FəSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar


§ 3. "KAPİTALIN SON SƏMƏRƏLİLİYİ". ƏMANƏT VƏ İNVESTİSİYA. FAİZ NƏZƏRİYYƏSİ



Yüklə 0,7 Mb.
səhifə17/29
tarix15.04.2023
ölçüsü0,7 Mb.
#125377
1   ...   13   14   15   16   17   18   19   20   ...   29
F S L 12. Alman tariX M KT BL R § almaniyada siyasi QT sadin

§ 3. "KAPİTALIN SON SƏMƏRƏLİLİYİ". ƏMANƏT VƏ İNVESTİSİYA. FAİZ NƏZƏRİYYƏSİ

Kapitalizm cəmiyyətinin yalnız üstünlüklərinin deyil, onun çatışmazlığına səbəb ola bilən cəhətlərini tədqiq edən Keyns onun həyatiliyini möhkəmləndirdi. Belə cəhətlərdən birini Keyns "Kapitalın son səmərəliliyinin" aşağı düşməsi hesab edirdi. O göstərirdi ki, mövcud kapital nemətinin hər əlavə vahid növünün, istehsal xərclərinə olan nisbəti kimi özünü əks etdirən kapitalın son səmərəliliyi gələcək qazanc gətirmək məqsədilə aşağı düşür. 15 Kapital kimi o hər cür gəlir və mənfəət gətirən şeyləri qəbul edirdi. O göstərirdi ki, kapital da öz məhdudluğu və yaxud nadirliyi baxımından mənfəət gətirir. Kapitalın həcminin artması ilə onun səmərəliliyi aşağı düşür. Keyns göstərirdi ki, elmi-texniki tərəqqinin inkişafı və kapital yığımının sürətlə artımı şəraitində təkcə bir nəslin dövründə kapitalın son səmərəliliyini sıfra endirmək olar.


Ona görə də kapital yığımında onun investisiyalaşma səviyyəsinə xüsusi diqqət verməyin zəruriliyini qeyd edirdi. Çünki məcmu tələbin stimullaşdırıcı amili investisiyadır. Onları istehlakçı tələbatının çatışmayan hissəsini doldurmalıdır. Yəni bu o deməkdir ki, investisiyanın artımı tələbi stimullaşdırmaqla onun tədiyə olunma qabiliyyətini yüksəldəcək. O da öz növbəsində möşğulluğun yüksəlməsinə səbəb olacaq. Bununla da milli gəlirin həcminin artımı baş verəcək. Lakin nəzərə almaq lazımdır ki, yığımın kapitalın investisiyaya yönəldilməsi müəyyən tərəddüdlərlə bağlıdır. Qeyd olunduğu kimi gəlirlərin artımı ilə əmanətlərin məbləği də yüksəlir. Lakin bu o demək deyildir ki, həmin nisbətdə də investisiya olunma imkanı baş verir. Əmanətlərin artımının investisiyaların artımına təlqin edilməsi məcburi deyil. Əmanətlərlə investisiyaların bərabərliyi pozulur. Bunun da səbəbi əmanətlərin və investisiyanın dinamika və səviyəsinə müxtəlif amillərin təsir göstərməsidir. Əgər investisiyanın həcmi dəyişən səviyyəli faiz dərəcələrindən, vergi qoyuluşundan, kapitalın gözlənilən rentabelliyindən, konyukturanın vəziyyətindən asılıdırsa, ancaq əmanətlər minimum yaşayış səviyyəsindən, istehlak səbətinin həcmindən, istehlakçıların zövqündən, gözləmə mövqelərindən və s.-dən asılıdır. Təkcə bir cəhəti də qeyd etmək lazımdır ki, faiz dərəcələrinin səviyyəsi əmanət və investisiyaya müxtəlif cür təsir göstərir. Faiz dərəcəsinin artımı ilə əmanətlərin məbləği artırsa, lakin investisiyaların həcmi azalır və əksinə. Deməli, faiz dərəcələri əmanət və investisiyaların bərabərsizliyinin həm əsas səbəbidir, həm də kapital tətbiqində qeyri-adi vəziyyət törədəndir. Keynsə qədər iqtisadçılar ənənəvi olaraq belə hesab edirdilər ki, kapital tətbiqində nə qədər qənaətçillik olsa, bir o qədər tərəqqi və iqtisadi artım baş verə bilər. Belə bir meylin qoyulması və iqtisadiyyata şamil edilməsi mütərəqqi bir proses kimi göstərilib və əsaslandırılırdı. Lakin Keyns sübut etdi ki, hər cür qənaətcilliklə əldə olunan qənaətlərlə istənilən nəticəni əldə etmək olmur, əksinə müəyyən müddətdən sonra onun qarşısını alır. Qənaətcillik hesabına şəxsi istehlakı azaltmaqla əmanətləri artırmaq olar. Lakin investisiyaları yüksəltmək olmur. Çünki iqtisadiyyatın mövcud vəziyyətində qənaətlərin səmərəli tətbiqi məkanının olması investisiyaların məbləğinin azalmasına səbəb olur. Çünki işsizliyin artımı, səmərəli tələbin olmaması, istehsalın səmərəliliyinin aşağı olması əmanətlərin hər vasitə ilə qorunmasına səbəb olur, onun investisiya olunmaq meylini zəiflədir. Keynsə qədərki iqtisadçılar bir cəhətə xüsusi diqqət verməlidirlər ki, əmanəti istehlakçılar, investisiyanı isə istehsalçılar həyata keçirirlər.16 Əmanət və investisiyanın həyata keçirilməsində istehsalçı və istehlakçılar arasında reallaşdırılma baş vermir. Ona görə də Keyns sübut etdi ki, əmanətlərin investisiyaçıya çevrilməsi üçün, məsələn, makroiqtisadi səviyyədə həll olunmalıdır.
Yəni səmərəli tələbin baş verməsi üçün investisiya məsələsi dövlət tənzimlənməsinin əsas obyekti olmalıdır.
Mənfəətin səviyyəsi bir sıra amillərin təsiri nəticəsində aşağı düşdüyündən investisiya artımını ləngidir. İnvestisiyanın artım sürəti bilavasitə gözlənilən mənfəət səviyyəsindən asılıdır. Mənfəət normasının dəyişməsi investisiyanın artım sürətinə təsir göstərir. Mənfəət normasının aşağı düşmə meyli isə kapitalın məhsuldarlığının azalma qanunu ilə əlaqədardır. Kapital yığımının əvvəlki dövrlərindəki səviyyəsindən asılı olaraq mövcud resurslar investisiya olunmaq əvəzinə müxtəlif qiymətli kağızlar formasında əmanətə çevrilir. Nəzərə alınsa ki, faiz dərəcələri yüksək səviyyədə saxlanılsa gəlir və mənfəətdən əldə edilənləri avadanlıqların, maşın və cihazların alınmasına, zəruri ehtiyatların yaradılması meylindən vəsaitlərin əmanətə çevirmək yönümü daha çox üstünlük təşkil edir. Deməli, belə şəraitdə mövcud pul resursları iqtisadiyyatın inkişafına deyil (yəni investisiyaya deyil) əmanətlərin yığılmasına yönəldilir.
İnvestisiya bir qayda olaraq gözləmələrdən, risk etməkdən, onun məqsədyönlü istifadə olunmasından asılı olduğundan Keyns göstərirdi ki, belə şəraitdə mütləq məcmu tələbin həcmini genişləndirmək lazımdır.
Belə olmazsa investisiyanın ehtiyatlılığı və gözləmə mövqeyinə keçməsi onun daha çox nəğd vəsaitlərin əldə olunmasına üstünlük verilməsi meylini gücləndirəcək. Potensial istehsalçı, potensial istehlakçıya çevriləcək. Ona görə də Keynsə görə potensial investorların stimullaşdarılması işində dövlət mütəmadi iş görməlidir. İnvestisiyanı əmanətlərlə müqayisə edəndə onların arasındakı nisbəti araşdıran Keyns belə qənaətə gəlir ki, onların arasındakı bərabərlik cəmiyyətin iqtisadi həyatında olduqca mühüm rola malikdir. O hesab edirdi ki, investisiya ilə əmanətlərin bərabərliyi ümumi iqtisadi müvazinətı müəyyən edir. Bu fikrin əhəmiyyəti hər yeni iqtisadi sistem yaratmaq istəyən, o cümlədən iqtisadiyyatı böhrandan xilas etmək istəyən ölkələr üçün olduqca böyükdür.
Keyns birmənalı olaraq göstərirdi ki, müasir iqtisadiyyatda aşağı düşməyə meyl edən heç bir sərbəst qiymət hərəkəti mövcud deyil, ona görə də faiz dərəcələrini də bu istiqamətdə qurmaqla investisiyanı iqtisadiyyata cəlb etmək imkanını artırmaq olar. Bir qayda olaraq mənfəət norması faiz dərəcəsindən üstün olmalıdır. Lakin onun həddi o dərəcədə mümkün olmalıdır ki, pulunu istiqraz olunmağa verənlər onları özlərinə saxlamasınlar. Çünki iqtisadiyyatda baş verən qeyri-normal vəziyyət pulu olanları, hər ehtimala qarşı onları özlərində saxlayacaqlar ki, bu da iqtisadiyyatda yaranacaq defisitlik nəticəsində böhran əmələ gətirəcəkdir.
Keynsin elmi xidmətlərindən biri də onun faizlə əlaqədar olaraq irəli sürdüyü fikirlərlə bağlıdır. Əgər Keynsə qədər faiz dərəcəsinə, xüsusən onun səviyyəsinə, bir o qədər əhəmiyyət verilmirdisə lakin, o "səmərəli tələb"in həyata keçirilməsində faiz dərəcələrinin oynadığı rolu göstərə bilmişdir. Faizə o, bilavasitə pulların isteqraza verilməsi ilə əlaqədar olaraq əldə olunan haqq kimi baxırdı. Mənfəət kimi faizin də iqtisadiyyatda oynadığı müstəqil rolu göstərməklə yanaşı, onun həddinin, iqtisadi artım üçün daşıdığı əhəmiyyət göstərirdi ki, Keynsə görə faizin məbləği likvidlikdən və tədavüldəki pulların kəmiyyətindən asılıdır. Faizin məbləği likvidliklə düz, tədavüldəki pulların kəmiyyəti ilə əks nisbətdədir. Faizin səviyyəsi ilə əlaqədar Keyns göstərirdi ki, onun çox yüksək olması, cəmiyyətin ən böyük bəlasıdır. Onun səviyyəsi mənfəət səviyyəsindən yüksək olmamalıdır.
Keynsin faiz nəzəriyyəsinin mərkəzində, faiz normasının aşağı salınması tələbi durur. Faiz norması "səmərəli tələbin" hərəkətinə birbaşa təsir göstərdiyindən onun dərəcələrinin makroiqtisadi səviyyədə tənzimləmək lazımdır. Çünki əgər faiz dərəcəsi yüksəkdirsə, sahibkarların mənfəəti ondan yüksək deyilsə, onda onlar likvidlik prinsipinə əsasən, öz vəsaitlərini istehsala deyil, banklara yönəldəcəklər. Əgər faiz dərəcəsi aşağıdırsa onda pul şəklindəki real kapitallar istehsala yönəldiləcək.
Keynsə görə faiz norması, müəyyən müddət ərzində pul sahiblərinin likvidlikdən imtina etdiklərinə görə əldə etdikləri mükafatdır. Sərvətin pul formasında saxlanılması əlverişli və çevik olduğundan, Keyns onu likvidlik adlandırır. Çünki pul sahibləri hər şəraitdə onlara gəlir gətirən vəsaitlərini istədikləri şəkildə istifadə edə bilərlər. Əgər faiz dərəcələri çox tərəddüdlü vəziyyətdə deyilsə, pul resurslarından istifadəyə görə əldə olunan vəsaitlər gəlirə çevrilir.
Keynsə görə faiz, sırf psixoloji fenomenindən irəli gəlir. Lakin bununla yanaşı faiz, iqtisadi həyatda pul resurslarının, istehsal fazalarının əlaqələndirilməsindəki rolu həddindən artıq böyükdür. Məhz bununla əlaqədar Keyns pul-kredit tənzimlənməsinin kapitalist təkrar istehsalı üçün oynadığı rolu göstərdi.
Faiz nəzəriyyəsindən belə qənaətə gəlmək olur ki, pul təklifinin həcminin dəyişməsi təkrar istehsala miqyasını dəyişən investisiya prosesinə ciddi təsir göstərir.
Pul təklifinin həcmi eyni zamanda pul bazarındakı psixoloji vəziyyəti dəyişib faiz normasının aşığı düşməsini təmin etməlidir. Lakin pul təklifinin həcmi, faiz normasının aşağı dərəcəsi ilə uzlaşmalıdır ki, o işgüzar aktivliyi aradan qaldırmamalıdır. Digər tərəfdən əgər pul təklifi, faiz dərəcələrini aşağı sala bilmirsə, deməli, pul-kredit tənzimlənməsi öz gücsüzlüyünü göstərir.
Belə şəraitdə pul tələbinin Keynsin fikrinə görə məruz qaldığı üç mühüm cəhəti diqqət mərkəzində saxlamaq lazımdır. Birincisi, əmtəə-pul tədavülündən irəli gələn tələbatı, ikincisi, bu tələbatdan irəli gələ biləcək ehtiyatı, üçüncüsü, görünməz xərclənməyə yönəldiləcək pul vəsaitlərinə görə alverçi mövqeyinin mövcud olmasını.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin