Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə10/13
tarix14.01.2017
ölçüsü3,39 Mb.
#274
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

Ев тясяррцфаты



Ширкятляр






3




1

Şəkil 30. Ev təsərrüfatları və şirkətlər arasında qarşılıqlı əlaqə
Sxemdən göründüyü kimi, öncə insanlar şirkətlərə öz əmək qabiliyyətlərini (1) təklif edirlər və öz əmək resurslarının əvəzində isə qazanılan haqqı- məvacibi (2) alırlar. Artıq insanlarda pul olandan sonra, onlar əmtəə və xidmətlər əldə etməyə başlayırlar və bu məqsədlə şirkətlərə pul təklif edirlər (3), əvəzində isə əmtəə və xidmətlər alırlar (4). Lakin iqtisadiyyatda fəaliyyət göstərən qarşılıqlı münasibətlər sisteminin 2 iştirakçışından (insanlar və şirkətlərdən) başqa 3-cü iştirakçı da mövcuddur- bu dövlətdir. Belə olan halda, biz dövlətin həm insanlarla və həm də şirkətlərlə qarşılıqlı münasibətlərini araşdırmalıyıq. Bildiyimiz kimi, insanlar və şirkətlər hər biri öz xidmətlərini fərqli bazarlarda təklif edirlər. Daha doğrusu, insanlar iş qüvvəsini əmək bazarında satır və həmin bazarda da şirkətlər onları əldə edir. Şirkətlər də məhsul və xidmətlərini əmtəə bazarında satışa çıxarır və insanlar da öz növbəsində həmin bazarlardan əmtəə və xidmət alırlar. Lakin şirkətlər istehsallarını qurmaq üçün yalnız əmək bazarına müraciət etmir və əlavə olaraq digər bazarlardan xammal, material və kapital alırlar. İndiki halda bu münasibətləri daha da aydınlaşdırmaq məqsədilə qarşılıqlı münasibətlər sxemini bir az da mürəkkəbləşdirmək mümkündür. Bu sxemi aşağıdakı kimi təqdim etmək olar (bax: şəkil 31).



8 11 7 10 6 12

5 9

4

2

1

3











фирмалар

Дювлят



Şəkil 31. Ev təsərrüfatları, firmalar və dövlət arasında olan
qarşılıqlı əlaqə

İndi isə gəlin, bu nisbətən mürəkkəb sxemə istinadən ayrıca götürülmüş formada insanlarla dövlətin qarşılıqlı münasibətlərinə nəzər yetirək. Sxemdən göründüyü kimi insanlar yalnız şirkətlərə deyil, dövlətə də öz əməyini və bacarığını təklif edirlər. Belə ki, onlar dövlət xidmətində və şirkətlərində, ayrı-ayrı büdcə idarələrində (dövlət büdcəsindən maliyyələşdirilən), o sıradan qanunvericilik, icra, hüquq-mühafizə orqanlarında və s. təşkilatlarda (5) çalışırlar. Onlar bu və ya digər fəaliyyətə sərf etdikləri əməklərinin əvəzində dövlətdən əmək haqqı (6) alır. Bütün insanlar, hansısa şirkətdə və yaxud dövlət bölməsində işləməsindən asılı olmayaraq, öz gəlirlərindən dövlətə vergi ödəyirlər (7) və onun əvəzində dövlətdən ictimai əmtəə və xidmətlər (8) alırlar.

Növbədə şirkətlərlə dövlətin qarşılıqlı münasibətləridir. Diqqət yetirsək görərik ki, dövlət özü firmalar üçün sifarişçi rolunda çıxış edir. O firmalara (dövlət və özəl şirkətlərə) pul ödəyir (9), əvəzində isə əmtəə və xidmətlər əldə edir (10).

Bu sistemdə mövcud olan qarşılıqlı münasibətlər sistemini daha dərindən mənimsəmək üçün, diqqətimizi bu məqama çəkək. Biz artıq bilirik ki, ictimai əmtəə və xidmətlərin təklifi dövlətin iqtisadi funksiyalarından biridir. Məsələn, ölkənin xariclə sərhədlərinin mühafizəsi. Bunun üçün dövlətə bu funksiyanı yerinə yetirmək məqsədilə güclü, döyüş qabiliyyətli ordu lazımdır. Ordunu isə saxlamaq üçün əsgəri paltar, ayaqqabı, silah və gündəlik  yeməklə  təmin etmək tələb olunur. Buna görə də dövlət şirkətlərə pul ödəyir va onlara hərbi paltar, ayaqqabı, silah, sursat  və s. sifariş verir.

Şirkətlər insanlardan (3) və dövlətdən (9) pul alıb, istehsal xərclərini ödəyir, yerdə qalan məbləği isə mənfəət formasında bölüşdürürlər. Biz bilirik ki, şirkətlər mənfəətinin bir hissəsini dövlətə vergi kimi ödəyirlər (11), əvəzində dövlətdən subsidiya və dotasiyalar alırlar (12).

"Subsidiya nədir?" Deyə bilərsiniz ki, subsidiya bir sıra sosial cəhətdən vacib iqtisadi sahələrin müəyyən xərclərini dövlətin öz üzərinə  götürməsidir. Bu, əsasən kənd təsərrüfatı və energetika sahəsində baş verir. Məqsəd də ondan ibarətdir ki, o sahədə qiymətlər tənzimlənsin, mal və xidmət buraxılışının xərcləri azalsın, məşğulluq təmin olunsun və s. Axı hər bir  dövlət istehsal həcminin artmasında, bütün əhalinin məşğulluğunda, qiymətlərin sabit saxlanılmasında maraqlıdır.

Subsidiya - dövlət büdcəsindən aşağı səviyyəli büdcələrə, o cümlədən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Dotasiya - dövlət büdcəsindən aşağı səviyyəli büdcələrə, o cümlədən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək üçün əvəzsiz verilən maliyyə vəsaitidir.

Beləliklə də makroiqtisadiyyat iqtisad elminin bir sahəsi kimi aşağıdakı sualları araşdırır və onlara cavab verməyə çalışır.



- Nə üçün istehsal və məşğulluq  tez-tez aşağı düşür?

- İşsizliyi necə azaltmalı?

- İnflyasiyanın səbəbləri nədir və onu nəzarət altında necə saxlamaq olar?

Bu problemlərin həlli üçün sadə düsturlar mövcud deyil. Hələ bu azmış kimi qoyulmuş problemlərin həllinin müxtəlif səviyyələrində onlar arasında ziddiyyətlər  meydana çıxır. Gəlin əvvəlcə makroiqtisadi siyasətin əsas məqsədini müəyyən edib, bu fəsildə araşdırmaq istədiyimiz 2 başlıca suala cavab verməyə çalışaq:

- İqtisadçılar iqtisadiyyatın məcmu nəticələrini necə qiymətləndirirlər?

- Yuxarıda sadalanan məqsədlərə çatmaq üçün tələb olunan iqtisadi siyasətin alətləri hansılardır?


MAKROİQTİSADİ NƏTİCƏLƏRİ
NECƏ QİYMƏTLƏNDİRMƏK OLAR?

Bu məqsədlə iqtisadçılar adətən bir neçə göstəricidən istifadə edirlər. Bu göstəricilər arasında ən vacibləri ümumi daxili məhsul (ÜDM), məşğulluğun səviyyəsi və inflyasiyanın tempidir. İqtisadi fəaliyyətin son nəticəsi əmtəə və xidmətlərin təminatı ilə bağlıdır. İqtisadiyyat üçün mənzil tikintisi, ərzaq, paltar toxunuşu, insanların təhsili və əyləncəsindən vacib nə ola bilər?


ЦДМ - мцяййян дювр ярзиндя юлкядя истеhсал олунмуш вя сатылмыш бцтцн мяhсул вя хидмятлярин сон дяйяридир.

İqtisadçılar adətən iqtisadi fəaliyyətin son nəticəsini qiymətləndirmək üçün digər göstəricilərdən də istifadə edirlər. Onlardan biri də ümumi milli məhsuldur (ÜMM).



Ümumi milli məhsul (ÜMM) - ölkənin milli iqtisadi vahidləri tərəfindən həmin ölkə daxilində və xaricində il ərzində istehsal olunmuş son (hazır) məhsulun bazar qiymətləri ilə ümumi dəyərini göstərir.

Bu göstəricilər nə ilə fərqlənir? Burada ilkin yanaşmadan gözəçarpan əsas fərq "daxili" və "milli" sözlərindədir. Bunu bir qədər geniş şəkildə aydınlaşdıraq.

Bizim respublikada müxtəlif dövlətləri təmsil edən çoxsaylı xarici şirkətlər fəaliyyət göstərir. İstehsal və ticarət sferasında yerli şirkətlərlə yanaşı Türkiyə, İran, Amerika, Yapon, Rusiya və s. ölkələrin şirkətləri də məşğuldur. Eyni zamanda ölkəmizdə  səhmdarları bir neçə ölkədən olan çoxlu birgə şirkətlər də fəaliyyətdədirlər. Bundan əlavə, bizneslə həmçinin fiziki şəxslər də məşğuldurlar ki, onların da arasında müxtəlif ölkələrin vətəndaşlarına rast gəlmək olar.

Beləliklə, ÜDM - istehsalçıların “vətəndaşlığından” asılı olmayaraq, Azərbaycan  ərazisinin hüdudları daxilində istehsal edilmiş əmtəə və xidmətlərin son dəyərini əks etdirir. ÜMM – yalnız Azərbaycan vətəndaşlarının bizneslə məşğul olduğu coğrafi məkandan asılı olmadan istehsal etdiyi əmtəə və xidmətlərin son  dəyəridir. Məlumdur ki, müxtəlif səbəblərdən sayı milyonlarla olan Azərbaycan vətəndaşları Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və s. regionlarda yaşayır və bizneslə məşğul olurlar. Deməli, onların il ərzində yaratdıqları məhsul və xidmətlərin son dəyəri ÜMM-ə daxildir. Eləcə də, nəzərə alsaq ki, bəzi Azərbaycan  şirkətləri digər ölkələrdə də filiallara malikdirlər, deməli onların da yaratdıqları əmtəə və xidmətlərin son dəyəri ÜMM-də nəzərə alınır. Hazırda müasir iqtisad elmində və iqtisadiyyatın idarəedilməsi praktikasında daha çox istifadə olunan göstərici ÜDM olduğundan diqqətimizi onun üzərində geniş cəmləyək. Bu məqsədlə həmin göstəriciyə yenidən nəzər salaq və onun nələri əks etdirdiyini dəqiq surətdə aydınlaşdıraq.



ÜDM - torpaq, əmək və kapital hesabına istehsal edilmiş əmtəə və xidmətlərin (kompüter oyunlarından dəzgahlara qədər) pulla ifadə olunan ümumi dəyəridir.

ÜDM iqtisadiyyatın nəticəsinin ümumi göstəricisidir. Onu 2 üsulla hesablamaq olar:

- gəlirlər və xərclər  əsasında.

Bu 2 üsul, demək olar ki, eyni nəticəlidir. Əgər, biz iqtisadiyyatda dairəvi  axınlar sxeminə diqqət yetirsək, görərik ki, əsas 2 axın mövcuddur: xərclərin və gəlirlərin axını, onlar da sonda bir-birinə bərabər olur. İqtisadiyyatda belə  bir prinsip mövcuddur:

Birinin xərcləri = digərlərinin gəlirləri.

Gəlin, bu bərabərliyin sağ və sol tərəfindən istifadə etməklə, ÜDM-i hesablayaq.

Yenidən diqqətimizi ÜDM-in hesablanması məsələsinə yönəldək. Bu zaman qarşıya çıxan əsas problem "ikili  hesab" adlanır. Bu problemin aradan qaldırılmasının vacibliyini qiymətləndirmək üçün yaxın tariximizə nəzər yetirək.

Xatırladaq ki, bir vaxtlar SSRİ adlanan dövlətin mövcudluğu vaxtında bütün vacib müşavirələrdə, partiya qurultaylarında bildirilirdi ki, ölkədə cari ilin ÜDM göstəricisi keçən ilə nisbətdə artıb. Lakin, hətta belə «artım»ların davamlı olmasına baxmayaraq SSRİ-nin iqtisadiyyatında qeyri-adi bir vəziyyət yaranmışdı. Belə ki, əmtəə və xidmətlərin dəyər baxımından həcmi artdığı halda insanlar ildən-ilə müflisləşirdi.

Sizcə, bu necə ola bilərdi? Bu sualın bir neçə cavabı var: "İkili", bəzən hətta, "üçlü" hesab! Aşağıdakı misallarla tanış olduqdan sonra bu “hesab”ları daha yaxşı başa düşmək olar.

Fərz edək ki, müəyyən bir şirkət taxta materialları, yəni lövhə, parket, faner və s. istehsal edir. Şirkət məhsulunu müxtəlif qrup istehlakçılara satır.

Digər zavod  isə vint, mismar buraxır və bazara çıxarır. Üçüncü şirkət isə istehlakçılara kimyəvi məhsullar, o cümlədən  boya, lak, rəng və sair məhsullar təklif edir. Bu şirkətlərin hər biri öz növbəsində, istehsal etdiyi və satdığı  məhsulun dəyəri haqqında  hesabatlar verir.

Fərz edək ki, bu məhsulların istehlakçılarından biri də mebel fabrikidir. Belə olan halda mebel istehsalında hər 3 şirkətin məhsulu xammal və yarımfabrikat sayılır. Mebel istehsal edilib, satıldıqdan sonra, bu fabrik də satılan məhsulun həcmi barədə hesabat verir.

Gəlin, bir qədər əvvəl öyrəndiyimiz makroiqtisadi axınları yenidən yada salaq.

Satılmış məhsulun dəyəri xammal və materialların dəyərini, əmək haqqını örtməli və mənfəət əldə etməyi tə'min etməlidir. Başqa sözlə, mebelin dəyərində lövhə, faner, boya, lak, mıx və s.-nin dəyəri nəzərə alınıb.

Belə çıxır ki, ÜDM hesablananda bu materialların hər birinin dəyəri onun həcminə 2 dəfə daxil edilir. Birinci dəfə ayrı-ayrı istehsalçıların buraxılışı kimi, ikinci dəfə isə mebelin dəyəri ilə birlikdə.

Vaxtilə kapitalist ölkələri ikili hesabdan qaçmağa çalışırdılarsa, o zamanlar sosialist dövlətləri görünüş üçün ikili və üçlü hesabdan istifadə edirdi. Beləliklə də sovet dönəmində ÜDM "şişir" və ildən-ilə artım baş verirdi.

Bu problemin həllinə düzgün yanaşmaq üçün "son məhsul" termininin  mənasını başa düşməliyik. Mümkündür ki, mismarlar, laklar, lövhələr və s. əmtəələr son məhsul kimi ÜDM hesablanmasında istifadə olunsun. Siz özünüz bu məhsulların hər birinin ayrı-ayrı təsərrüfat dükanlarında satıldığının şahidi olmusunuz. Lakin bizim misalımızda həmin məhsullar son deyil, aralıq məhsul olaraq çıxış edir və sonda mebelin dəyərinə daxil olur.

Bir sözlə, ÜDM-ün hesablanması zamanı başqa nemətlərin istehsalında istifadə olunan aralıq məhsul xaric edilir. ÜDM-in hesablanmasının problemi bununla bitmir. Belə ki, ÜDM-un hesablanmasında bir problem də özünü büruzə verir. Bu qiymətlərin dəyişməsi problemidir.

Heç kəsə sirr deyil ki, hər bir məhsul növü üzrə qiymətlərin zamandan asılı olaraq dəyişmək xüsusiyyəti mövcuddur və bu ilin göstəricisini keçən ilin göstəricisi ilə müqayisə edəndə belə dəyişiklik nəzərə çarpır.

Bu məqsədlə, ÜDM-in nominal və real anlayışlarını bir-birindən fərqləndirirlər.

Təsəvvürünüzə gətirin  ki, ölkədə birinci il ərzində istehsal edilən əmtəə və xidmətlərin dəyəri 100 mlrd. manatdır. Gələn il müvafiq göstərici 200 mlrd. manatadək artıb. Sizcə bu o deməkdirmi ki,  ikinci il 2 dəfə çox əmtəə və xidmət istehsal olunub?

Bu suala doğru cavab vermək üçün ötən və bu ilin orta qiymətlərini müqayisə edib, "qiymət indeksini" tapmaq tələb olunur.

Fərz edək ki, əmtəə və xidmətlərin orta qiyməti keçən ilə nisbətən bu il 2 dəfə artıb. Bu o deməkdir ki, dəyər ifadəsində ÜDM-in artmasına baxmayaraq, natural ifadədə keçən ilki qədər əmtəə və xidmətlər istehsal edilib.

Beləliklə də yadda saxlayaq ki, ÜDM hesabat ilinin qiymətində nominal, müqayisə edilən ilin qiymətində isə real adlanır.

ÜDM-in hesablanmasında nələrin nəzərə alınıb-alınmamasına diqqət yetirək. Bunu bilməkdən ötrü əvvəlcə ÜDM-in xərclər üzrə hesablanması düsturu ilə tanış olmaq tələb olunur:
ÜDM= C+I+G+(X-M)
Burada, C-əmtəə xidmətlərin alınmasına istehlakçıların çəkdiyi xərcdir;

I - yeni binaların tikilməsinə, mexanizmlərin alınmasına ehtiyatların miqdarının dəyişməməsinə yönələn investisiya xərcləridir;

G - əmtəə xidmətlərin əldə edilməsinə yönələn dövlət xərcləridir;

(X-M)xalis ixracdır.
Bu ixracla (X) idxalın (M) fərqinə bərabərdir. Yəni, xarici  ölkələrə satılan əmtəə və xidmətlərlə başqa ölkələrdən alınan əmtəə və xidmətlərin qiymət fərqidir. Əgər, ixrac idxaldan çoxdursa fərq müsbət olub, ÜDM-i artıra bilər. Əksinə, idxal ixracdan çoxdursa onda fərq mənfi olub, ÜDM-i azalda  bilər. Deyilənləri daha yaxşı başa düşmək üçün, mütləq nəzərdən qaçırmaq olmaz ki, ÜDM real vəziyyəti xarakterizə etmək üçün göstərici deyil. Belə ki, ölkədə istehsal edilən, lakin ÜDM-in hesablanmasında nəzərə alınmayan çoxlu sayda əmtəə və xidmət növü də mövcuddur. Bu göstəriciyə yalnız bazar üçün nəzərdə tutulan əmtəə və xidmətlər daxil edilir. Eyni zamanda, öz avtomobilinin radiatorunu təmir edən  mexanikin və ya mənzilini təmir edən rəngsazın xidmətləri nəzərə alınmır. ÜDM-in hesablanmasında həmçinin transfert ödənişləri (pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər) də nəzərə alınmır.

Gəlin, deyilənlərin daha yaxşı başa düşülməsi üçün bir neçə suala cavab verməyə çalışaq. Aşağıda sadalananlardan  hansıları ÜDM-in  tərkibinə  daxil edilir?

1. Dövlətin tələbəyə ayırdığı təqaüd? (Xeyr! Bu transfert ödənişidir)

2. Ordu üçün yeni hərbi vertolyotun  alınması? (Bəli! Bu dövlət xərcləridir)

4. Bərbərin gəliri? (Bəli! O xidmət göstərir)

5. Şirkətin səhmlərinin satılmasından gələn gəlir? (Xeyr! Bu təmiz maliyyə sövdələşməsidir)

6. İşçilərə işlənmiş avtomobilin alınması? (Xeyr! Bu istifadə olunmuş əmtəədir)

7. Şirkət tərəfindən yeni dəzgahların alınması? (Bəli! Bu investisiyadır)

Beləliklə, nəticələrə yekun vuraraq demək olar ki, ÜDM və ÜMM-in hesablanmasında aşağıdakılar nəzərə  alınmır:

A) Aralıq əmtəələrin alınması.

B) İstifadə olunmuş əmtəələrin alqısı və  satışı.

C)  Səhmlərin alqısı və satışı.

D) Sosial transfertlər (işsizliyə görə müavinət, pensiya və s.)

E) Ev təsərrüfatlarının daxili istehlakı üçün nəzərdə tutulan, o cümlədən dövlət nəzarətindən kənarda qalan “gizli iqtisadiyyat”a aid edilən əmtəə və xidmətlər.



Sosial transfertlər -  müxtəlif səviyyəli büdcələrdən, büdcədənkənar fondlardan, ictimai təşkilatların vəsaitlərindən əhaliyə edilən əvəzsiz ödənişlərdir. Sosial transfertlərə aiddir: bütün növ pensiyalar (qocalığa, əlilliyə, ailə başçısının itirilməsinə və xidmət müddətinə görə, sosial pensiyalar və s.); bütün növ təqaüdlər; bütün növ müavinətlər; kompensasiya ödənişləri və güzəştlər, habelə sanatoriyalara, istirahət evlərinə göndərişlərin (putyovkaların) dəyərinin ödənilməsi formasında maddi yardımlar. Bundan başqa, əhaliyə natural formada transfertlər - haqqı ödənilmədən və ya güzəştli qiymətlərlə əmtəə və xidmətlər təqdim olunur. Bunlara təhsil, mədəniyyət, idman, sosial təminat, mənzil-kommunal və s. sahələrdə  xidmətlər aiddir.

ÜDM-lə yanaşı istifadə olunan göstəricilərdən biri də milli gəlirdir.



Milli gəlir (MG) - ölkənin iqtisadi inkişafının ümumiləşdirici göstəricilərindən biri olmaqla, il ərzində yeni yaradılan məcmu məhsulun pulla ifadəsidir. Bu məcmu məhsul  bütün istehsal amillərinin (torpaüın, əməyin, kapitalın və sahibkarlıq qabiliyyətinin) il ərzində gətirdiyi gəliri əks etdirir. Ölkənin ümumi milli məhsulundan (ÖMM) amortizasiya ayırmaları (əsas vəsaitlərin köhnəlməsini) və dolayı vergilər  çıxıldıqda milli gəlir alınır.

Bunu aşağıdakı düsturla belə ifadə etmək olar:



MG = ÜMM – AA - DV

Burada, AA – amortizasiya ayırmaları, DV - dolayı vergilərdir.

Həmçinin, milli gəliri il ərzində əmək haqqı, sənaye və ticarət mənfəəti, qoyulan kapitala görə faiz və torpaq rentası kimi bütün növ gəlirlərin cəmi kimi də müəyyən etmək olar.
BİZİM HESABLAŞMAĞA MƏCBUR OLDUĞUMUZ

MAKROİQTİSADİ PROSESLƏR
Makroiqtisadi səviyyədə fəaliyyət göstərən qüvvələri  təsvir etmək üçün biz bütövlükdə ölkənin iqtisadi sisteminə təsir edən başlıca amilləri özündə əks etdirən  sxemdən istifadə edəcəyik. İlk növbədə, bunlar "iqtisadi siyasətin alətləri" hesab olunur. Bura vergi, dövlətin pul kredit siyasəti  və s. aiddir.

Ümumiyyətlə, hər bir ölkədə iqtisadiyyatın inkişafı tsiklik xarakter daşıyır. Artım dövründən sonra stabillik dövrü, sonra isə tənəzzül dövrü gəlir. Bəzən tənəzzül xeyli vaxt aparır, uzanır. Onda bu dövrü durğunluq adlandırırlar. Müəyyən dövrdən sonra iqtisadiyyatda canlanma müşahidə olunur.

Tsiklik inkişafın qrafiki təqdimatı belədir.




Əmtəə istehsalı
Ümumi tendensiya



Pik


Artım Eniş

Tənəzzül



Zaman

Şəkil 32. Tsiklik inkişaf əyrisi
İqtisadiyyatın inkişafında tsiklik xarakterdən qaçmaq heç bir ölkəyə nəsib  olmayıb. Lakin sürətli dəyişikliklərdən, dərin tənəzzüldən yaxa qurtarmaq və  bu əyrini düzəltmək hər bir ölkənin məqsədi olub.

İqtisadi tsikllər iqtisadiyyatında real ÜDM-in artımının və tənəzzülün əvəzlənməsini əks etdirir.

Tipik iqtisadi tsikllər 4 fazadan təşkil olunmuşdur.

- Böhran dövrü (tənəzzül);

- Durğunluq dövrü;

- Canlanma dövrü;

- Yüksəliş dövrü (pik).

Sonradan yenə böhran dövrü başlayır və bütün tsikl təkrarlanır.

Yüksəliş dövrü ərzində ÜDM və istehsal gücləri artır, əhalinin məşğulluq səviyyəsi yüksəlir və əmək haqqı ilə qiymətlərdə də artım tendensiyası baş verir.

Durğunluq dövrü ərzində isə əsasən hər şey əksinə nəzərə çarpır. Bu dövr üçün yüksək işsizlik səviyyəsi, istehsal gücünün kifayət qədər istifadə edilməməsi, ÜDM-in azalması, əmək haqqı və qiymətlərin aşağı düşməsi xarakterikdir.

Biz bilirik ki, istehsalçılar həmişə öz məhsullarını mümkün qədər yüksək qiymətə satmağa çalışırlar. Lakin tənəzzül vaxtı qiymət və  xərclərin səviyyəsi aşağı ola bilər. Digər hallarda isə, məsələn yüksəliş dövrü ndə istehsalatın həcmi yüksəlir, qiymətin səviyyəsi artır.
MƏCMU TƏKLİF, MƏCMU TƏLƏB
Məcmu  təklif müəyyən dövr  ərzində ölkə şirkətlərinin istehsal etməyə və satmağa hazır olduğu əmtəə və xidmətlərin ümumi miqdarıdır. O, qrafikdə AC kimi təsvir olunur, qiymət səviyyəsi, iqtisadiyyatda  istehsal gücü və xərclərin ölçüsündən asılıdır.
Bütün məhsulların

qiymətlərinin orta

səviyyəsi AC




AD

Real ÜDM

Şəkil 33
Məcmu tələb  - müəyyən dövr ərzində iqtisadiyyatın ayrı-ayrı bölmələrində xərclənməyə hazır  olan pulun ümumi miqdarıdır. O, qrafikdə AD ilə təsvir olunur, istehlakçıların, istehsalçıların və dövlətin xərclərinin miqdarını göstərir.

Başqa sözlə, məcmu tələb iqtisadiyyata bütün təsərrüfat subyektlərinin ümumi xərclərini ifadə edir. Bura insanların  əldə etdiyi avtomobillərin, ərzaqların, paltarların və digər nemətlərin ümumi alışı daxildir. Şirkətlər tərəfindən dəzgah və avadanlıqların, dövlət tərəfindən təyyarə, kompüter və s. alışı da bura aiddir.

Məcmu tələb və məcmu təklifin əyrisi mikroiqtisadiyyatda tələb və təklif əyrisinə oxşardır. Xatırlayırsınızsa, həmin əyri konkret məhsula tələbi və təklifi xarakterizə edirdi.

Bu qrafikin üfüqi oxunda iqtisadiyyatın məcmu istehsalı (real ÜDM), şaquli  oxunda isə qiymətlərin ümumi səviyyəsi göstərilir.

Belə olan halda iqtisadiyyatda tarazlığa nə zaman nail olunur? Tarazlıq deyəndə biz nəyi nəzərdə tuturuq?

Makroiqtisadi tarazlıq qiymətin ümumi səviyyəsində qurulur.

Burada şirkətlər alıcıların almaq istədikləri məhsulu istehsal edir və satırlar. Tələb və təklifin bu modeli ölkənin bütövlükdə ayrıca bazarlarını birləşdirir. Buna görə də bizim qrafikdə ayrıca məhsulun qiyməti əvəzinə  qiymət səviyyəsi və hər məhsulun miqdarı əvəzinə istehsalın real həcmi təsvir olunur.

Belə olan halda, sual meydana çıxır. Nə üçün məcmu tələb əyrisi soldan sağa sürüşür və aşağı meyllənir?

Yadınızdadırsa, biz konkret məhsul haqqında danışanda tələb əyrisinin hərəkətini gəlir və əvəzləmə effekti ilə başa salırdıq.

Məcmu tələbin əyrisinin hərəkətini isə 3 amillə izah etmək mümkündür.



-faiz dərəcəsinin effekti;

-real xəzinə qalıqlarının effekti;

-idxal alışlarının effekti.

Bu effektlərin mahiyyətinə bir az dərindən nəzər yetirək.



Faiz dərəcəsinin effekti. Biz hesab edirik ki, pul kütləsinin həcmi, daha doğrusu, iqtisadiyyatda pulun miqdarı müəyyən dövr üçün sabit qalır. Nə vaxt ki, qiymət səviyyəsi artır, onda istehlakçılara alış-veriş üçün daha çox məbləğdə pul lazım olur. Sahibkarların da əmək haqqının ödənilməsi, xammal və materialların alışı üçün daha çox məbləğdə pula ehtiyacı yaranır. Beləliklə, qiymətin yüksək səviyyəsi pula tələbi daha da artırır. Biz artıq qeyd etmişdik ki, müəyyən zaman çərçivəsində iqtisadiyyatda pul kütləsinin həcmi dəyişilməzdir, deməli pullardan istifadə qiyməti - faiz dərəcəsi artır.


Фаиз дяряжяси -кредиторун дебитордан алдыьы пул мябляьинин фаизля артымынын ифадясидир.



Kreditor-pul verən, debitor-pul borclu olan şəxsdir.

Bizə məlumdur ki, şirkətlər, bəzən isə fiziki şəxslər banklardan pulu kreditə götürürlər. Bununla bərabər bank həmin şirkət və fiziki şəxslərə krediti müəyyən faizlə verir. Faizin böyüklüyü faktiki olaraq risk səviyyəsini əks etdirir.

Əgər, hər hansı bir səbəb üzündən iqtisadiyyatda vəziyyət sabit deyilsə, onda bank kredit verərkən daha çox risk edir. Deməli o, kreditin faiz dərəcəsini mütləq artırmalı, yəni krediti daha bahalı faizlə verməlidir. Adətən faiz dərəcəsinin artımı şirkətlərin və istehsalçıların xərclərinin ixtisar edilməsinə, yəni məcmu tələbin azalmasına gətirib çıxarır.

Real xəzinə qalıqlarının effekti.

Məsələ burasındadır ki, insanlar öz maddi vəsaitinin bir hissəsini gələcəyə yönələn fəaliyyət məqsədilə yığım üçün ayırırlar, yəni əmanətə qoyurlar.

Qiymətlərin yuxarı səviyyəsində bu əmanətlərin real alıcılıq qabiliyyəti azalır. İnsanlar kasıblaşır və öz xərclərini ixtisara salırlar.

İdxal alışlarının effekti.

Biz ÖDM-in hesablanmasını araşdıranda gördük ki, idxal (əmtəələrin xaricdən alınması) və ixrac (əmtəələrin xaricə satılması) məcmu xərclərin əsas komponentlərindən biridir. Onlar ÖDM-i artıra və yaxud azalda bilər.

Əgər ölkəmizdə istehsal edilən əmtəə və xidmətlərin qiyməti xaricdə istehsal olunanlarla müqayisədə baha olarsa, onda insanlar yerli məhsullara nisbətən, idxal məhsullarını almaüa üstünlük verəcəklər.

Xaricilər də bizim məhsulları az almağa başlayacaqlar. Nəticədə idxalın həcmi artacaq və ixracın həcmi aşağı düşəcək, ona müvafiq olaraq ÜDM aşağı düşəcək.


MƏCMU TƏKLİF
Məcmu təklif -hər mümkün qiymət səviyyəsində istehsalın həcmini göstərən anlayışdır.

Qeyd etmək lazımdır ki, məcmu təklif əyrisinin formasına müxtəlif yanaşmalar  mövcuddur. Deyilənləri daha yaxşı başa düşmək üçün  tarixə qısa ekskurs edək.

Hələ Şimali Amerikanın müstəqilliyi uürunda müharibə vaxtı Adam Smit özünün məşhur "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar” adlı kitabını yazmışdır.

Adam Smit hesab edirdi ki, iqtisadiyyata münasibətdə ən yaxşı dövlət siyasəti -qarışmamaqdır! O və onun davamçıları israr edirdilər ki, iqtisadiyyatın azad inkişafına maneələr olmazsa, tələb və təklif qanunları bazar tarazlıüına, işsizliyin azalmasına -bir sözlə bütünlüklə  firavanlıüa gətirib çıxaracaq. Həqiqətən, uzun müddət kapitalist ölkələrinin iqtisadiyyatı bu yolla inkişaf edirdi.

Lakin XX əsrin 30-cu illərində dünyanın ən inkişaf etmiş kapitalist dövlətində (ABŞ-da) böyük iqtisadi böhran baş verdi. Sonradan bu böhran "Böyük durüunluq" adı ilə tarixdə qaldı. ABŞ və digər kapitalist ölkələrində müflisləşmə və işsizlik rekord səviyyəyə çatdı. Məhz bu illərdə ingilis iqtisadçısı  Con Meynard Keyns iqtisadiyyatda dövlətin rolu haqda yeni fikirlər irəli sürdü. Bu fikirləri özünün məşhur "Məşüulluq, faiz və pulun ümumi nəzəriyyəsi" kitabında cəmləşdirdi.

Məlumat üçün qeyd edək ki, C.M.Keyns məşhur ingilis iqtisadçısı ailəsində doüulub, fond biræasında qiymətli kaüızlarla "oynamaqla" özünə xeyli var-dövlət qazanıb. O, hökumətdə xəzinədarlıq xidmətində çalışmış və maliyyə məsələləri üzrə müşavir olmuşdur. C.M.Keyns isbat edirdi ki, bazarda tarazlıq vəziyyəti olduüu halda da yüksək işsizlik səviyyəsinin mövcudluüu mümkündür. Əgər dövlət bu problemin həllinə  qarışmazsa bu vəziyyət xeyli davam edə bilər. O sübut etdi ki, dövlət istənilən məqamda ictimai iş yerlərinin maliyyələşdirilməsinə başlayarsa, onda işsizliyin səviyyəsi azalacaq.

İndiki dövrdə də inflyasiya və yaxud tənəzzül zamanı təkcə iqtisadçılar deyil, sıravi vətəndaşlar da hökumətin hansı ölçülər götürəcəyi haqda fikirləşirlər.

İndi isə "məcmu təklif" anlayışına qayıdaq. Məcmu təklif termini dedikdə iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlər başa düşülür. İdeal halda məcmu təklif məcmu tələbə bərabərdir. Lakin gerçək həyatda bu baş vermir. Bütün istehsal edilən əmtəələr satılmır. Onların bir hissəsi ehtiyat şəklində şirkətlərin anbarlarında qalır. Bəzi hallarda isə proses əksinə baş verir - əmtəələr çatışmır. Bu 2 vəziyyətdən birini misallarla izah edək.

Fərz edək ki, istənilən bir dövlətdə 4 növ əmtəə istehsal edilir: velosiped, paltar, piroæna və dəzgahlar.

İstehsalat:

Velosiped - 10 mln.manat

Paltar - 20 mln.manat

Piroæna - 5 mln.manat

Dəzgahlar - 10 mln.manat

Məcmu təklif - 45 mln. manat

XƏRCLƏR

İstehlakçıların xərcləri

Velosiped - 9 mln. manat

Paltar - 15 mln. manat

Piroæna - 5 mln. manat
Şirkətlərin xərcləri (investisiyalar)

Dəzgahlar - 7 mln. manat

Məcmu tələb - 36 mln. manat

Fərq - 9 mln. manat

Araşdırdıüımız misalda məcmu tələb məcmu təklifdən 9 mln. manat azdır.

Sizcə, şirkətlər bundan sonra nə edəcəklər? Əlbəttə ki, onlar məhsulların qalıqlarını satmaüa çalışacaqlar. Buna nail olmaq üçün də qiymətləri ucuzlaşdırmaq və ya yeni məhsulun buraxılış həcmini ixtisar etmək və yaxud da hər ikisini birlikdə tətbiq etmək tələb olunur.

İstənilən halda bu tədbirlər dairəvi axının azalmasına gətirib çıxaracaq. Beləliklə də onunla birlikdə də ÖDM də aşaüı düşəcək.

Yenə də iqtisadi təlimlər tarixinə müraciət edək. Keyns məktəbinin iqtisadçıları qeyd edirlər ki, qısa müddət ərzində əmtəələrin qiyməti dəyişməz qalır, tələbin yüksəlməsi bu əmtəələrin istehsalının həcminin artırılmasına gətirib çıxarır. Bu, qrafikdə aşaüıdakı kimi təsvir olunur:

Qrafikdən görünür ki, Keyns hissəsində tələbin artımında qiymətlər dəyişilməz qalır (P), istehsal edilmiş əmtəə və xidmətlərin miqdarı isə artır (Q).





Şəkil 34. Qiymət səviyyəsinin və buraxılışın tarazlığı
Makroiqtisadiyyatın klassik məktəbinə aid olan iqtisadçılar isə hesab edirlər ki, tələbin artımı ilk növbədə əmtəə və xidmətlərin qiymətinin artımına gətirib çıxaracaq.

Göründüyü kimi, tələbin artımı əmtəə və xidmətlər buraxılışının miqdarına təsir etmir. Onun əvəzinə qiymətlər bahalaşır.

Həqiqətən də hər iki yanaşma müəyyən şəraitdə özünü doürulda bilər.

Əslində isə məcmu təklif əyrisi aşaüıdakı formaya malikdir.

Tələbin artdıüı dövrdə, qiymətlərin dəyişməz qaldıüı zaman şirkətlər əmtəə və xidmət istehsalının həcmini artırırlar. Əyrinin bu hissəsi "Keyns kəsiyi" adlanır.


Şəkil 35. Məcmu təklif əyrisi

Amma fərz edək ki, tələb getdikcə artır. Bu halda sizcə nə baş verəcək?

Bəli! Qiymətlər artmaüa başlayacaq.

Çünki, istehsalın həcminin artması bəzi resursların qiymətini də  bahalaşdırır. Bəzi resursların qiymətlərinin artması isə  xərclərin çoxalmasına gətirib çıxarır. Bu isə əmtəə və xidmətlərin qiymətini bahalaşdırır.

Biz nə qədər çox istehsal  ediriksə,  resurslar bir o qədər də məhdudlaşır (müvafiq olaraq bahalaşır) və ona görə də əmtəələrin qiyməti getdikcə artır. «Aralıq kəsik» adlanan bu hissə BC ilə işarə olunub.

Nəhayət, uzun müddətli perspektivdə elə məqam qeydə alınır ki, bütün mümkün olan resurslar istehsala cəlb edilir və o zamandan başlayaraq, qiymətlər bahalaşsa da əmtəə və xidmət istehsalını artırmaq mümkün olmur. Əyrinin bu kəsiyi CD sahəsindədir. Bu kəsiyi iqtisadiyyatda "klassik" adlandırırlar.



Və biz deyə bilərik ki, məcmu təklif - qiymətlərin ümumi səviyyəsi şirkətlərin buraxmaq istədikləri məhsullarının həcmi arasında qarşılıqlı əlaqələri təsvir edir.

Növbəti fəsildə biz belə əlaqələri özündə əks etdirən işsizlik və inflyasiya ilə tanış olacağıq.



İqtisadi fikir tarixindən



C

on Meynard Keyns (1883 - 1946)

Con M. Keynsin adı iqtisad elmində inqlabla bağlıdır. Yalnız nəzəriyyəsi deyil, həmçinin bioqrafiyası da qeyri – adi dərəcədə maraqlı olan Keyns nüfuzlu İton kollecini, sonra isə Kembric Universitetini müvəffəqiyyətlə bitirərək ingilis cəmiyyətinin kübar təbəqələri mühitində püxtələşmişdir. Bu onun birja əməliyyatlarından var-dövlət qazanıb zənginləşməyinə də imkan yaratmışdır. Keynsin «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» (1936) əsəri dünya iqtisadi fikrini xeyli inkişaf etdirmişdir.

Keynsin nəzəriyyəsini dərk etmək çətindir, çünki burada heç də həmişə ardıcıllıq qorunmur, bu səbəbdən hələ də iqtisadçılar arasında bu nəzəriyyəyə fərqli münasibətlər ətrafında mübahisələr davam edir. Lakin Keynsin gəldiyi ümumi nəticə və onun tərəfindən tövsiyə edilən iqtisadi siyasət hamı üçün aydındır. Keyns sübut etmişdir ki, bazar sistemi ölkələri iqtisadi tənəzzüldən həmişə öz gücü ilə çıxa bilmir. Belə problemlər dövlətin müdaxiləsi əsasında məcmu tələbin artırılması yolu ilə həll edilməlidir.

Keynsin bu fikirləri qərb ölkələrinin makroiqtisadi nəzəriyyəsinə və dövlətlərin iqtisadi siyasətinə ciddi təsir göstərmiş, lakin onun bəzi tövsiyələrindən bir sıra dövlətlər sonralar imtina edilmişdir. Keyns həmçinin pul və banklar sahəsində də görkəmli nəzəriyyəçi və praktik sayılır. Onun tövsiyələri ilə İngiltərədə və digər ölkələrdə bank islahatları həyata keçirilmişdir. Doğma vətəni qarşısında xidmətlərinə görə C. M. Keyns Lord tituluna layiq görülmüşdür.

Xülasə:


        1. Ü

          mumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (ÜMM) iqtisadiyyatın əsas göstəriciləridir.

        2. ÜDM-nin hesablanması zamanı əsas problem ikili hesabı ləğv etməkdir.

        3. ÜDM-i il ərzində olan bütün gəlirlər və ya xərcləri toplamaqla hesablamaq olar

        4. Nominal ÜDM-nin köməyi ilə cari ildə istehsal olunan məhsulların həcmi həmin ilə olan qiymətlərə ölçülür. Real ÜDM-in həcmi isə hər hansı baza ilinin qiymətləri ilə müəyyənləşdirilir.


Müzakirə üçün suallar:

  1. Niyə ÜDM-in hesablanması zamanı məhsulun yalnız son dəyərinə diqqət yetirilir?

  2. ÜDM və ÜMM bir-birindən nə ilə fərqlənir?

  3. Məcmu təklif əyrisi Keyns, aralıq və klassik kəsiklər arasındakı fərqləri necə əks etdirir?


TEST

7.1. Aşağıda verilənlərdən hansı iqtisadi göstəricilər iqtisadiyyatda istehsalatı və buraxılışın həcmini daha yaxşı xarakterizə edir?

a) İstehlak qiymətləri indeksi

b) İşsizliyin səviyyəsi

c) Ümumi daxili məhsul

d) Bazis dərəcəsi

e) Aparıcı göstəricilərin indeksi


7.2. Aşağıda sadalanan xərclərdən hansılarına ÜDM-in hesablanmasında investisiya kimi baxılır:

1- Avtomobil zavodunun kompüter alışı

2- Katibənin IBM-in səhmlərini alışı

3 - Yeni binanın tikintisi

Javab variantları:

a) yalnız 1.

b) yalnız 2.

c) yalnız 1 və 2.

d) yalnız 1 və 3.

e) yalnız 2 və 3.


7.3. ÜMM — budur:

a) ölkədə istehsal olunmuş bütün əmtəələrin dəyəri

b) ölkədə göstərilmiş bütün xidmətlərin dəyəri

c) milli şirkətlərin və fiziki şəxslərin coğrafi məkandan asılı olmadan istehsal elədiyi bütün əmtəə və xidmətlərin dəyəri

d) ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri
7.4. ÜDM-in gəlir və xərclər nöqteyi-nəzərdən hesablanması zamanı daha böyük olçü hesab olunur:

a) Renta ödənişləri

b) Əmtəə və xidmətlərin əldə olunmasına dövlət xərcləri

c) İstehlak xərcləri

d) Əmək haqqı və ya muzdlu işçilərə kompensiyalar

e) Xalis faiz.



Səkkizinci fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • Başlıca iqtisadi məqsədlər




  • Tam məşğulluq




  • Qiymətlərin sabitliyi




  • İqtisadi artım




  • Nəyə görə makroiqtisadçıların
    fikirləri üst-üstə düşmür?


İstənilən dövlətin başlıca iqtisadi məqsədlərinə ölkə vətəndaşlarının tam məşğulluğunu,  əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi artımı təmin etmək daxildir. Gəlin, bu anlayışlar barəsində daha ətraflı söhbət aparaq.

1. Tam məşğulluq dedikdə əksər əhalinin iqtisadiyyatda təminatlı əmək haqqı olan iş yerləri ilə təmin olunması başa düşülür. Hətta, tam məşğulluq şəraitinə riayət edilməsi halında müəyyən səviyyədə müvəqqəti işsizliyin mövcudluğu mümkündür. Belə ki, təbii olaraq işçilər iş yerlərini dəyişən zaman və yaxud da kimlərsə özünə birinci iş yeri axtararkən müvəqqəti işsizliyə düçar olur. Əlavə olaraq struktur işsizliyi də bura daxil olur. Struktur işsizliyi o vaxt mövcud olur ki, insanlar təqdim olunmuş işi və ya xidməti ixtisaslarının uyğun olmaması səbəbindən yerinə yetirə bilmirlər (bu barədə bir az sonra daha ətraflı danışacağıq).

2. Qiymətlərin sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət  təsvir olunur ki, bu zaman ümumi qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır. Lakin bu heç də o demək deyildir ki, ayrıca hansısa bir malın və ya xidmətin qiyməti dəyişmir. Təbii ki, iqtisadiyyatda belə hal mümkün deyildir. İstənilən halda müəyyən dövrə ayrıca malların qiyməti dəyişir: bəzilərinin qiyməti bahalaşır, digərlərininki isə ucuzlaşır. Lakin ola bilər ki, son nəticədə qiymətlərin orta səviyyəsi sabit qalsın.

İqtisadi dillə desək qiymətlərin orta səviyyəsinin davamlı surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.

İnflyasiya müsbət, deflyasiya mənfi işarəli olur.

3. İqtisadi artım iqtisadiyyatda uzun müddət ərzində daima artan miqdarda əmtəə və xidmətlərin buraxılışı zamanı baş verir. Bu artım əhalinin artımını qabaqladıqda hər adambaşına düşən məhsul və xidmətlər buraxılışı da getdikcə çoxalır ki, bu da son nəticədə ölkədə həyat səviyyəsinin yüksəlməsini şərtləndirir.
İQTİSADİ MƏQSƏDLƏRƏ NAİL OLMAĞI NECƏ ÖLÇMƏLİ?

Hər bir iqtisadi sistem və məkan daxilində iqtisadi məqsədlərə nə dərəcədə uğurla nail olmağı müəyyənləşdirmək zəruri iş sayılır.

Ona görə də hər bir məqsədin ölçülməsi üsulları ilə ayrıca tanış olmaq çox vacibdir.

Məşğulluğun ölçülməsi

Tam məşğulluğa nail olmaq məqsədinə necə çatmağı ölçmək üçün adətən 2 üsuldan - məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsindən istifadə edilir. Bəzi ölkələrdə işsizlik səviyyəsi hər ay həyata keçirilən ümummilli sorğular əsasında müəyyənləşdirilir. ABŞ-da işsizliyin səviyyəsi təxminən 60 min ev təsərrüfatını əhatə edən ümummilli sorğunun köməyi ilə təyin olunur. Sorğunun gedişində 16 yaş və ondan yuxarı vətəndaşların statusu nəzərə alınır. Sorğu məlumatları əsasında işləyən və iş axtaran əhalinin sayı həddindən artıq dəqiq təyin edilir. Çünki mövcud metodikaya görə məşğul insanlarla, iş axtaranların cəmi iş qüvvəsini təşkil edir. İş qüvvəsinin miqdarı həmişə əhalinin sayından az olur, belə ki, nəzərdən qaçırmaq olmaz ki, əhali arasında gənclər və yaşlı sosial qruplar, eləcə də həmçinin əmək qabiliyyəti olmayan, bəzən isə iş olsa da belə işləmək istəməyənlər də vardır.



İşсизлик - игtисаdи fяал яhалиnиn мцяййяn hиссясиnиn юз иş гцввясиnи tяtбиг еdя билмяdийиnи якс еtdиряn сoсиал-игtисаdи hаdисяdир.


İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli  istifadə qabiliyyətinin olmamasını göstərir. İşsizliyi doüuran amillər iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın yenidən qurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s-dir. İşsizlik ölkədə iqtisadi və sosial mühitə mənfi təsir göstərir, yüksək peşəkar əməyi devalvasiya edir, iqtisadi artım tempini azaldır, sosial gərginlik yaradır, şəxsiyyəti deformasiyaya uüradır.

Hərdən bəzi iqtisadi ədəbiyyatlarda "İşsizlik səviyyəsi" termini ilə rastlaşırıq. Bu necə müəyyən olunur? Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur: işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılıüı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili çətinlik yaradır.

İşsizliyin səviyyəsini müəyyənləşdirmək üçün işsizlərin sayını iş qüvvəsinin ümumi sayına bölürlər.


İşsizlər

İşsizlik səviyyəsi = ------------------------------ x 100%

İş qüvvəsi

(İş qüvvəsinə işləyənlər və işləmək istəyənlər daxildir)
Məşğulluq səviyyəsinə gəlincə, onu müəyyənləşdirmək üçün məşğul əhalinin sayını əhalinin ümumi sayına bölüb, 100-ə vurmaq lazımdır.
Məşğul əhalinin sayı

Məşüulluq səviyyəsi = ------------------------------------------------------------- x100%

Əhalinin ümumi sayı (16 yaşdan yuxarı)

İŞSİZLƏR KİMDİR?

Bəzi ölkələrdə, hətta inkişaf etmələrinə baxmayaraq, hələ də yüksək işsizlik mövcuddur. Baxmayaraq ki, ətrafda çoxlu vakant (boş) iş yerləri olduğu halda, nədənsə milyonlarla işsiz mövcuddur?

Sizcə, işsizlərin taleyini həyatın axarına buraxmamaq üçün cəmiyyət hansısa addımları atmalıdırmı?

Və yaxud, işsizlərə verilən müavinətlər əməyə stimulu aşağı salırmı? Ola  bilərmi ki, belə müavinətlər əməyə stimulu aşağı salır və son nəticədə işsizliyin səviyyəsini yüksəldir? Bu və ya digər suallara cavab  axtarmağa çalışaq.



Yüksək işsizlik - sosial və iqtisadi problemdir.

İşsizlik nəticəsində əmək resurslarının məqsədsiz xərclənməsinə daha çox iqtisadi  problem kimi yanaşırıq. Eyni zamanda bu problem sosial xarakter daşıyır. Belə ki, işsizlik nəticəsində əhali əziyyət çəkir, güc-bəla ilə birtəhər dolanır. İşsizliyin səviyyəsinin yüksək olması o deməkdir ki, cəmiyyət faktiki olaraq, həmin  işsizlərin istehsal edə biləcəkləri  bütün mal və xidmətlərdən məhrum edir. İşsizliyin iqtisadi ziyanı, sözsüz ki, çoxdur, lakin onun yaratdığı sosial itkilər daha  böyükdür!

İş yerini  itirmək-böyük şəxsi faciə hesab olunur. Tibbi tədqiqatlar göstərir ki, işsizlik insanların nəinki fiziki, həm  də psixoloji sağlamlığına ciddi ziyan vurur.

Lakin nəzərə almaq lazımdır ki, heç də işləməyən əhalinin hamısına işsiz demək olmaz. İşsizlik səviyyəsinin ölçülməsi zamanı adətən 16 yaşadək olan əhali nəzərə alınmır. 16 və ondan yuxarı yaşı olan əhali isə üç qrupa bölünür:



Məşğullar-bura istənilən ödənişli işi yerinə yetirən, habelə işi olan, lakin xəstəlik səbəbindən müvəqqəti işləməyən əhali qrupları aid olunur.

İşsizlər - elə insanlara deyilir ki, onlar işləmir və paralel olaraq iş yerlərinin axtarılması ilə fəal surətdə məşğul olurlar. Daha dəqiq desək, işləməyən, eyni zamanda iş tapmaq üçün xüsusi səy göstərənlər işsiz hesab olunur.

Lakin unutmayaq ki, əhalinin bəzi qrupları işləməsələr də,  işə düzəlməyə cəhd də göstərmirlər. Belə insanları  iqtisadi cəhətdən qeyri-fəal əhali kateqoriyasına aid edirlər.



İqtisadi cəhətdən qeyri-fəal əhali (onlar işsizlərin siyahısına aid edilmir) - əhalinin elə qrupları  hesab olunur ki, bunlar ya  təhsil alırlar, ya ev təsərrüfatlarında  məşğuldurlar, ya pensiya yaşındadırlar, ya da sağlamlıq durumu ilə əlaqədar işləyə bilmirlər, nəhayət yaxud da sadəcə olaraq işləmək istəmirlər.

Yuxarıda deyilənləri qısa şəkildə ifadə etsək, məlum olur ki;



- İşi olan insanlar - məşğullar adlanırlar.

- İşi olmayan, lakin iş tapmağa səy göstərənlər işsizlər hesab olunurlar.

- İşi olmayan və onun axtarışı ilə fəal surətdə məşğul olmayanlar iş qüvvəsi kateqoriyasına  daxil edilmirlər.

İşsizliyin 4 tipi mövcuddur:



  1. Friksion işsizlərə iş yerlərini dəyişən zaman aralıq müddətdə işsiz qalan insanlar daxildir. Friksion işsizliyi bir iş yerindən gedib digərini axtararkən və yaxud, məktəbi və ya kolleci bitirdikdən sonra işləmək üçün yaxşı variantlar tapmaq prosesində olanlar yaradır.

  2. Tsiklik işsizlik tənəzzül zamanı yaranır. Bu o səbəbdən baş verir ki, əhali mal və xidmətlərin böyük miqdarda alışından imtina edir və nəticədə rəhbərlər öz məhsul və xidmətlərini realizə edə bilmədiyindən iş yerlərini ixtisar edir, işçiləri işdən azad edirlər.

  3. Struktur işsizlik mövcud olan vakansiyaların tələbləri ilə iş axtaranların istəklərinin üst-üstə düşməməsi səbəbindən baş verir. Belə işsizlərə o adamlar aid edilir ki, onları aşağı təhsil səviyyəsinə və zəruri ixtisaslarının olmamasına görə işə götürmürlər.

  4. Mövsümi işsizlərə hava şəraitinin dəyişməsi səbəbindən ilin bir hissəsini işsiz qalan insanlar aid edilir. Belə ki, onlar ilin bəzi fəsillərində işlə təmin olunur, digər fəsillərində isə təbii (mövsümi) dəyişikliklərlə əlaqədar işsiz qalırlar.

Gəlin, aşağıda təsvir olunmuş hər bir situasiyaya diqqət yetirib, onun qarşısında işsizlik tipini ifadə edən müvafiq hərfi qeyd edək.

    • Əgər nümunə friksion işsizliyə aiddirsə - F;

    • Əgər nümunə tsiklik işsizliyə aiddirsə - T;

    • Əgər nümunə struktur işsizliyə aiddirsə - S;

    • Əgər nümunə mövsümi işsizliyə aiddirsə - M.

      1. Sumqayıt inşaatçıları qış fəslində iş tapa bilmirlər.

      2. Bakı kondisioner zavodunun fəhlələri uzun sürən tənəzzülə görə işdən azad olunurlar.

      3. Gəncədəki işindən çıxan kompüter proqramçısı Bakıya iş axtarmağa gəlir.

      4. Dükanın satıcısı işini ona görə tərk edir ki, tənəzzül zamanı əhalinin iqtisadi aktivliyinin azalmasına görə satışın həcmi azalıb.

      5. Orta məktəbi yarımçıq tərk edən şagird işə qəbul olunmaq üçün bir neçə yerə ərizə ilə müraciət edir və onların hamısından ixtisasının aşağı olması motivi ilə imtina cavabı alır.

      6. Kollecin builki məzunu özünə ilk iş yeri axtarır.

      7. İş axtaran bir nəfər əmək haqqının aşağı olmasına görə işə götürülmə təklifindən imtina edir.

Burada yalnız 1-ci sualın cavabı «M», 2 və 4-cü «T», 3, 6 və 7-ci isə «F» və nəhayət 5-cı sualın cavabı isə «S»-dir.
Qiymət dəyişikliyinin ölçülməsi

İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün qiymət indeksindən istifadə olunur.

Qiymət indeksini tətbiq etməklə bir sıra məhsul, iş və (və ya) xidmətlərin qiymətlərini «kombinələşdirmək» və bir rəqəmlə bütün qiymət dəyişikliklərini ifadə etmək mümkündür. İstehlak qiymətləri indeksi (Consumer Price Index -CPI ), özündə qiymət dəyişilməsinin ölçüsünü göstərir. Bu indeks vasitəsilə əhalinin adətən istehlak etdiyi əmtəə və xidmətlərin qiymət dəyişikliyi ölçülür. Bu indeksin formalaşmasında insanların istehlakında daha çox üstünlük təşkil edən başlıca ərzaq məhsullarının və xidmətlərin qiymətinin dəyişməsi mühüm rol oynayır. Bu indeksin özü təxminən 400 adda məhsul və xidmətdən ibarət olan bazar zənbili əsasında formalaşır. Bunun vasitəsilə orta istehlakçının hər bir məhsul istehlakına nə qədər vəsait xərclədiyi müəyyənləşdirilir.

Bununla yanaşı digər qiymət indeksləri də vardır. Onlar aşağıdakılardır:



  • 1. İstehsalçıların qiymət indeksi. Bu indeks istehlak mallarının onların pərakəndə satış səviyyəsinədək olan qiymətini, həmçinin firmaların əldə etdikləri avadanlıq və ehtiyatların qiymətini özündə əks etdirir.

  • 2. ÜDM -in deflyator qiyməti, bütün qiymət indeksləri ilə müqayisədə nisbətən inteqral göstərici hesab olunur. Belə ki, bu indeksdə istehsal olunmuş və göstərilmiş bütün məhsul və xidmətlərin qiymət dəyişikliyi nəzərə alınır.

İstənilən qiymət indeksini hesablamaq üçün əvvəlki dövr, adətən 1 il -baza ili kimi seçilir. Asanlıq üçün baza dövründə istənilən indeks və onun komponentləri həmişə praktiki olaraq 100 səviyyəsində götürülür. İstehlak qiyməti indeksini hesablamaq üçün təklif olunan düstur aşağıdakı kimidir:

İstehlak Qiymətləri Cari ilin baza dövründə əşyaların çəkili dəyəri

İndeksi (CPİ) = ---------------------------------------------------------------- x 100

Baza ilinin baza dövründə əşyaların çəkili dəyəri
Alınmış rəqəmi 100-ə vurmaqla, biz indeksi faiz formasında ifadə edə bilərik ki, bu da baza ili üçün təyin olunmuş 100 rəqəmi ilə asan müqayisəyə gəlir.

Fikrimizi aydınlaşdırmaq üçün misala müraciət  gətirək.

Sadəlik üçün fərz edək ki, orta istehlakçı bizim iqtisadiyyatda cəmisi 3 adda məhsul alır. Həmin məhsullar «Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri» cədvəlində təsvir olunmuşdur.



Cədvəl 15

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin