almaqla onun son qiymətini müəyyən-
ləşdirir. 
11. Nəhayət, fəaliyyətin nəticəsinin qiymətləndiril-
məsi mərhələsində qiymətqoymanın nəticəsi təhlil edilir, 
qarşıya qoyulmuş məqsəddən kənarlaşmalar və onun sə-
bəbləri araşdırılır, əldə edilmiş nailiyyətlərin möhkəmlən-
dirilməsi və inkişaf etdirilməsi, uğursuzluqların aradan 
qaldırılması üzrə tədbirlər hazırlanır. 
12. Məhsulun qiymətinin müəyyən edilməsində 
aşağıdakı metodlardan istifadə edilir: 
13. a) xərclərə əsaslanan qiymətqoyma metodundan;
14. b) rəqabətə əsaslanan qiymətqoyma metodun-
dan;
15. c) tələbə əsaslanan qiymətqoyma metodundan;
16. ç) marketinqə əsaslanan qiymətqoyma metodun-
dan istifadə edilir. 
 


152 
9.2. Beynəlxalq əməliyyatlarda qiymətlərin müxtəlif 
növündən istifadə və xərclərə əsaslanan qiymətqoyma 
metodları 
 
Beynəlxalq biznesdə qiymətlərin formalaşmasında 
iki əmtəə qrupu dəqiq ayrılır: 
1. Xammal məhsulları. 
2. Hazır məhsul. 
Birinci qrupa enerji daşıyıcıları, material və kənd tə-
sərrüfatı xammalı, habelə ərzaq məhsullarının bəzi növ-
ləri, meşə məhsulları, kənd təsərrüfatı gübrələri və s. aiud-
dir. 
İkinci qrupa təcrübü olaraq yerdə qalan məhsulların 
hamısı emal sənayesi məhsulları, maşınqayırma məhsul-
ları və s. Metallar isə hər iki qrupun xüsusiyyətlərini özün-
də birləşdirir. 
İlkin xammal üzrə qiymətlər spesifik xüsusiyyətlərə 
malikdir: 
1. Xammal məhsulları hazır məhsullara nisbətən mü-
qayisədə informasiya baxımından daha ―açıq‖dır. Bu 
onunla bağlıdır ki, kəmiyyət xarakyteristikaları və onların 
müvafiq qiymət nisbətləri müqayisələr üçün daha şəffafdır. 
2. Burada istehsalçıların qiyməətlərlə manevr etməsi 
üçün imkanlar, hazır məhsullarla ticarətdəkindən daha az-
dır və qiymət rəqabətindən az istifadə olunur. 
3. Xammal məhsulları bütövlükdə istər əmtəələrin 
öz əvəzedicilərinin, istərsə də malgöndərənlərin seçilmə-
sində daha standart və qarşılıqlı əvəzolunandır. 
Xammal əmtəələrinin beynəlxalq ticarətində əmtəə 
birjalarından geniş istifadə olunur ki, bu sektorda qiymət-


153 
lərin müəyyən edilməsi qaydası uzun illər cilalanmış və 
ciddi qaydalara tabe edilmişdir. 
Emal sənayesi məhsullarının qiymətlərinin spesifik 
xüsusiyyəti ona əsaslanmışdır ki, konkret əmtəə üzrə orta 
statistik səviyyəni hesablamaq son dərəcə çətindir. Bu hər 
şeydən əvvəl, emal sənayesinin özünün məhsullarının 
spesifik xüsusiyyətləri ilə bağlıdır. Onun əsas əlamətlərinə 
isə aşağıdakılar aiddir: 
1. Emal sənayesi məhsullarının növləri, yarımnövlə-
ri, tipik növləri və digər göstəriciləri. 
2. Bir çox maşın və avadanlıqların mürəkkəb keyfiy-
yət xarakteristikalarının müqayisəsində çətinliklərin ol-
ması. 
3. Keyfiyyət xarakteristikalarının dinamik olması, 
yəni yeni texnologiyaların, yeni keyfiyyət dəyişmələri ya-
ratmaşı. 
4. Beynəlxalq ticarətin inkişafı bazarlarda yeni əm-
təələrin və əmtəə çeşidlərinin tez-tez dəyişməsi. 
5. İdxalçı ölkədə avadanlığın istismarı ilə bağlı 
ehtiyat hissələri və xidmətlərinə uzunmüddətli ehtiyacın 
yaranması. 
6. İnvestisiya qoyuluşları nəticəsində yeni əmtəələr 
meydana gəldikdə idxalçı ölkələr üçün yeni əmtəələrin 
formalaşması qiymətlərə təsir göstərir və s. 
Xammal və hazır məhsullar üzrə qiymətlərin əmələ 
gəlməsinin qeyd edilən xüsusiyyətləri ona gətirib çıxarır 
ki, makrosəviyyədə, dövlətlərarası səviyyədə tez-tez bir-
birindən xarici ticarətin xarakteri və məzmunu ilə kəskin 
fərqlənən sənayecə inkişaf etmiş və inkişaf etməkdə olan 
ölkələr arasında problemlər yaradır. 


154 
Nəticədə əmtəə qrupu üzrə qiymətlərin nisbəti dina-
mikası mərkəzləşdirilməklə ölkələrin ―ticarət şərtləri‖ndə 
(terms of trade) öz ifadəsini tapmış olur. 
Qiymətqoyma qərarlarına təsir edən amillər 2 yerə 
bölünür: 
1) Daxili amillər. 
2) Xarici amillər. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin