Forma 9 “Dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 211.5 Kb.
tarix22.10.2017
ölçüsü211.5 Kb.

“Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil

edən məlumatlarla işləməyə buraxılması Qaydası”na

əlavə

Forma 9
Dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik
(əmək müqaviləsinə qoşma)
_________________________şəhəri “____”____________ 20____il

_____________________________________________________rəhbəri

(təşkilatın adı)

__________________________________________________ və vətəndaş

(soyadı, adı, atasının adı)

_____________________________________________________________

(soyadı, adı, atasının adı)

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nın tələbləri əsasında aşağıdakılar barədə müqavilə bağladıq:


1. Öhdəliyin mövzusu

Mən, ________________________________________________________

(soyadı, adı, atasının adı)

_______________________________­­­_____________________________

(təşkilatın adı)

işə qəbul edilərkən, öz xidməti fəaliyyətimə və vəzifə borcuma görə dövlət sirri ilə işləməyə buraxılacağım haqqında məlumatlandırılmışam və bununla əlaqədar olaraq dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürürəm.


2. Öhdəliyin şərtləri
Mən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin dövlət sirri sahəsində digər normativ hüquqi aktlara əsasən, mənə etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağıma dair dövlət qarşısında öhdəlik götürərək, aşağıda göstərilən hüquqlarımın qismən və müvəqqəti olaraq məhdudlaşdırılmasına razılıq verirəm:

- tanış olmağa buraxıldığım dövlət sirri təşkil edən məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ;

- dövlət sirri təşkil edən məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə hüququ;

- dövlət sirri ilə işləməyə buraxılmasının rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə şəxsi toxunulmazlıq hüququ.

Öz üzərimə aşağıdakı öhdəlikləri götürürəm:

- vəzifə borcuma və xidməti fəaliyyətimə görə mənə məlum olacaq dövlət sirrinə aid edilmiş məlumatları yaymamaq;

- “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinə buraxılışdan imtina edilməsi üçün əsas yaradan hallar haqqında məlumatı _______________________________________

(təşkilatın adı)

kadr aparatına vaxtında təqdim etmək;

- yoxlama tədbirlərindən yayınmamaq və anketdə bilərəkdən yalan məlumatlar verməmək;

- dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə, işləmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi siyahıya əsasən xəstəliklərin olmaması barədə sənədləri _____________

(təşkilatın adı)

kadr aparatına müəyyən edilmiş qaydada təqdim etmək;

- kənar şəxslər məndən məxfi xarakterli məlumat almaq istədikləri hallarda, bu barədə dərhal __________________________________dövlət sirrinin mühafizəsi (təşkilatın adı)

üzrə bölməsinə və ya təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə) məlumat vermək;


  • tərcümeyi-halımdakı dəyişikliklər barədə

_____________________________________________________________

(təşkilatın adı)

kadr aparatına mənə məlum olduğu vaxtdan 1 ay müddətində məlumat vermək.

Mən xəbərdar edilmişəm ki, dövlət sirrinin mühafizəsi ilə əlaqədar üzərimə götürdüyüm öhdəliyi pozaramsa, həmçinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün əsaslar yaranarsa, təşkilat rəhbərinin qərarı ilə mənim dövlət sirri ilə işləməyə buraxılmağıma xitam verilə bilər və əmək müqaviləsi pozula bilər.

Mənə məlumdur ki, dövlət sirri ilə işləməyə buraxılışa xitam verilməsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, məni dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyüm öhdəliklərdən azad etmir.

Mən dövlət sirri təşkil edən məlumatların yayılmasına və ya belə məlumatlar təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin məxfilik rejiminin pozulmasına görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağım barədə xəbərdar edilmişəm. Dövlət sirri haqqında qanunvericiliklə və onun pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericiliklə tanış olmuşam.


3. Digər şərtlər
İki nüsxədə tərtib edilmiş bu öhdəliyin bir nüsxəsi işçinin şəxsi işində, ikinci nüsxəsi isə ___________________________________ dövlət

(təşkilatın adı)

sirrinin mühafizəsi üzrə bölməsində saxlanılır.

______________________________________________

(öhdəlik götürən şəxsin imzası)
“____” _____________________________20_____il

___________________________________________

(təşkilat rəhbərinin imzası)

“____” _____________________________20_____il”;





    1. forma 9-dan sonra aşağıdakı məzmunda forma 9-1 əlavə edilsin:

“Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil

edən məlumatlarla işləməyə buraxılması Qaydası”na

əlavə


Forma 9-1
Dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə
İ L T İ Z A M N A M Ə
Mən, ___________________________________________________

(vətəndaşın soyadı, adı və atasının adı)

_____________________________________işə (xidmətə) qəbul edilərkən,

(təşkilatın adı)

öz xidməti fəaliyyətimə və vəzifə borcuma görə dövlət sirri ilə işləməyə buraxılacağım haqqında məlumatlandırılmışam və bununla əlaqədar olaraq dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürürəm.

Mən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin dövlət sirri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara əsasən, mənə etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağıma dair dövlət qarşısında öhdəlik götürərək, aşağıda göstərilən hüquqlarımın qismən və müvəqqəti məhdud-laşdırılmasına razılıq verirəm:



  • tanış olmağa buraxıldığım dövlət sirri təşkil edən məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ;

  • dövlət sirri təşkil edən məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə hüququ;

  • dövlət sirri ilə işləməyə buraxılmasının rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə şəxsi toxunulmazlıq hüququ.

Öz üzərimə aşağıdakı öhdəlikləri götürürəm:

- vəzifə borcuma və xidməti fəaliyyətimə görə mənə məlum olacaq dövlət sirrinə aid edilmiş məlumatları yaymamaq;

- “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət sirrinə buraxılışdan imtina edilməsi üçün əsas yaradan hallar haqqında məlumatı _________________________________________ kadr

(təşkilatın adı)

aparatına vaxtında təqdim etmək;

- yoxlama tədbirlərindən yayınmamaq və anketdə bilərəkdən yalan məlumatlar verməmək;

- dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işləmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi siyahıya əsasən xəstəliklərin olmaması barədə sənədləri _______________________

(təşkilatın adı)

kadr aparatına müəyyən edilmiş qaydada təqdim etmək;

- kənar şəxslər məndən məxfi xarakterli məlumat almaq istədikləri hallarda, bu barədə dərhal ____________________________dövlət sirrinin

(təşkilatın adı)

mühafizəsi üzrə bölməsinə və ya təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə) məlumat vermək;

- tərcümeyi-halımdakı dəyişikliklər barədə_________________ kadr

(təşkilatın adı)

aparatına mənə məlum olduğu vaxtdan 1 ay müddətində məlumat vermək.

Mən xəbərdar edilmişəm ki, dövlət sirrinin mühafizəsi ilə əlaqədar üzərimə götürdüyüm öhdəliyi pozaramsa, həmçinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün əsaslar yaranarsa, təşkilat rəhbərinin qərarı ilə mənim dövlət sirri ilə işləməyə buraxılmağıma, habelə işimə (xidmətimə) xitam verilə bilər.

Mənə məlumdur ki, dövlət sirri ilə işləməyə buraxılışa xitam verilməsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, məni dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyüm öhdəliklərdən azad etmir.

Mən dövlət sirri təşkil edən məlumatların yayılmasına və ya belə məlumatlar təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin məxfilik rejiminin pozulmasına görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağım barədə xəbərdar edilmişəm. Dövlət sirri haqqında qanunvericiliklə və onun pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericiliklə tanış olmuşam.


____________________________________

(öhdəlik götürən şəxsin imzası)


“______” __________________ 20 ___ il”.

Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə