Prof. Dr. Hüseyn ISMAYILOV
BÖYÜK ƏDƏBIYYATIN
CAVAN ŞAXƏLƏRI
Göstərişlə yazmaq mənim üçün ən ağır, ən çətin və ən üzücü iş olub. Buna baxmayaraq sovet dövründə 20 ilə yaxın, göstərişlə yazmalı olmuşam. Həmin zamanlarda redaksiyaların tapşırığı ilə partiya və komsomol komitələrinin iclaslarından hesabatlar, bir sıra müsahibələr, xəbərlər yazıb qonorarını alsam da, imzamı qoymurdum. Imzamla çap olunmuş 500-dən çox məqaləmin isə bu gün 60-70-nə imzamı qoyaram. Qalanı ürəyimdən olmasa da, məcburən yazdığım, qonorarını aldığım məqalələrdir.
...Kiçik yaşlarımda dağlarımızda axtarış aparan geoloqlarla tez-tez rastlaşırdım. Zod qızıl yataqları adıyla məşhurlaşan, oradan qızıl çıxarılması üçün planlar hazırlayan bu insanların işi mənə romantik və cəlbedici görünürdü. Buna görə də böyüyüb geoloq olmaq arzusuyla yaşayırdım. Düşünürdüm ki, Göyçə dağları filiz yataqları ilə zəngindir, onları kəşf etsəm, vətənimə və millətimə xeyir vermiş olaram.
Göyçənin yayı sərin və səfalı, qışı isə çox sərt keçir, az qala altı ay dağlardan qar ərimirdi. Vay o günə ki, qışda təzə qar yağandan sonra külək əsəydi. Onda çaylarda su da “yoxa çixırdı”, adamlar su içmək, mal-qaranı suvarmaq üçün qar əritməli olurdular. Əsən külək qarı qapıların arxasına yığdığından evdən çölə çıxmaq olmurdu. Göyçənin qışını Aşıq Ələsgər yaddaşlara belə hopdurub:
Dostları ilə paylaş: |