11 Rəqabətli Bazarda Firmalar



Yüklə 440 b.
tarix25.06.2018
ölçüsü440 b.
#54837


11


RƏQABƏTLİ BAZAR NƏDİR?

  • Mükəmməl rəqabətli bazarın aşağıdakı xüsusiyyətləri var:

    • Bazarda çoxlu sayda alıcı və satıcı var.
    • Satıcıların təklif etdiyi əmtəələr demək olar ki, eynidir.
    • Firmalar sərbəst olaraq bazara daxil ola və ya bazarı tərk edə bilərlər.


RƏQABƏTLİ BAZAR NƏDİR?

  • Bu şərtlərin nəticəsində:

    • Hər hansı bir alıcının və ya satıcının bazar qiymətinə əhəmiyyətsiz təsiri vardır.
    • Hər bir alıcı və satıcı bazar qiymətini olduğu kimi qəbul edir.


RƏQABƏTLİ BAZAR NƏDİR?

  • Rəqabətli bazarda çoxlu sayda alıcı və satıcı var və onlar oxşar əmtəələr alıb satır, hər bir alıcı və satıcı qiymətlə razılaşandır.

    • Alıcılar və satıcılar bazarın müəyyən etdiyi qiyməti qəbul etməlidirlər.


Rəqabətli Firmanın Gəlirləri

  • Firmanın məcmu gəliri, qiymətlə miqdarın hasilinə bərabərdir.

  • TR = (P Q)



Rəqabətli Firmanın Gəlirləri

  • Məcmu gəlir, istehsal həcmi ilə mütənasibdir.



Rəqabətli Firmanın Gəlirləri

  • Orta gəlir firmanın hər bir səciyyəvi əmtəədən nə qədər gəlir əldə etdiyini göstərir.

  • Orta gəlir məcmu gəlirlə məcmu satış həcminin nisbətidir.



Rəqabətli Firmanın Gəlirləri

  • Mükəmməl rəqabətdə, orta gəlir satılan əmtəənin satış qiymətinə bərabərdir.



Rəqabətli Firmanın Gəlirləri

  • Marjinal gəlir bir vahid əlavə satış nəticəsində məcmu gəlirdəki dəyişmədir.

  • MR =TR/ Q



Rəqabətli Firmanın Gəlirləri

  • Rəqabətli firmalar üçün, marjinal gəlir, əmtəənin satış qiymətinə bərabərdir.



Cədvəl 1 Rəqabətli Firmanın Məcmu, Orta və Marjinal Gəliri



MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ

  • Rəqabətli firmanın məqsədi mənfəətin maksimallaşdırılmasıdır.

  • Yəni firma çalışacaq ki, məcmu gəlirlərlə məcmu xərclərin fərqini maksimallaşdıran miqdar istehsal etsin.



Cədvəl 2 Mənfəətin Maksimallaşdırılması: Rəqəmli Misal



Təsvir 1 Rəqabətli Firmanın Mənfəətini Maksimallaşdırması



MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ

  • Mənfəəti maksimallaşdıran istehsal həcmində, marjinal gəlir və marjinal xərclər bir-birinə bərabər olur.



MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ

  • Əgər MR > MC  artma Q

  • Əgər MR < MC  azalma Q

  • Əgər MR = MC  Mənfəət maksimallaşdırılır.



Təsvir 2 Marjinal Xərclər Rəqabətli Firmanın Təklif Əyrisi Kimi



Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı

  • Müvəqqəti olaraq fəaliyyəti dayandırma, bazar şərtlərinə cavab olaraq müəyyən müddət ərzində heç bir şey istehsal etməmək haqqında qısa müddətli qərardır.

  • Bazarı tərk etmə isə uzun müddətli qərardır.



Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı

  • Əgər firma bazarı tamamilə tərk etmək qərarına gəlirsə, onda batmış xərcləri nəzərə alır. Firma müvəqqəti olaraq istehsalı dayandıran zaman isə batmış xərclərə əhəmiyyət vermir.

    • Batmış xərclər öhdəliyə götürülmüş və artıq geriyə qaytarıla bilməyən xərclərdir.


Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı

  • Əgər firmanın fəaliyyəti nəticəsində əldə edəcəyi gəlirlər onun dəyişən xərclərindən az olarsa, firma fəaliyyətini dayandıracaqdır.

    • Əgər TR < VC olarsa, fəaliyyət dayandırılır.
    • Əgər TR/Q < VC/Q olarsa, fəaliyyət dayandırılır.
    • Əgər P < AVC olarsa, fəaliyyət dayandırılır.


Təsvir 3 Rəqabətli Firmanın Qısa Müddətli Təklif Əyrisi



Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı

  • Qısa müddətdə, rəqabətli firmanın təklif əyrisi onun marjinal xərclər əyrisinin orta dəyişən xərclər əyrisindən yuxarıda qalan hissəsidir.



Firmanın Bazara Daxil Olmaq və ya Tərk Etməklə Bağlı Uzun Müddətli Qərarı

  • Uzun müddətdə, firmanın məcmu gəlirləri onun məcmu xərclərindən az olarsa, firma tərk etmək qərarı verir.

    • Əgər TR < TC olarsa, onda bazarı tərk et.
    • Əgər TR/Q < TC/Q olarsa, onda bazarı tərk et.
    • Əgər P < ATC olarsa, onda bazarı tərk et.


Firmanın Bazara Daxil Olmaq və ya Tərk Etməklə Bağlı Uzun Müddətli Qərarı

  • Daxil olma o zaman mənfəətlidir ki, əmtəənin qiyməti, istehsalın orta məcmu xərclərindən çox olsun.

    • Əgər TR > TC olarsa, onda bazara daxil ol.
    • Əgər TR/Q > TC/Q olarsa, onda bazara daxil ol.
    • Əgər P > ATC olarsa, onda bazara daxil ol.


Təsvir 4 Rəqabətli Firmanın Uzun Müddətli Təklif Əyrisi



RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ

  • Uzun müddətdə, rəqabətli firmanın təklif əyrisi onun marjinal xərclər əyrisinin orta məcmu xərclər əyrisindən yuxarıda qalan hissəsidir.



Təsvir 4 Rəqabətli Firmanın Uzun Müddətli Təklif Əyrisi



RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ

  • Qısa Müddətli Təklif Əyrisi

    • Marjinal xərclər əyrisinin orta dəyişən xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
  • Uzun Müddətli Təklif Əyrisi

    • Marjinal xərclər əyrisinin orta məcmu xərclər əyrisindən yuxarıda qalan hissəsidir.


Təsvir 5 Mənfəətin, Qiymət və Orta Məcmu Xərclər Arasındakı Sahə kimi Ölçülməsi



Təsvir 5 Mənfəətin, Qiymət və Orta Məcmu Xərclər Arasındakı Sahə kimi Ölçülməsi



RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ

  • Bazara çıxarılan əmtəənin təklif həcmi ayrı-ayrı firmaların hər birinin təklif həcminin cəmindən ibarətdir.



Qısa Müddət: Sabit Sayda Firmaların Mövcud Olduğu Halda Bazar Təklifi

  • Hər hansı verilən qiymətdə, hər bir firma marjinal xərclərinin qiymətə bərabər olduğu miqdarda əmtəə təklif edəcəkdir.

  • Bazar təklif əyrisi, firmaların ayrılıqda marjinal xərclər əyrilərini əks etdirir.



Təsvir 6 Sabit Sayda Firma ilə Bazar Təklifi



Uzun Müddət: Sərbəst Daxil olma və Tərk etmə Halında Bazar Təklifi

  • Mənfəət sıfıra bərabər olana qədər firmalar bazara daxil olacaq və oranı tərk edəcəklər.

  • Uzun müddətdə, qiymət minimum orta məcmu xərclərə bərabərdir.

  • Uzun müddətli təklif əyrisi bu qiymətdə üfüqi xətdir.



Təsvir 7 Daxilolma və Tərk Etmə Halında Bazar Təklifi



Uzun Müddət: Sərbəst Daxil olma və Tərk etmə Halında Bazar Təklifi

  • Sərbəst daxilolma və tərk etmə prosesinin sonunda mövcud firmalar sıfır iqtisadi mənfəət əldə edir.

  • Sərbəst daxilolma və tərk etmə prosesi yalnız o zaman başa çatır ki, qiymət və orta məcmu xərclər bərabər olsun.

  • Uzun müddətli tarazlıq halında bütün firmalar səmərəlilik həddində fəaliyyət göstərməlidir.



Nə Üçün Rəqabətli Firmalar Sıfır Mənfəətlə Fəaliyyətini Davam Etdirir?

  • Mənfəət məcmu gəlirlərlə məcmu xərclərin fərqinə bərabərdir.

  • Məcmu xərclər firmanın alternativ dəyərlərini ehtiva edir.

  • Sıfır mənfəətli tarazlıqda, firmanın gəlirləri onun sahiblərinin firmanı fəaliyyətdə saxlamaq üçün sərf etdikləri vaxt və pulun əvəzini vermək üçün yetərli olmalıdır.



Qısa və Uzun Müddət üzrə Tələbin Dəyişməsi

  • Tələbin artması qısa müddətdə qiymətin və miqdarın artmasına səbəb olur.

  • Firmalar bu zaman mənfəət əldə edir, çünki, cari qiymət orta məcmu xərclərdən çox olur.



Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi



Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi



Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi



Nə Üçün Uzun Müddətli Təklif Əyrisi Yuxarıya Doğru Meylli Ola Bilər

  • İstehsalda istifadə olunan bəzi resurslar məhdud ola bilər.

  • Firmaların müxtəlif xərcləri ola bilər.



Nə Üçün Uzun Müddətli Təklif Əyrisi Yuxarıya Doğru Meylli Ola Bilər

  • Marjinal Firma

    • Marjinal firma o firmadır ki, qiymətin düşəcəyi halda bazarı tərk edir.


Xülasə

  • Rəqabətli firma qiymətlə razılaşan olduğu üçün, onun gəliri istehsal etdiyi əmtəənin miqdarı ilə mütənasibdir.

  • Əmtəənin qiyməti həm firmanın orta gəlirinə, həm də marjinal gəlirinə bərabərdir.



Xülasə

  • Mənfəəti maksimallaşdırmaq üçün, firma elə bir istehsal həcmi seçir ki, marjinal gəlir marjinal xərclərə bərabər olsun.

  • Bu həmçinin, qiymətin marjinal xərclərə bərabər olduğu istehsal həcmidir.

  • Buna görə də, firmanın marjinal xərcləri həm də onun təklif əyrisidir.



Xülasə

  • Qısa müddətdə firma dəyişməz xərclərini qənaət edə bilmədiyi üçün, əmtəənin qiyməti orta dəyişən xərclərdən çox olduğu halda firma müvəqqəti olaraq bağlanmaq qərarı verəcəkdir.

  • Uzun müddətdə, firma həm dəyişməz, həm də dəyişən xərclərini qənaət edə bildiyi üçün, qiymət orta məcmu xərclərdən az olduğu halda bazarı tərk etmək qərarı verəcəkdir.



Xülasə

  • Sərbəst daxilolma və tərk etmə şərti ödənilən bazarda, uzun müddətdə mənfəət sıfıra bərabərdir. Bu uzun müddətli tarazlıqda bütün firmalar səmərəlilik həddində istehsal edir.

  • Tələbdə baş verən dəyişikliklərin müxtəlif vaxt müddətləri ərzində müxtəlif təsirləri vardır.

  • Uzun müddətdə, firmaların sayı tənzimlənərək bazarı yenidən sıfır mənfəət tarazlığına gətirir.



Yüklə 440 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin