Folklor instituti


Yazılı ədəbiyyatın yeni mərhələyə qədəm qoyması



Yüklə 4,03 Mb.
səhifə118/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   114   115   116   117   118   119   120   121   ...   211
3.1. Yazılı ədəbiyyatın yeni mərhələyə qədəm qoyması
Dağlı xalqlar, xüsusilə türklər XX yüzildəki itgiləri və sixıntılarına baxmayaraq kültürlərini qoruya bildilər və ona yeni çalarlar da qazandırdılar. Bu zaman folklor əsərlərində milli və dini hissləri təbliğ edən, qəhrəmanlıq ruhu oyadan mövzular arxa plana çəkilsə də lirik janrların və Sovet ideologiyasının təbliği ön plana çıxdı. Bir tərəfdən anonim şeirlərdən mahnılar yaradılırdısa, digər tərəfdən də onların keyfiyyəti fərdi improvizəçilər tərəfindən cilalanırdı. Məsələn, qaraçay-malkar mahnılarından “Taukan”, “Aliyə cırı”, “Aycayaq”, “Karqış etme” mahnıları və Rus-Yapon savaşına həsr olunmuş mah­nilar sürətlə xalq arasında yayılırdı. Eyni zamanda, həmin mah­nılarla yanaşı, improvizəçilərin adları məşhurlaşırdı.

Belə improvizəcilərin əsələrində Qafqaz xalqlarının Rus işğalçılarına qarşı müqavimət zaman baş verən hadisələr əsas mövzu olurdu.

Qafqazın quzeyini işğal etdikdən sonra sürətlə güneyə doğru irəliləyən işğalçı Rus orduları bu yerləri də imperiyanın tərkibinə qatmışdır. Lakin, işğal etdikləri əraziləri idarə etmək müharibə aparmaq­dan çətin olmuşdur. Çünki Rusiyada təhkimçilik hələ də davam edir­di. Knyaz ona məxsus kəndlərlə istədiyi kimi davranırdı. Istədiyi vaxt kəndlini, onun ailə üzvlərini, yəni qızını, oğlunu başqasına sata bilirdi. Bu alqı-satqı gizli deyil, açıq-aşkar apa­rılırdı. Hətta qəzetlərdə belə knyazların-ağaların kəndlilərinin ailə üzvlərini yol çəkilişində, meşə qırılmasında, tikintisində, gəmiçilikdə, ev qulluq­çu­luğunda işləmək üçün satdığına dair elanlar verilirdi. Yəni quldarlığın bəzi xüsusiyyətləri hələ də davam edirdi.

Rusiya işğal etdiyi xalqları da ruslar kimi idarə etməyə çalışırdı. Hakimiyyət orqanları işğal altına aldıqları xalq­ların psixologiyasını, adət-ənənəsini, tarixini bilmədən onları istədikləri kimi, yəni zor gücünə öz qanunlarına tabe etmək istəyirdi. Əsarət altına düş­müş xalqların övladları isə aliə şərəfini, namusunu qorumaq üçün döyüşə atılırdı. Baxmayarak ki, onların nə nizami ordusu, nə silah istehsal edən zavodları vardı. Sayca az, silah və sursad baxımından yetərsiz olsalar da işğalçılara qarşı mübarizə on illərlə davam edirdi.

Bu müqavimət hərəkətinə isə 30 ilə yaxın Şeyx Şamil başçılq etmişdir. Onun Rus imperiyasına qarşı apardığı inanılmaz mü­barizə dünyanı heyrətə salmşıdı. Bu mübarizə yalnız özünü qoruyan Qüzey Qafqaz xalqlarının deyil, işğalçı Rusiyanın da əbəbiyyatına çoxlu mövzu vermişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin