(Sikаliеv А., 1999:170).
Islamdan öncəki inancları özündə yaşadan bu cür nəğmələrə karaçay-malkarlarda da, qumuqlarda da, Azərbaycan türklərində də, başqa türk xalqlarında da rast gəlinir. Araşdırıcıların fikrincə, islamdan öncəki inancları yaşadan, tanrılara həsr olunmuş bu nəğmələr mərasimlərdə oxunarmış.
Anaların beşik başında uşaqlarını ovundurmaq, oxşamaq, tez boya-başa çatmalarını arzuladığını bildirmək üçün oxuduğu mahnı-ninnilər və uşaq oyunları da bu baxımdan önəm daşıyır.
Kızım, kızı, kız tana, – Qızım, qızım, qız dənə.
Kızıman gele yüz tana. – Qızımdan gələ (ola) yüz dənə,
Yürevi de ak tana, – Ürəyi də ağ (təmiz) ola.
Atası sığar maktana. – Atası çıxa öyünə,
Ağ tanadı pışaklar, – Ağ dananı pıçaklar (kəsər).
Kızımı küyev kuşaklar. – Qızımı güvey (nişanlı, ər)
qucaqlar
Dostları ilə paylaş: |