Folklor instituti


Abdulrehman Ömərov (Umarov) (1867-1933)



Yüklə 4,03 Mb.
səhifə89/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   85   86   87   88   89   90   91   92   ...   211
Abdulrehman Ömərov (Umarov) (1867-1933). Ilahiyyat­çı, ədib, naşir kimi şöhrətlənmiş Abdulrehman mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümu­nə­ləri toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdir­diyi “Noqay jırları” kitabına (Kitabda toplayıcının adı və so­yadı Abdraxman Umerov kimi yazılır) yazdığı ön söz bu gün də elmi əhəmiyyətini itirməmişdir. Abdulrehman Ömərov, Nəsib Mev­luberdiyev, Abdulrehman Əliyev, Əli Xosayev, Qurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda “Toy”, “Islah” və “Maarif” adlı jurnallar nəşr etmişlər. Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapatmış, onları nəşr edənləri sürgünə göndərmişdir.

Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və ok­tyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da in­kişafına olduqca mənfi təsir göstərmişdir. Vətəndaş savaşı ba­şa çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açıl­masına, dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti artırmışlar.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin