1. Uyğur folkloru
Uyğurların folkloru zəngin olmaqla yanaşı janr əlvanlığı ilə də seçilir. Ona görə də qonşu xalqların folkloruna, ədəbiyyatına, təfəkkürünə də güclü təsir göstərmişdir. Ümumtürk folkloruna aid edilən bir sıra nümunələrin qədim Çin və fars qaynaqlarında qorunub saxlanması da dediklərimizə ən bariz nümunə ola bilər.
Miflər
Xalqlarımızın minilliklərin arxasındakı dünyagörüşünü öyrənmək baxımından miflər olduqca dəyərli informasiyaları özündə qoruyub saxlaya bilmişdir. Dini-mifoloj sistemin, inancların, əski dövr dünyagörüşlərinin günümüzədək gəlib çatmasında dastanların, əfsanələrin, nağılların və xalq şeirinin xüsusi yeri var. Bu janrlara türk xalqlarının folklorunda kifayət qədər rast gəlmək olur. Uyğurların toplayıb çap etdirdiyi miflərin əsksəriyyəti başqa türk xalqlarından toplanmış miflərlin oxşarı və ya variantlarıdır. Bunlar da bir daha eyni kökdən şaxələndiyimizdən xəbər verir.
Uyğur miflərində qadın qəhrəmanlardan biri Umay Anadır. Umay türk mifoloji sistemində yer alan önəmli tanrılardan biridir. Türk mifologiyasında “tanrı” göylə yerin birliyi səklində düsünülən ilahi düzənlə və bu düzəni yaradıb yaşadan ulu güclə bağlı olan güc kimi təsvir edilir. Uyğurlardakı “Yer və ilahi öküz”, qazaxlardakı “Göy necə yüksəldi”, salurlardakı “Xudanın Göy və Yeri üfürərək yaratması”, tuyqunlardakı “Göy ilə Yerin yaranışı”, monqollardakı “Göy ilə Yerin yaranışı” və b. yer ilə göyün bir olduğu, onların sonradan ayrıldığı ilə bağlı miflərdir.
Mişer tatarları “əqrəba” (tuqankay), “qardaş” (qarindeşkey) kimi çox yaxın qohumlara “amıy” deyirlər. Bu söz Azərbaycanda atanın qardaşı - əmi kimi işlədilir. Bunun Umayla (Imay, Amıy) bağlılığı haqqında bir sıra maraqlı araşdırmalar vardır. Tatar alimi N. Isenbet “ama”, “eme”, “imi”, emeci”, “emecek”, “imçek” kəlimələrinin kökündə də “analıq” anlamının olduğunu və onların hamısının da əski anaxaqanlıq dovrünün izlərini özündə yaşatdığını yazır (Tatar Miflari, 1996: 25-26).
Alimcan Inayet və Adem Öger “Uyğur türklerinin mitolojik, dinî ve tarihî kadın kahramanları üzerine” məqaləsində uyğurların “Əsma Pəri” mifindən söz açarkən yazırlar: “Göy üzü mələklərinin padısahı bütün mələklərdən gözəl imiş və göy üzünün yeddinci qatında yaşyırmış. Təbiətdə baş verənlər bu mələyin əhvalındakı dəyişmələrdən asılıymış. Yəni bu mələk gözünü açanda gün doğar, bütün dünya işıqlanar, gözünü yumanda, yəni yatanda bütün dünya qaranlığa bürünər, ağlayanda yağış yağar, güləndə qar yağar, ağzını açanda tufan qopar, nəfəs alanda yel əsər, qaşını çatsa hava pozulur, hirslənəndə zəlzələ olar, qaşını oynatsa göy qurşağı meydana gəlirmis. Buna görə ona Əsma Pəri deyirlərmiş.” Buradakı “Əsma Pəri”, yəni “göylərin pərisi” Göy Tanrıdan basqa bir şey deyildir. (Alimcan Inayet və Adem Öger, 2009, 4/3)
Əsma Pəri ilə mifoloji Ana arasındakı bağlılıq açıq-aşkardır. Əgər yer ilə göyün baslanğıcda bir olduğu haqqındakı görüş doğru isə, göy ilə yerin ayrılması ilə, əslində, tək olan Ulu Ana və ya mifoloji Ana Göy Tanrı və Yer-Su Tanrısı olaraq ikiyə ayrılmış olmalıdır. O zaman Göy Tanrı və Yer-Su Tanrısının Ulu Ana / mifoloji Ana (Ana Yayaçı) kimi həm yaradıcı, həm yoxedici, həm həyatverici, həm öldürücü, həm verici, həm alıcı xüsusiyyətləri ortaq kökə dayanır. Yaradıcı Göy Tanrıdan Günəş Tanrı, Ay Tanrı, Uldız Tanrısı, Ülgen, Kayraxan; Yer-Su Tanrısından Umay/May Ene/Payana/Bayana/Ayıısıt, dağ, çay və meşə əyələir ortaya çıxmışdır. Yoxedici Göy Tanrıdan Ildırım Tanrısı, Simsek Tanrısı, Əjdəha, Erlik; Yer-Su Tanrisından Albastı /Al Qarısı / Yalmavuz / Celbegen / Mestan Kempir / Qara Umay ortaya çıxmışdır. Bütün bu tanrılar, ilahlar və əyələr, Ulu Ana / mifoloji Ananın həm yaradıcı həm yoxedici, həm yasamverici, həm öldürücü, həm erkək, həm dişi xüsusiyyətlərini daşıyır. Yer-Su Tanrısından biri olan Umay da həm qoruyucu (Ağ Umay), həm yoxedici ölüm mələyi (Qara Umay) funksiyasına sahibdir. Umay türk mifoloji sistemində yalnız qadın və uşaqların qoruyucusu deyil, eyni zamanda heyvanların, qəbilənin də qoruyucusudur. Onun bu qoruyuculuq funksiyası, eyni zamanda, onun qəhrəman, savaşçı yönünə də isarət edir.
Uyğur türklərinin Umay sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq anladılmaqdadır:“Aləmin üzəri yaradıcı Tanrının yasadığı yer olub, nurlu və parlaq bir məkanmış. Üstdəki parlaq məkan ilə altdakı qaranlıq yer arasında Umay varmış. O, övladlarına torpaq və su verən “baxt ilahı”olaraq bilinirmiş. “Umay Ilahə”, eyni zamanda sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq da qəbul edilirmiş.” (Alimcan Inayet və Adem Öger, 2009, 4/3)
Dini-mifoloji varlıq olan Umayın qoruyucu və bu vəzifənin qarşılığı olan qəhrəmanlıq və döyüşçülük funksiyası xalq ədəbiyyatının müxtəlif janrlarında fərqli səkillərdə işlənmiş, şaxələnmiş və zənginləşdirilmişdir. Uyğurlar arasında müxtəlif kəramətləri ilə xatırlanan qadın qəhrəmanlardan Əmçək Xocam haqqındakı əfsanədə onun izlərini görmək olar. Əmçək Xocamın Turfanın Toksun qəsəbəsində qəbri var. Buraya insanlar, xüsusən də döşündə xəstəliyi olan, südü az və ya heç olmayan qadınlar ziyarətə gəlirlər. Araşdırıcıların fikrincə, bu ziyarətin kökündə tarixi qəhrəmana sayğıdan çox uyğurlarda Umay Anaya inancın yaşaması durur.
Uyğurlar arasında yadelli işğalçılara müqavimət göstərən qadınlar haqqında da maraqlı əfsanələr vardır ki, araşdırıcılar onlarda da Umayın izlərinin olduğunu yazırlar. Xalq arasında geniş yayılmış “Büvi Rabia haqqında” əfsanəni və “Ana qovuq haqqında” əfsanəni buna misal göstərmək olar.
Uyğurların “Ana kovuk hakkıdə” adlı əfsanəsindəki Kızılçı xanım Umay Ananı xatırlatmaqdadır. Kızılçı xanım “günəş ilə yarışan”, “aydan geri qalmayan gözəlliyi”, “savaşda kişi kimi geyinməsi”, “cəsur”, “çevik”, “bahadır”, “igid” özəlliyi, “qılıç” və “mızraq” işlətməsi, duasının qəbul olub “yerin yarılması” və “onu qoynuna alması” kimi epitetlərlə təqdim edilir ki, bunların da çoxu Umay Anada var.
Müsəlman uyğurların buddistlərlə apardıqları döyüşdən bəhs edən əfsanələrdə də qadın qəhrəmanların təsvirində Umay Ananın izləri görünür.
Dostları ilə paylaş: |