Folklor instituti


Basir Mesid ulu Abdullin (1892, Həştərxan vilayətinin Tiyek kəndi-1937)



Yüklə 4,03 Mb.
səhifə92/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   88   89   90   91   92   93   94   95   ...   211
Basir Mesid ulu Abdullin (1892, Həştərxan vilayətinin Tiyek kəndi-1937). Ilk təhsilini mollaxanada alan Basir son­ralar Həştərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüş­dür. Türk, ərəb və rus dillərini bilən ədib xalqının tarixini və folklorunu öyrənməyə də həvəs göstərmişdir. Öyrəndiklərindən sonralar bəbii əsərlərdə geniş istifadə etmişdir.

Bolşeviklər hakimiyyətə gəldikdə onların irəli sürdüyü şüar­lar gənc Basirə də xoş gəlib, onlara qoşularaq Həştərxan böl­gəsində varlı saydığı, sosializm quruculuğunu qəbul etməyən soydaşlarına qarşı vuruşmuşdur. 30-cu illərin önlərində Qaranoqay bölgəsinə köcərək burada bir müddət “Qızıl bayraq” qəzetində işləmişdir. Daha çox kiçik hekayələr yazan B.Abdullin “Kırmızı gül” (1934) romanı və “Kır batırleri” (Çöl bahadırları-qəhrə­man­ları) (1934), “Aktivis” (1936) kimi sosializm quruculu­ğu­nu, Sovetlərin qələbəsini öyən nəsr əsərlərini yazmışdır. Basir Ab­dullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman” pyesləri ilə noqay dramçılığının inkişafına təkan vermişdir.



1937-ci ilin Sovet irticası noqay ədəbiyyatına da ağır zərbə vurur, Basir Abdullin kimi istedadlı dramçı və yazıçını məhv edir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin