Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə74/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   70   71   72   73   74   75   76   77   ...   211
3.5. Beşinci dövr

Beşinci dövrə daxil edilən ədiblər haqqında bilgimiz ol­duqca azdır. Onların əsərləri dağınıq halda qəzet və jurnallarda çap olunur. Bu da həmən gənclər haqqında geniş fikir söylə­nilməsi üçün yetərsizdir. Qaqauz ədəbiyyatşünasları gələcəyin yazıçı və şairləri sırasında Marina Kol, Ivanna Kol, Larisa Kulaksız, Ivan Karapire, Iqor Malaçlı, Sveta Kutsar, Ekaterina Qaneva və b.-nı görürlər. Çünki bu gənclərin çap olunan ədəbi məhsullarında yenilik, axtarış həvəsi güclüdür.


Sonuc
Qaqauz yazılı ədəbiyyatında xalq ədəbiyyatına dayanan şeir geniş inkişaf etmişdir. Sairlər Avropa, Rusiya və Türk dün­yasının əsərlərindən bəhrələnərək, janr və mövzu baxımından ədəbiyyatlarını zənginləşdirmişlər. Qaqauz ədibləri hekayə və romanlar, pyes və dramlar yazsalar da, bölgədə bu janrlar poe­ziya qədər inkişaf etməmişdir.

Stepan Kelarin 1998-ci ildə ukrayna dilində çap etdirdiyi “Filosofiya jitta” (Həyat fəlsəfəsi) kitabına öz şeirləri ilə ya­naşı, Nikolay Baboğlu, Tudora Arnaut, Sona Adıyeva, Vitaliy Boşkov, Petri Çebotar, Qeorgi Qenov, Todur Zanetdən etdiyi tərcümələri də daxil etmişdir (Bankova Emilya, 2005:149). Belə tərcümə toplularının qaqauz ədəbiyyatının təbliğində bö­yük rolu vardır. Türkiyədə 1999-cu ildə çap olunan “Başlan­ğıcdan Günümüze Kadar Türkiye Dışında Türk Ədəbiyyatı Antolojisi”nin rumın və qaqauz türk ədəbiyyatına həsr edilmiş 12-ci cildi qaqauz ədəbiyyatının yalnız Türk dünyasında deyil, dünyanın inkişaf etmiş ölkələrində də tanınmasında böyük rol oynamışdır.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin