Nəticə və təkliflər...........................................................................................
İstifadə edilmiş ədəbiyyat..............................................................................
Giriş
Mövzunun aktuallığı. Son zamanlarda dünya iqtisadiyyatında baş vermiş dərin geosiyasi və sosial-iqtisadi dəyişikliklər milli iqtisadiyyatın inkişaf modeli probleminə marağı artırmışdır.Baş vermiş dəyişikliklər iqtisadiyyatların bazar istiqamətli formalaşmasında köklü islahatlarla da əlaqədardır. Milli model milli təsərrüfatın bütövlüyünü formlaşdıran elementlərin məcmusu olub yerli xüsusiyyətlər sırasında xalqların tarixi ənənələrini ,genetik köklərini əks etdirir.İqtisadiyyatın milli
modelinin mühüm cəhəti onun xüsusiyyətlərinin ,başqa sözlə desək,özünəməxsusluğunun səciyyələndirməsidir.Müasir bazar iqtisadiyyatının milli modelləri bazar mexanizmi və dövlət tənzimlənməsinin ,xüsusi sahibkarlıq və sosial təminatların sintezinin milli əmsalları fərqləndirilən modellərdir.Əsas meyarlardan çıxış edərək bazar iqtisadiyyatının bir sıra səciyyəvi modelləri (liberal,sosial yönümlü bazar təsərrüfatı,sosial demokratik,tənzimlənənn kapitalizm və.s) mövcuddur ki , bunlar da ölkə iqtisadiyyatlarının birinin digərindən fərqlənməsini şərtləndirir.
Azərbaycanın inkişaf etmiş ölkələrin iqtisadi modellərinə müraciəti ilkin şəraitin (elmi-texniki baza,iş qüvvəsinin yüksək keyfiyyəti və.s) mövcudluğu ,ölkənin dünyanın inkişafının qabaqcıl meyllərinə inteqrasiyasının zəruriliyi ilə şərləndirilir.Məhz bu cəhətləri nəzərə alaraq Azərbaycan milli iqtisadi inkişaf modelinin formalaşmasında innovativ inkişaf strategiyasının həyata keçirilməsi,elmi - texniki,texnoloji ,insan potensialından səmərəli istifadə olunması,iqtisadiyyatın strukturunun modernləşməsi və davamlı inkişafın təmin olunması kimi məsələlər aktualdır.
Dostları ilə paylaş: |