Fazil Apas ulu Abdulcəlilov (01.03.1913, RF Stavropol ölkəsi, Mineralnıye Vodı rayonunun Kanqlı kəndi-1974). Kasıb bir ailədə doğulan, kəndlərindəki məktəbi bitirdikdən sonra Çerkessk Pedaqoji Texnikumunda oxuyan Fazil “Tənbəl Girey”, “Murat şəhərdə nə gördü?” (1932), “Biz sosializm qururuq” (1932), “Iki dünya” (1932), “Uşaqlar üçün müxtəlif hekayələr” (1933) və b. əsərlərini yazıb çap etdirəndə 19-20 yaşlarında imiş. O, 1930-cu illərdə yazdığı hekayə və povestlərini əsasən “Uşaqlar üçün ədəbiyyat”, “Yeniyetmələr üçün ədəbiyyat” rubrikaları altında çap etdirmişdir.
Ikinci Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin, keçmişi tənqidin, sosializm quruculuğunun tərənnümünün arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaratmışdır. F.Abdulcəlilovun da 1941-1950-ci illərdə yazdıqlarının böyük qismi qəzet və jurnal məqalələrini xatırladır.
1950-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlərin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilmişdir. Fazil Abdulcəlilovun “Güclülər ailəsi” (1950), “Asantay” (1956), “Sərt dönüş” (1961) povestlərini, kolxozlaşmadan bəhs edən “Güclü axın” romanını, “Kuban çağlayır” (1955), “Kuban-mənim nəğməm” (1957) şeir toplularını çap etdirmişdir. Onun “Güclülər ailəsi” povesti daha çox təbliğ olunmuşdur.
Noqay ədəbiyyatına şair, nasir və dramçı kimi daxil olan F. Abdulcəlilovun ən böyük xidmətlərindən biri ədəbi dili zənginləşdirmək olmuşdur.
Dostları ilə paylaş: |