FəSİl I. Turizm maliYYƏSİNİn məNBƏLƏRİ 8


Turizm sahəsinin inkişafına yönəldilən maliyyə proqramları



Yüklə 437,5 Kb.
səhifə17/30
tarix01.01.2022
ölçüsü437,5 Kb.
#106729
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
referat 6250

2.2. Turizm sahəsinin inkişafına yönəldilən maliyyə proqramları


Beynəlxalq və milli səviyyədə turizm münasibətlərinin nizama salınması mühüm əhəmiyyət kəsb edən əsas problemlərdən biridir. Şübhəsiz ki. müvafiq normaların hüquqi tənzimetmə sistemində yeri və rolunun da müəyyənləşdirilməsi burada əsas hesab edilən vacib məqamlardandır. Bu isə həm elmi araşdırmaların, həm də normativ məzmunun tərkib hissəsi sayılır.

Belə ki, bir sıra müəlliflər qeyd edirlər ki, dövlətlərin xarici iqtisadi əlaqələrinin səmərəli formalarından biri olmasına baxmayaraq, turizm müasir beynəlxalq hiiquqıın müstəqil yarımsahəsində formalaşmır.[12, səh.74]. K.O.Borisov isə beynəlxalq hüququn müstəqil institutunun - beynəlxalq turizm hüququnun mövcudluğunu xüsusilə qeyd edir. Onun fikrincə, beynəlxalq turizm hüququ dedikdə, turizm məhsulunun və turizm tələbatı mallarının realizəsi, qidanın bölüşdürülməsi, nəqliyyat vasitəsi və rekreasiya xidmətləri üzrə dövlətlər arasında hüquq münasibətlərini tənzimləyən prinsip və normaların məcmusu başa düşülür. Müəllif göstə­ rilən institutun predmetini isə turizm və beynəlxalq səyahətlər sahəsində beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlıq münasibətləri şəklində ifadə edir.[13, səh.11]. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq turizm fəaliyyəti beynəlxalq əməkdaşlığın müstəqil sferası olduğundan dövlətlorarası turizm əlaqələrini nizama salan beynəlxalq-hüquqi prinsip və normalar özünəməxsus xüsusiyyətə malikdir. Hətta bir sıra müəlliflər öz araşdırmalarında belə bir nəticəyə gəlirlər ki, dövlətlorarası turizm münasibətlərinin məcmusu kimi beynəlxalq turizm öz tarixi təşəkkülü və inkişafı, qanunları və ənənələri ilə mövcud olan ictimai təzahür formasıdır.[14, səh.234]

Lakin bir məsələni dəqiqləşdirmək lazımdır ki, beynəlxalq turizm münasibətləri yeknosək deyildir. Belə ki. dövlətlorarası əməkdaşlıq (dövlətlər və hökıımətlərarası təşkilatlar arasında əməkdaşlıq) beynəlxalq qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərin iştirakı ilə beynəlxalq qeyri-hakimiyyət xarakterli turizm münasibətləri üçün əsas yaradır. Bu isə beynəlxalq turizm münasibətlərinin kompleks olması ilə xarakterizə edilir. A.P.İvanovuıı fikrincə, beynəlxalq turizm münasibətləri kompleks xarakterli olmaqla, beynəlxalq üımımi lıiiquq normalarının tənzimlədiyi dövlətlərarası münasibətlərdən və turist mübadiləsinin həyata keçirilməsindən meydana çıxan mülki-hüquqi münasibətlərdən irəli gəlir.[15, səh.4]. M.S.Barçukova isə hesab edir ki. turizm münasibətlərinin kompleksliliyi özünü üç qrup münasibətlərin mövcudluğunda büruzə verə­ rək aşağıdakılarda ifadə olunur:


  • beynəlxalq ümumi hüquqla nizama salman dövlətlərarası münasibətlər;

  • beynəlxalq xüsusi hüquq normaları ilə tənzimlənən xarici hüquqi şəxslərin münasibətləri;

  • iştirakçı-dövlətlərin hər hansı birinin ərazisi ilə məhdudlaşmayan və mülki-hiiquqi təıızimetməyə aid edilən turist mübadiləsində meydana çıxan münasibətlər.

Onu da qeyd etmək lazımdır ki. yuxanda adıçəkilən müəllifin yanaşması beynəlxalq turizm çərçivəsində mövcud olan qeyrihakimiyyət xarakterli münasibətlərin beynəlxalq xarakterli olması tələbinə cavab verir. Beynəlxalq turizm fəaliyyəti qeyri-hakimiyyət münasibətləri olduğuna görə oıuııı üç qrııp subyekt arasında yaranması qənaətinə gəlmək olar. Həmin iştirakçılar qismində turizm xidmətlərinin tədarükçüsü (istehsalçısı), turizm təşkilatlan və turistlər çıxış edirlər. Beynəlxalq xüsusi-hüquqi münasibətlərin müvafiq normalarla tənzimlənməsi subyekt tərkibindən, yəni onun fiziki və va lıiiquqi şəxs olmasından asılı deyildir. Lakin bir məsələni də xüsusilə vıırğıılamaq lazımdır ki. göstərilən münasibətlər dövlətdaxili miilki hüquq normaları vasitəsilə nizama salınsa da. nəticə kolli/.ion məsələnin həlli tətbiq edilə bilən hüququn həlli ilə xarakterizə olunur. Ayrı-ayrı münasibətlər bir dövlətin münasibətləri ilə məhdudlaşdırıla bilər. Məsələn, təyinat ölkəsinə getmək üçün aeroportda turistlərin daşınması üzrə luragentlərlə turistlər arasında münasibətlər və s. Ancaq onlar ikincili xarakterə malik olmaqla, tıııist səyahətlərinin tam şəkildə həyata keçirilməsinə, turizm müqaviləsi üzrə öhdəliklərin realizəsinə yardım göstərir.

Beynəlxalq xarakterli qeyri-hakimiyyət turizm münasibətlərinin tənzimlənməsində əsas rol bcynəlxalq-hiiquqi öhdəlikləri nəzərə alınmaqla, dövlətlər tərəfindən yaradılan milli-hiiquqi mənbələrə məxsusdur. Lakin bir çox hallarda beynəlxalq turizm fəaliyyəti müvafiq xüsusi aktlarla nizama salmır. Bundan əlavə, qayda formasında tətbiq edilən turizm haqqında milli qanunvericiliyin ümumi normaları da həmin tənzimetməyə şamil olunur. On'ar, əsas etibarilə aşağıdakılara istiqamətlənir: turizm fəaliyyə­ tində ümumi milli gəlirin həcminin artması; turizm xidmətləri istehlakçılarının müdafiəsi; qanuni çərçivədə turizm fəaliyyətinin təşkili; turizm ehtiyatlarının qorunub saxlanılması.

Turizm fəaliyyətinin hüquqi tənzimlənməsinin mürəkkəb xarakterə malik olması, o cümlədən onun beynəlxalq və milli sə­ viyyədə nizama salınması bir sıra alimlər tərəfindən xüsusilə qeyd edilir. Hətta bəzi alimlər hesab edir ki, turizmin tənzimlənməsi praktiki olaraq qanunvericiliyin bütün sahələri tərəfindən həyata keçirilir. Bütün bunlar isə onun hüquqi tənzimlənməsini şərtləndirir128. X.Montaner Montehano isə turizmi ümumi və xüsusi hüquq normalarının (ticarət hüququ, miilki hüquq, əmək hüququ, inzibati hüquq, fiskal hüquq) nizamlanması sferasına aid edir.[16, səh.14]

Beynəlxalq turizm münasibətlərinin tənzimlənməsində onun mənbələri tam mənada yaxından iştirak edir. Beynəlxalq və milli turizm münasibətlərini nizama salan normaların xarici ifadə formaları isə müxtəlif aktlarda öz əksini tapmışdır. Buraya həm bcynəlxalq-hüquqi, həm də dövlətdaxili normalar daxildir. Mövcud məsələyə beynəlxalq-hüquqi baxımdan yanaşsaq, onda BMT Beynəlxalq Məhkəməsi Statutunun 38-ci maddəsini xatırlatmaq yerinə düşərdi. Belə ki, həmin normaya əsasən, beynəlxalq hüququn mənbələri sırasında aşağıdakıları göstərmək olar: beynəlxalq konvensiyalar; hüquqi normalar qismində tanınmış ümumi praktikanın sübutu kimi beynəlxalq adətlər; tanınmış sivilizasiyalı xalqların ümumi prinsipləri; beynəlxalq hüquq üzrə ixtisaslaşmış alimlərin doktrinaları və məhkəmə qərarları.

Milli qanunvericilik baxımından isə mənbələr başqa istiqamətdə inkişaf etdirilir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyası­ nın 148-ci maddəsi milli qanunvericilik sisteminə daxil olan aktları (şübhəsiz ki, göstərilən təsnifat turizmə dair münasibətləri tənzimləyən normaların iyerarxiyasına da şamil olunur) aşağıdakı şəkildə ifadə edir:


  • Azərbaycan Respublikasının Konstitusiyası;

  • referendumla qəbul edilmiş aktlar;

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.

Doğrudur, göstərilən beynəlxalq aktlar bilavasitə siyahıda göstərilməsə də, müvafiq maddənin II hissəsi bunu deməyə əsas verir. Onun hüquqi qüvvəsi məsələsi isə Konstitusiyanın 151-cı maddəsinə uyğun həll edilir. Belə ki. həmin normanın tələbinə əsasən adıçəkilən aktlarla milli qanunvericilik arasında (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) ziddiyyət yaranarsa, birincinin yüksək hüquqi qüvvəyə malik olması tam və aydın şəkildə tanınır.

  • qanunlar;

  • fərmanlar;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

  • mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Lakin elmi ədəbiyyatlarda və aparılan araşdırmalarda beynəlxalq turizm hüququnun mənbələri barədə müxtəlif fikirlər söylənilir. Məsələn, K.Q.Borisov beynəlxalq lıırizın hiiqııqunıııı mənbələri qismində aşağıdakıların mövcudluğunu qeyd elməklə, onların özünəməxsus əhəmiyyətə malik olmasını xüsusilə vurğulayır:

  • beynəlxalq adət;

  • ikitərəfli əsaslarla mövcud olan beynəlxalq müqavilə və sazişlər:

  • çoxtərəlli beynəlxalq müqavilə və konvensiyalar;

  • hüququn ümumi və sahəvi prinsipləri;

  • məhkəmə qərarları və beynəlxalq turizm hüququ sahəsində ixtisaslaşmış mütəxəssislərin doktrinaları;

  • beynəlxalq turizm və səyahət məsələləri üzrə dövlətlərin birtərəfli bəyanatları

Ümumiyyətlə, beynəlxalq turizm hüququ sahəsində mövcud olan mənbələri, əsas etibarilə, iki qrupa bölmək olar: əsas mənbələr və əlavə mənbələr.

Əsas mənbələrə nümunə qismində beynəlxalq müqavilə və adətləri göstərmək olar. Beynəlxalq hüququn hər bir sahə və yanmsahəsində olduğu kimi beynəlxalq turizm hüququ sferasında da mühüm normayaradıcılıq fəaliyyətinin nəticəsi kimi beynəlxalq müqavilələr çıxış edir. Belə ki, həmin beynəlxalq-hiiquqi aktlarda müvafiq sahəyə aid olan əsas müddəalar toplanmışdır. Beynəlxalq turizm hüququnun əsas mənbəyi kimi beynəlxalq müqavilələrə nümunə qismində Turistlər üçün gömrük güzəştləri haqqında 1954-cü il Konvensiyası, həmin Konvensiyaya Turizmə dair mə- lumatlandırıcı sənəd və materialların idxalı haqqında Əlavə Protokol, Xüsusi yol nəqliyyat vasitələrinin müvəqqəti idxalı haqqında Gömrük Konvensiyası, Müstəqil Dövlətlər Birliyi çərçivəsində 1993-cü ildə qəbul olunmuş Turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişi, Səyahətlərə dair kontraktlar üzrə 1970-ci il Beynəlxalq Konvensiyasını və s. göstərmək olar.

Beynəlxalq turizm hüququnun artıq məcəllələşdirilmiş formada mövcud olan adət normaları isə yuxanda göstərilən beynəlxalq-hüquqi aktların bir hissəsini təşkil edir. Beynəlxalq turizm hüququnun əlavə mənbələrinə isə beynəlxalq təşkilatların qərarlarını, məhkəmələrin qərarlarını, doktrinaları, müvafiq milli qanunvericilik aktlarını, birtərəfli bəyanatları aid etmək olar.

Beynəlxalq təşkilatların müxtəlif istiqamətlərdə mövcud olan qərarları müvafiq sahənin formalaşması və inkişafında əsaslı rola malikdir. Bundan əlavə, həmin sənədlər, o cümlədən BMT və onun ixtisaslaşmış təsisatlarının qəbul etdiyi qətnamələr beynəlxalq turizm hüququnun normalarının unifikasiyasının əsasını təş­ kil edir. Həmin aktlara Beynəlxalq turizm və səyahətlər üzrə BMT-nin Roma Konfransının 1963-cü il Ümumi Qətnaməsi. 1975-ci il ATƏM-in Helsinki Yekun Aktı, 1985-ci il Turist Məcəlləsi, Turizm Xartiyası, 1989-cu ildə Parlamenllərarası İttifaqın və Ümumdünya Turizm Təşkilatının birgə qəbul etdiyi Turizm üzrə Haaqa Bəyannaməsini və s. daxil etmək olar. Beynəlxalq turizm hüququnun formalaşmasında əlavə mənbə kimi milli qanunvericilik də mühüm rol oynayır. Belə ki, onlar beynəlxalq-hüquqi normaları dövlotdaxili hüquqa implenıentasiya edərək müvafiq dövlətlərin milli turizm münasibətlərinin əksər hissəsini dəqiq şə­ kildə tənzim edir. Şübhəsiz ki, burada hər bir dövlətin öz qanunvericilik təcrübəsi, milli dövlətçilik ənənələri, hüquqi şüuru əsas rol oynayır. Hətta buıuı konkret dövlətlərin milli turizm qanunvericiliyinin təhlili nəticəsində də sübut etmək olar. Fransa Respublikasının 13 iyul 1992-ci il tarixli «Turizm haqqında» Qanununda turbin xidmətlərinin hüquqi baxımdan tənzimlənmə mexanizmi (maddə I), turagenllərin hüquqi statusu (maddə 4), öz fəaliyyətindən gəlir götürməyən assosiasiya və təşkilatların iştirakının hüquqi forması (maddə 7), yerli turizm orqanlarının hüquqi statıısu (maddə 11), muzey və tarixi abidələrə səfərləri təskil edən bələdçi-tərcüməçilərin ixtisaslaşması (maddə 13). turlann satışı və ölkəyə gəlmə hallarının hüquqi rejimi (maddə 14-20). turlann şərtlərinin pozulmasına görə məsuliyyətlə (maddə 23) bağlı məsələlər aydın şəkildə ifadəedilmişdir. Almaniya Federativ Respublikasının 1979-etı il tarixli «Turizm kontraktları haqqında» Qanununu isə turizm kompaniyalarının məhkəmə qaydasında istehlakçılar qarşısında cavab verməsi ilə bağlı münasibətləri tənzim edir.



Son dövrlərdə dünya iqtisadiyyatında özünün iqtisadi səmərə və gəlirlilik nöqteyi nəzərindən daha çox iqtisadi səmərə verən əsas fəaliyyət növlərindən biri də turizm olmuşdur. Turizmin inkişafı üçün respublikamızda da kifayət qədər əlveriuşli şərait mövcuddur. Bu baxımdan da Azərbaycan Respublikası Turizmin inkişafına şərait yaradacaq müxtəlif dövlət proqramları işləyib hazırlayır və onların həyata keçirilməsi mexanizminin formalaşdırılmasında müstəsna rol oynayır.

Digər bir dövlət proqramı isə Strateji Yol Xəritəsi ilə əlaqədardır. Belə ki, Azərbaycan respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsi ölkə hüdudları daxilində turizmin mövcud vəziyyətinin təhlil olunması, bu sahədə həyata keçirilməli olan zəruri tədbirlər planının işlənib hazırlanması, turizmin inkişafına şərait yarada biləcək sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin verilməsi, eləcə də ayrı-ayrı regionlarda turizm potensialının düzgün qiymətləndirilməsi və bu regionlarda turizm fəaliyyəti üzrə sahibkarlıq fəaliyyətinə şərait yaradacaq infrastrukturanın mövcud vəziyyəti əhatəli təhlil olunmuşdur. Bu baxımdan da haqqında danışdığımız Strateji yol Xəritəsi kifayət qədər aktual məsələdir və bu Xəritədə verilmiş, təhlil edilmiş məsələlərə kompleks yanaşılması Azərbaycan iqtisadiyyatında turizm sahəsi üzrə sahibkarlıq fəaliyyətinin davamlı, dayanıqlı və uzunmüddətli dövrdə fəaliyyətdə olmasının təmin edəcəkdir.

Onu da deyək ki, son illərədək Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq respublikamızda iki qış turizm müəssisəsi- Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi fəaliyyət göstərir. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Turizmin inkişafı ölkələr arasında iqtisadi-mədəni əlaqələrin genişlənməsinə səbəb olur. Gediş-gəliş qaydalarının sadələşdirilməsi, bir sıra hallarda isə bu sahədə inzibati nəzarətin aradan qaldırılması beynəlxalq turist axınlarının əhəmiyyətli dərəcədə artmasına təsir etmişdir. Odur ki, səyahət axınlarına dair məlumatlara tələbatın yaranması, turizm infrastrukturunun mövcud vəziyyətinin öyrənilməsi və inkişaf planlarının tərtib edilməsi bu sahədə statistik uçotun aparılması zərurətinı gündəmə gətirmişdir.

Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında da öz əksini tapmışdır. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Heydər Əliyev “Turizm haqqında” “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.[1]

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu.[6]

Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.[2]

2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində (Heydər Əliyev adına İdman Arenası) artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.

“2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.[5]

Turizmin inkişafının təhlili, onun məqsədli proqram əsasında kompleks göstəricilər və müəyyən ardıcıllıqla həll olunur. Belə ki, ümumi artım tempi iqtisadi artımın tərkib hissəsi kimi çox öyrənilir.Turizmin inkişafında daha çox qərar qəbulunun alternativliyl və resurslarla manevr fəzası daha genişdir və bir konkret amillərdən xeyli asılıdır.

Turizmin inkişafında təhlil metodikasında məqsədlərin, resursların, proqnozların mümkünlüyü və resursların dəyişmə meylləri də mümkün vüriantları hesablanır.İlkin növbədə turizmdə kiçik sahibkarlığın artım tempi, onun sahə strukturu, iş yerlərinin açılmasında rolu əsas meyarlar olaraq mövcud vəziyyəti qiymətləndirmək vnə perspektiv artımda turizmin rolunu proqnazlaşdırmaq ardıcıllığı ilə həyata keçirilir.

Müstəqillik əldə etmiş Azərbaycan Respublikasının qarşısında duran strateji məqsəd ölkənin bazar iqtisadiyyatına keçməsilə bağlı qarşıya çıxan bir sıra sosialiqtisadi problemlərin həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm haqqında Azərbaycan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.



Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsinin” imzalanmasının 8 ili tamam olmasına iki gün qalmış - 2002-ci il sentyabrın 18-də Bakı şəhərində Bakı-Tbilisi-Jeyhan ƏİBK-nin tikintisinin təməli qoyuldu və bu layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq “Avropa-QafqazAsiya” (TRASEKA) nəqliyyat dəhlizi proqramı çərçivəsində 1998-ci il setyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi və burada Avrasiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialdan daha da səmərəli istifadə olunması, ticarətin, turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradan saziş imzalandı. 2007-ci il 7 fevral tarixində Azərbaycan dünya nəqliyyat-kommunikasiya sisteminə mühüm töhvə kimi qiymətləndiriləcək uğura imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə hökumət rəhbərləri arasında Bakı- Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə Cənubi Qafqaz və orta Asiya regionlarının uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövjuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan “İçəri şəhər”, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək. Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.[2]

Azərbaycanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə - Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbayjan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir. 2006-sı il İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbaycanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir.

Ümummilli liderimiz Heydər Əliyevin 27 avqust 2002-ci il sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirdi və respublikamızın beynəlxalq turizm arenasına çıxması üçün geniş imkanlar yaratdı.[6]

Turizm fəaliyyətinin ərazi təşkili ərazinin təbii-rekreasiya sərvətlərinin mövcudluğu şəraitində mümkün olur.Bu sərvətlərin dəyəri və ehtiyatlarından asılı olaraq, müxtəlif səviyyəli kurortların təşkilindən danışmaq olar. Bunların hər birinə hazırlıq səviyyəsi, sənədlərin təsdiqi və qərarların qəbulu xasdır. Burada təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalicəvi xüsusiyyətləri haqqında məlumatın olması ilk addım ola bilər. Qeyd edək ki, ərazinin turist rekreasion sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçisi qeyri-dövlət və kommersiya strukturları ola bilər.

Ölkəmizdə turizm xidməti üçün çox əlverişli şərait var. Bu ondan irəli gəlir ki, respublikamızın hər cür təbii iqlim, landşaft şəraiti, iqtisadi imkanları və turizm obyektləri mövcuddur.

Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicə nefti və palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, QubaXaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif arxeoloji, tarixi-memarlıq abidələri, incəsənət obyektləri də xarici turistləri cəlb edir.




Yüklə 437,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin