Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları


Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir



Yüklə 3,39 Mb.
səhifə7/13
tarix14.01.2017
ölçüsü3,39 Mb.
#274
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir:


  • Asan təşkil olunur

  • Nəzarət sadədir

  • Fəaliyyət sərbəstliyi var

  • Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə ehtiyac duyulmur

Çatışmazlıqları isə aşağıdakılar hesab edilir:

  • Genişləndirmək üçün pul vəsaiti tapmaq çox çətindir

  • Qeyri –sabitdir

  • Məhdud məsuliyyət subyektidir

  • Sahibkarı məcbur edir ki, idarəetmənin bütün funksiyaları ilə məşğul olsun

Ortaqlıq- iki  və ya  bir neçə şəxsin birliyidir. Firmanın bu cür təşkili fəaliyyət sferasına çoxlu pul vəsaitləri cəlb etməyə imkan verir. Eləcə də hər bir tərəfdaş işə  özünün ideyalarını və s. qoyur.

Lakin burada da, şəxsi təsərrüfatçılıqda olduğu kimi, tərəfdaşlar ortaqlıq öhdəlikləri ilə şəxsi əmlak məsuliyyəti daşıyırlar.

Bundan başqa əgər tərəfdaşlardan biri ortaqlıqdan çıxmaq qərarına gəlirsə, o, qanuna müvafiq surətdə öz fəaliyyətini rəsmi olaraq dayandırır. Yox, əgər qalan tərəfdaşlar öz fəaliyyətlərini davam etdirmək istəyirlərsə, onda mütləq yeni müqavilə tərtib olunmalıdır.

Ortaqlığın üstünlüklərini aşağıdakılarla ümumiləşdirmək olar:



  • Asan təşkil olunur

  • İdarəetmənin daha yüksək səviyyədə ixtisaslaşması mümkündür

  • Fərdi müəssisə ilə müqayisədə maliyyə resursları cəlb etmək imkanları daha üstündür

  • Məhdud tənzimləmə subyektidir

Çatışmazlıqlarına isə bunlar aid edilir:

  • Mülkiyyətin bölüşdürülməsində fikir ayrılığı halı yaranır

  • Bir tərəfdaşın getməsi və ya ölümü ilə əlaqədar olaraq onun mövcudluğuna avtomatik olaraq son qoyulur

  • Məhdud məsuliyyət subyektidir

  • Maliyyə resursları məhduddur.

Məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ortaqlıqların bir növü olmaqla kapitalın birləşdirilməsi formasıdır.

Belə müəssisələrin iştirakçıları firmanın öhdəlikləri üzrə heç də şəxsi əmlakına görə deyil, yalnız özünün pay qoyuluşları həcmində məsuliyyət daşıyırlar.



MMC-nin kapitalı iştirakçıların payına görə bölünür. Pay dividendlər almağa və firmanın ləğvi zamanı onun əmlakının bir hissəsini əldə etməyə hüquq  verir.

Dividend - firmanın mənfəətindən pay sahiblərinə ayrılmış hissəni ifadə edir.

hmdar cəmiyyəti - nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyətdir. Səhmlər buraxmaüa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə baülı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

hmdar cəmiyyət  -  hmlərin buraxılış yolu ilə kapitalın birləşməsidir. Səhmlərini  sərbəst olaraq bir şəxsdən digərinin adına keçirmək mümkün olan səhmdar cəmiyyətləri açıq tipli səhmdar cəmiyyətlər adlanırlar və o qısaca olaraq ATSC kimi ifadə olunur.

hmdar cəmiyyət yaradılarkən, təsisçilər xüsusi sənədlər hazırlayırlar ki,  o da "hm" adlanır. Səhm - qiymətli kaüız olub, onun sahibinə səhmdar cəmiyyətinin  mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, idarə etmədə iştirak və cəmiyyətin ləüvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verir. hmin üzərində yazılmış qiymət onun nominal dəyərini əks etdirir. Təsisçilərlə  hmdarları fərqləndirmək lazımdır. Təsisçilər firmanı yaradanlar, hmdarları isə hm sahibləridir. hmlər özü iki cür olur: adi imtiyazlı.     

Adi səhm sahibləri müəssisənin  mənfəətindən dividend  almaqla yanaşı, səhmdar cəmiyyətin idarəetmə prosesində iştirak etmək hüququna da malikdir. İmtiyazlı səhm sahibləri isə müəssisənin maliyyə fəaliyyətindən  asılı  olmayaraq  həmişə sabit dərəcələrlə  dividend alsa da səhmdar cəmiyyətinin idarəedilməsində iştirak hüququndan məhrumdurlar. Adi səhmlərə görə dividendlərin verilməsi isə cəmiyyətin işləməsindən və onun nə qədər mənfəət əldə etməsindən asılıdır. Səhmdar cəmiyyətlər yaradılma formasına görə 2 cür olur: açıq və qapalı tipli. Onların başlıca fərqi səhmdarların hüquqlarını reallaşdırmaq imkanları ilə müəyyənləşdirilir. Belə ki, açıq tipli səhmdar cəmiyyətin səhmdarları öz səhmlərini dəyişə, sata, bağışlaya bilər. Qapalı tipli  səhmdar cəmiyyətlərdə isə səhmdarlar səhmlərini yalnız öz  aralarında sata və ya dəyişə bilərlər.

Səhmdar cəmiyyətin mənfəəti çox olduqda, onun  dividend  vermək qabiliyyəti də yüksək olur və belə olan halda firmanın səhmləri beynəlxalq fond  birjalarının listinqinə (siyahısına) daxil edilir.

Səhmdar cəmiyyətin üstünlüklərini aşağıdakı kimi fərqləndirmək olar:



  • Səhm və istiqrazların satışı yolu ilə külli miqdarda kapital cəlb etmək qabiliyyətinə malikdir

  • Səhm sahiblərinin məsuliyyəti məhduddur

  • Sabitlik və daimilik

  • İxtisaslaşmış rəhbər heyətin idarəetmə məsələlərinə cəlbi imkanı mövcuddur

Çatışmazlıqlarına gəlincə isə onlar belədir:

  • Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə reaksiyası güclüdür

  • Ağır maliyyə yükü və təşkilati xərcləri daşıyır

  • İkiqat vergiqoymanın subyektidir: korporativ gəlirlərə və dividendlərə

  • Sahiblik və nəzarət bölüşdürülür (sahibkar – icraçı problemi).

Fond birjası - müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal tədavülü üçün zəruri şərait yaradan, onların bazar qiymətlərini müəyyən edən (qiymətli kağızlara olan tələb təklif arasında tarazlığı əks etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanı yayan, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün mühit formalaşdıran təşkilatdır. Fond birjası qapalı səhmdar cəmiyyəti formasında yaradılır. Fond birjası öz fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq əsasında həyata keçirir. Fond birjası qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı kimi, depozitar fəaliyyəti və qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq) fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

Fond birjası -  qiymətli kağızların alqı-satqı yeridir.  Məsələn, tutaq ki, hansısa firmanın səhmlərinin nominal dəyəri 100 min manatdır. Əgər səhmlərə çoxlu dividendlər verilərsə, onda  birjada onun qiyməti bahalaşır. Fərz edək ki, səhmin nominal  qiyməti 150 min manatdır. Əgər bu  səhm  sahiblərinə az gəlir gətirirsə, onda birjada  səhmlərin  qiyməti aşağı düşür. Hər  bir səhmin bazar qiyməti nominal dəyərdən aşağı və yaxud da yuxarı ola bilər.

Fond birjalarında dövriyyədə olan bütün qiymətli kağızların orta məzənnəsi fond indeksi adlanır.

Biz tez-tez televiziya ekranlarından, radio efirindən maliyyə xəbərlərini dinləyərkən müxtəlif indekslər barəsində eşidirik. Onların arasında ən geniş yayılmışları bunlardır: Dou-Cons indeksi, Nasdaq indeksi, Faynenşal tayms indeksi, Nikkey indeksi və s.

Dou-Cons indeksi Nyu-York fond birjasında ABŞ-ın 30 ən iri sənaye şirkətlər qrupunun səhmlərinin orta məzənnə göstəricisidir. Bu indeks gündəlik olaraq birjanın bağlanmaısı zamanına hesablanır.

Nasdaq indeksi – özünün xüsusi satış hərraclarına malik olan birjadan kənar kompyuter sisteminin aparıcı indeksidir.

Nikkey indeksi Tokio birjasında Yaponiyanın 225 ən iri şirkətinin səhmlərinin orta qiyməti əsasında müəyyənləşdirilir.
Firmanın təşkili

Firmanın yaradılması təsisçi adlanan şəxs tərəfindən həyata keçirilir. Təsisçi kimi vətəndaş da, müəssisə də  çıxış edə bilər. Təsisçilər yaratdıqları müəssisələri qeydiyyatdan keçirmək üçün tələb olunan bütün sənədləri qanuna müvafiq surətdə hazırlayırlar. Onlardan ən başlıcası təsis müqaviləsi və nizamnamədir. Təsis müqaviləsi  təsisçilərin hüquq və öhdəliklərini tənzimləyir. Burda təsisçilərin  adı, onların öhdəliklərinin bölgüsü, onlardan  hər birinin qoyduğu payların həcmi və s. göstərilir.  

Nizamnamə bütün səhmdarların hüquq və öhdəliklərini tənzimləməklə yanaşı firmanın əsas fəaliyyət prinsiplərini də müəyyənləşdirir, xüsusilə də, firmanın   adını, onun fəaliyyətini, vəzifə və məqsədlərini, yerləşdiyi yeri, nizamnamə kapitalının həcmini, səhmlərin növlərini və onların nominal dəyərini, idarəetmə  orqanlarının  strukturunu, qərarların qəbulu proseduralarını, mühasibat uçotunun aparılması, mənfəətin bölüşdürülməsi qaydalarını tənzimləyir.

Firmanın  qeydiyyatı  məcburi xarakter  daşıyır və müxtəlif məqsədlərə xidmət edir. Belə ki, bu zaman:

-  firmaların yaranması və ləğvi ilə  bağlı dövlət nəzarəti həyata keçirilir;

- kommersiya fəaliyyətində qeyri-qanuni amillər aşkar olunur;

- vergiqoyma həyata keçirilir.

Qeydiyyat dövlət reyestrinə salınma yolu ilə aparılır. Qeydiyyat yeri və qaydaları müxtəlif ölkələr üzrə fərqlidir və dövrü olaraq dəyişə bilər.

Məsələn, bizim respublikada 90-cı illərin əvvəllərində bu iş hər bir inzibati rayonun icra hakimiyyətinə həvalə olunmuşdursa, hazırda  qeydiyyat məsələləri ilə bütövlükdə Ədliyyə Nazirliyi və onun bölgələr üzrə nümayəndəlikləri  məşğul olurlar.

Firma adı özündə bəzən onun bir və ya bir neçə sahibinin adını əks  etdirir. Məsələn, "Ford", "Kraysler", "Fillps", "Dovqan". Firmalarının adı fəaliyyətin xarakterini də  özündə  əks etdirə  bilər: məsələn, «Ceneral Motors», «Coca-Cola» və s.

Firma adı birləşmənin xarakterini də göstərməlidir. Məsələn, Səhmdar Cəmiyyətlər bizdə SC ilə,  Fransada, Belçikada, İspaniya və İtaliyada "SA", Almaniyada "AG" ilə ifadə olunur. Və ya məhdud məsuliyyətli cəmiyyət Azərbaycanda "MMC", Rusiyada "OOO", Britaniyada   "LTD" ilə  işarələnir.

İqtisadi fikir tarixindən




A

dam Smit (1723 – 1790)

Böyük iqtisadçı, şotland Adam Smit iqtisad elminə verdiyi töhfəsinə görə bütün müasir iqtisadçı-alimlərin hamısına bərabər sayıla bilər. Onun «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar» (1776-cı il) kitabı Adam Smit adını həmişəlik olaraq iqtisadi fikirlər tarixinə yazıb. Bu kitab ona «iqtisad elminin atası» titulunu qazandırıb. Smitin şöhrətə doğru gedən yolu asan olmayıb. O, doğulmasına bir neçə ay qalmış çox da varlı olmayan, gömrük məmuru olan atası vəfat edib. Adamı anası tərbiyə edib. Smit 14 yaşında Qlazqo Universitetinə daxil olub, 28 yaşında isə artıq həmin Universitetin professoru adına layiq görülüb.

Adam Smit insanı ideallaşdırmır, o insanın qüsurlarını və zəif cəhətlərini görür və yazırdı: «İnsanların hamısında bu cəhət eynidir, onlar daimi olaraq öz vəziyyətini yaxşılaşdırmağa çalışır - elə burdan da ictimai, milli və həmçinin şəxsi sərvətlər əmələ gəlir». O özünün əvvəlki sələflərindən fərqli olaraq başa düşməyə və sübut etməyə çalışırdı ki, milli sərvətlər yalnız kənd təsərrüfatı və ticarətdə deyil, iqtisadiyyatda da mövcud olan istehsal sferasının bütün növlərində yaradılır. Böyük şotland alimi göstərirdi ki, əmtəə mübadiləsi yalnız o halda baş tutur ki, bu sövdələşmə hər iki tərəf üçün fayda gətirsin. Bu o dövr üçün iqtisadiyyatda inqilab hesab olunurdu. Smitə qədər qədim yunanlar ticarətə və mübadiləyə münasibətlərini zarafatla belə ifadə edirdilər: «Bazar – elə bir yerdir ki, orada insanlar bir-birini aldada bilirlər». Yəni, onların fikrincə, istənilən sövdələşmədən bir tərəf udur, digər tərəf isə mütləq surətdə uduzur. A.Smitin əsaslı mövqeyi belə baxışlara son qoydu.


Xülasə:

  1. R

    əqabət nöqteyi-nəzərincə bazarın 4 tipi fərqləndirilir:

- mükəmməl (xalis) rəqabətli bazar

- inhisarçı rəqabətli bazar

- oliqopol bazar

- inhisarçı bazar



  1. Mükəmməl rəqabətli bazarda ayrı-ayrı firmalar öz qiymətlərini bazarın bazarlıq qiymətinə uyğunlaşdırırlar.

  2. İnhisarçı rəqabətli bazarda firmalar arasında rəqabət yalnız qiymət üzərində deyil, eyni zamanda keyfiyyət, reklam, satış şərtləri və s. üzrə həyata keçirilir.

  3. Oliqopoliyanın fərqləndirici cəhəti bu bazarda fəaliyyət göstərən firmaların az sayda olmasıdır. Belə bazara «giriş» həddindən artıq çətindir. Çünki, bu bazarda işə girişmək və uğur qazanmaq üçün ilkin olaraq külli miqdarda vəsait tələb olunur. Belə bazarda rəqabət «qeyri-qiymət» xarakteri daşıyır.

  1. İnhisar o vaxt mövcud olur ki, hər hansı məhsulun yeganə bir istehsalçısı olsun, yəni həmin firmanın əvəzedicisi olmasın. İnhisarçı qiymətə təsir edərək yalnız istehsal olunmuş məhsulun miqdarında sahibkar manipulyasiya edə bilər.

  2. Fərdi, ortaqlıq firmaları, şirkətləri və səhmdar cəmiyyətləri müəssisələrin əsas hüquqi formalarıdır.


Müzakirə üçün suallar:

- Nə üçün mükəmməl (xalis) və inhisarçı rəqabətli bazarlara «giriş» və «çıxış» asandır?

- Oliqopol bazarda firmalar bir qayda olaraq qeyri-qiymət rəqabəti aparır. Bu hal firmaların zəif, yoxsa güclü cəhətidirmi?

- Biznesin təşkilati-hüquqi formaları hansılardır? Onların hər birinin üstünlükləri və çatışmazlıqları nədədir?


TEST

4.1. İnhisarçı rəqabət nəyə deyilir:

a) Bazarda 1 şirkət olanda

b) Bazarda 3-5 iri firma olanda

c) Bazarda eyni məhsuldan çoxlu kiçik firmalar satanda

d) bazarda eyni, lakin bir qədər fərqli məhsul istehsalına
4.2. Avtomobil sənayesinə bir neçə iri korporasiya kmranlıq edir. ticəsi necə olur, bu sahədə rəqabətdən danışmağa dəyərmi?

a) dəyməz

b) bütövlükdə qiymət xarakteri daşıyır.

c) qeyri-səmərəli istehsalın mövcudluğuna gətirib çıxarır.

d) rəqabət qiymət xarakteri daşımır, avtomobillərin istehlakçı xüsusiyyətləri ətrafında gedir.
4.3. Xalis rəqabət bazarında rəqabətdən danışmağa dəyərmi?

a) yalnız qiymət rəqabəti

b) yalnız keyfiyyət rəqabəti

c) həm keyfiyyət və həm də qiymət rəqabəti



Beşinci fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • İstehsal məsrəfləri



  • Nəyə görə xərcləyirik?



  • Niyə  xərcləyirik?



  • Nə qədər xərcləyirik?



  • İstehsal neçəyə başa gəlir?


Bu fəsildə Sizə xərclərlə əlaqədar olan bir neçə mühüm konsepsiyanı izah etməyə çalışacağıq. Həmin konsepsiyalar vasitəsilə müxtəlif növ xərclər arasındakı qarşılıqlı əlaqələri öyrənib, bu münasibətləri qrafik vasitəsi ilə təsvir edəcəyik. Qrafikin köməyi ilə  belə əlaqələri əyani surətdə görmək imkanı qazanacağıq.

Gəlin, əvvəlcə bir sual üzərində  düşünək. Firmalar  resursları hansı meyarlarla  seçir və tələb olunan  məhsulun buraxılışı  üçün onlardan necə  istifadə edir?

Biz bilirik ki, hər hansı bir məhsulu istehsal etmək üçün firmalar 4 növ resursdan istifadə edir. Bunlar təbiət, əmək, kapital resursları və sahibkarlıq qabiliyyətidir.

Gəlin, baxaq görək məhsul buraxılışı zamanı resursların  hər  birindən hansı  miqdarda tələb olunur?

Bu sualın cavabını misallar vasitəsilə  aydınlaşdıraq.

Tutaq ki, kəndli malik olduğu torpaq sahəsində yemiş əkib. Bu məqsədlə o torpağı belləyib, toxumları səpib, şitilləri  sulayıb, gübrələyib və nəhayət,  məhsulu toplayanda məlum  olub ki, 2 ton yemiş yetişdirib.

Növbəti mövsümdə o torpaq sahəsində  əvvəlki illə müqayisədə 2 dəfə çox işləyib və məhsul yığımının vaxtı gələndə məlum olub  ki, bu dəfə cəmi 3 ton yemiş yetişdirə bilib. Görəsən, nəyə görə kəndli 2 dəfə  çox işlədiyi halda, məhsulun həcmi yalnız 1,5 dəfə  artıb.  Bu necə ola bilər?

Məsələ burasındadır ki, indiki halda, daha bir vahid resursun əlavə olunması məhsul buraxılışının azalmasını şərtləndirib. Deyilənləri əyani surətdə 21-ci şəkildə  təsvir edək.


TR

4000

3000


2000


1000

Цмуми мящсул








































































































0

1

2

3

4

5

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin