Salix Qurtuyev (Qurtulanı) (1938, Kabarda Malkar Respublikasının Nalçik şəhəri yaxınlığındakı Aksu kəndi). Malkar ədəbiyyatçıları arasında ən məhsuldar yazıçı mükafatı ayrılmış olsa, ona yəqin ki, Salix Qurtuyev (Qurtulanı) layiq görülərdi. Salix Qurtuyev Kabarda Malkar Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Indiyədək A.S.Puşkinin, M.Lermontovun, T.Şev-çenkonun, S.Nerisin, A.Mitskeviçin, S.Yeseninin, N.Tixonovun, K.Simonovun, Y.Yevtuşenkonun, Ş.Rustavelinin, M.Karimin, Ç.Aytmatovun və b. əsərlərini ana dilinə çevirməklə yanaşı, özünün də 20-dən çox kitabı çap olunmuşdur. Onun əsərlərinin tərcümə olunub yayılma coğrafiyası da genişdir. Buraya Macarıstanı, Polşanı, keçmiş Yuqoslaviya və keçmiş Sovetlər Birliyinin Azərbaycan, Qırğızıstan, Türkmənistan və b. resbublikalarını daxil etmək olar. Bir çox ölkələrin mükafatlarına layiq görülmüş şairin “Qıyınlı kıtabı“ (Qayğılı kitab) romanı malkar oxucularının sevə-sevə oxuduqları əsərlərdəndir.