Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə93/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   89   90   91   92   93   94   95   96   ...   211
Asan Şaxim ulu Bulatıkov (16.08.1907, Xabez rayonunun Qızılyurd kəndi - 1937). Noqayların birinci peşəkar yazıçısı sa­yılır. Onun “Iki həyat” (1936), “Çoxları üçün iki” (1936) po­vestləri və “Fatimat” pyesi, eləcə də “Azret, Erinşek, Mazan və kolxozçular” şeir toplusu sosializm quruculuğunun ilk illə­rində müsəlman respublikalarında sifarişlə yazılan qadın azad­lığına, çadranın atılmasına, qadınların kişilərlə bərabər işləmə­sinə, kasıbların varlılara qarşı mübarizəsinə həsr olunmuş əsər­lərdəndir. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxma­yaraq 1937-ci ilin irticasından o da qurtula bilməmişdir.

Yalnız B.M.Abdullin və A.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilib güllələnmişdir. Sağ qalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, Kommunist Partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin mə­ruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.

Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diq­qət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilovdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin