Folklor instituti


Yazılı ədəbiyyat – Qıpcaqların ortaq ədəbiyyatı



Yüklə 4,03 Mb.
səhifə87/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   83   84   85   86   87   88   89   90   ...   211
2. Yazılı ədəbiyyat – Qıpcaqların ortaq ədəbiyyatı
Sovet ədəbiyyatşünasları noqay yazılı ədəbiyyatının XIV yüzildən başladığı fikrindədirlər. Sıbra Jırayı noqay şairlə­rinin babası hesab edirlər. Onun adına nadir hallarda “Şop­baş­lı” epiteti əlavə edilməz. Bu da “zərif başlı” deməkdir. XIV əs­rin sonlarında yaşadığı güman edilən, dastanlarda 180 yaşlı qo­ca kimi tanıdılan və şeirləri dillər əzbəri olan şairin xalq ara­sında nüfuzu olduqca böyükdür. Bu cür öygülər onu “Kitabi-Dədə Qorqud”dakı ozan Qorquda bənzədir. XIV yüzildə bədii sözün görkəmli ustası olan Sıbra noqay tayfalarının müstəqil dövlət yaratmaq uğrunda Altınorda (Qızıl Orda) xanları ilə mü­barizəsinin tərəfdarı kimi tanınır. Sıbra çoxlu xalq mahnılarının yaradıcısı sayılır. Lakin bizim günlərə onlardan yalnız bir neçə poetik tolkau (monoloq) gəlib çatmışdır. Xalq yaddaşında onun adı ilə bağlı olan bu tolkaularda Toxtamış xan və onun sələf­lərinin siyasətini tənqid edir. O, noqay tayfa başçılarının ağıllı tədbirlərini rəğbətlə qarşılayır və onların tərəfində olduğunu açıq söyləyir. Çünki onlar xalqı incidən Qızıl Orda xanlarının öz­başınalıqlarına qarşı çıxış edirdilər. Sıbranın xalq arasında geniş tanınması məhz bundan irəli gəlir.

Sıbradan sonrakı yüzillərdə yaşayan noqay şairləri onu poetik sözün banisi kimi təsvir edirlər. Sıbradan sonra Parız­dak Şaban ulunu bu ədəbiyyatın böyük siması sayırlar. XV yüzildə yaşamış Şal Kiyiz Tileniş ulu, XVI yüzildə yaşamış Asan Kaykılı, Dosmambet Azaylı, Jirenşe Şeşen, XVII yü­zildə yaşamış Kazı Tuğan Suyunişi ulu və başqalarının ya­radıcılığında doğrunun yalan, haqqın, həqiqətin zülm üzə­rin­də qələbəsi, sevgi aparıcı mövzudur. Şal Kiyiz Tileniş ulunun şeirlərindəki axıcılıq, dilin şirinliyi, Asan Kaykılının poeziya­sındakı dərin fəlsəfi fikir yalnız çağdaşlarını deyil, sonrakı nə­silləri, noqaylara qonaq olmuş səyyahları da heyrətə salmışdır. Yaradıcılıqlarındakı humanizm və sözün təsir gücündən baca­rıqla istifadə adı çəkilən sənətçiləri oxucuların sevimlisinə çe­virmiş və noqay ədəbiyyatının klassikləri kimi tanıtmışdır. (Li­tеrаturа..., 1999:225).

Nəinki yuxarıda adları çəkilən şairlərin, hətta noqayların Ural-Volqa boylarından Kuban çöllərinə, Güney Qafqaza, Kırıma qovulduqdan sonra yazıb yaratmış Elburkan Nayman ulu, Sarkınbay Kırımlının, Ismayıl Masarlının (XVIII yüzil­lik), Oraz Aytmambey ulu (XVIII yüzil), XIX yüzildə yaşa­mış Menkili Boraxan ulu, Mantik As ulu, Alibey Şarap ulu, Ax­metie Adil ulu, Mambet Ali Aşık, Ali Kusi Onkutlu (Si­kаliеv А., 1993:164-165) və b. yaradıcılığını da tatarların, qazaxların, qırğızların, qaraqalpaqların və qıpçaq kökənli türk xalqlarının ortaq ədəbiyyatının nümunəsi saymaq olar. Mam­bet Ali Aşığın adındakı aşıq sözü noqaylarda arxaikləşsə də, bu gün Azərbaycanda, Iranda, Türkiyədə və b. ölkələrdə çox iş­lə­dilir. El nəğməkarlarının, xüsusən məclislərdə saz çalıb oxu­yan, dastan danışan sənətkarların adının önünə “aşıq” epiteti artırılır. Noqayların xalq şairləri də aşıq ləqəbindən istifadə edir, bədii əsərləri ilə xalqın ruhunu oxşayır və dilini yaşadır, mübariz əhval-ruhiyyə oyadırdılar.

Noqaylar islamı qəbul etdikdən sonra da, yəni XVIII yüzilədk ərəb əlifbası ilə yanaşı uyğur əlifbasından da yararlanmışlar. Ərəb əlifbası ilə yazılarda saitlərin olmaması və türk dillə­rin­dəki bəzi samitlərin ərəb əlifbasında bir neçə hərflə yazılması bugünkü araşdırıcıya klassiklərin əsərlərini çağdaş yazı qay­dalarına uyğun oxumağa imkan vermir. Son yüzillərdə noqay­ların Həştərxanda, Kuban çöllərində, Bucakda, Quzey Qafqaz­da, Kırımda və Türkiyədə dağınıq halda yaşamaları, onlar ara­sında sıx əlaqənin olmaması ədəbi dilin formalaşmasına mənfi təsir göstərmişdir. Bu kimi çətinliklərə və məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq, Fexreddin Abu Şax­­man ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Ab­dul­xalıq Abdulraşid ulu (1858-1913), Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh Ismail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı davam etdirirdilər. (Sikаliеv А., 1993:164).

Fexreddin Abuşaxman ulu (1808-1883) ilə Aslan Şaban ulu­nun birgə yaradıcılığının bəhrəsi olan “Karaydar man (ilə) Qizılgül” dastanı xalq arasında geniş yayılmışdır. Araşdırıcı Calal­din Şıxmirzəyevin yazdığına görə Beş tav (Beş dağ-Pyati­qor­sk) noqayları arasında yaşayan gənc Aslan Şaban ulu Həştər­xan vilayətindəki Alabuğat noqayları arasında yaşayan, xalq arasında ustad sənətkar kimi tanınan Fəxrəddin Abuşaxman ulunun yanına gəlir. Bu vaxt artıq Fexreddinin iki dastanı “Egiz” (Əkiz­lər) və “Gül Ənvər” xalq arasında yayılıbmış. Ustad-şa­gird şahidi olduqları hadisə əsasında Aşıq Qərib dastanının su­jetini xatırladan “Karaydar man Qızılgül” dastanı yaradırlar. Az zamanda dastan dillər əzbərinə cevrilir.

Sadıkbay Alkaydarın (1811-1876) “Yas gözəl”, “Gül Fer­deys” dastanları da Doğu ədəbiyyatının təsiri ilə yaranmış das­tanlardır.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin