(Xürrəmqızı Afaq, 2002:146).
3. “Bundan başqa, qumuqlarda qızı ər evinə müşayiət edən şəxslərin “quda-xatın”, “quda-qızlar” adlandırılması (326; 101), Dağıstan tərəkəmələrində qızı bəy arabasına qız evinin gəlinlərinin əyləşdirməsi (138; 174) bu personajın vaxtilə qadın səciyyəli olmasından xəbər verir”. (Xürrəmqızı Afaq, 2002:94).
Türkoloq Güllü Yoloğlu da Azərbaycan mətbuatında qumuqlar, onların mədəniyyəti və ədəbiyyatı ilə bağlı bir sıra maraqlı məqalələr çap etdirmişdir (Yoloğlu Güllü, 1996: 23-29 fevral).
Azərbaycan şairi, rəssam və xeyriyyəçi, “Xan qızı” kimi tanınan Xurşidbanu Natəvanın əri knyaz Usmiyev də qumuq idi. Çox təəssüf ki, Azərbaycan-qumuq əlaqələri öyrənilmədiyindən hələ bir çox məsələlərə aydınlıq gətirə bilmədik və faktları dəqiqləşdirmədiyimizdən bəzi mülahizələrimizi burada yazmadıq.
Rusiya işğal altında saxladığı xalqlar arasında bölücülük siyasəti yeritdiyindən uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan folklor nümunələri ümumtürk folklorundan ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi öyrənilmişdir. Buna görə də toplayıcılar xalq arasında mövcud olan nümunələrin hamısını deyil, məhz “qumuqlara aid olan” folklor nümunələrini toplamağa və nəşr etdirməyə üstünlük vermişlər.
Dostları ilə paylaş: |