Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə12/13
tarix14.01.2017
ölçüsü3,39 Mb.
#274
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

А

Б

Д





ayaq- dəri

qabı dəri

Ъ

Г

Е

duz



Şəkil 36. Mübadilənin natural forması
Sizcə, satıcılar bu çətin problemin öhdəsindən necə gələ bilərlər? Təsəvvür edin ki, «C» firmasının nümayəndəsi öz müəssisəsinin istehsal etdiyi duzu «B» firmasına satır və əvəzində ona lazım olmayan dəri məmulatları alır. Sonra o gəlir «A» firmasına və əldə etdiyi dəri məmulatlarını ona təklif edir, əvəzinə ona lazım olan ayaqqabını alır. Bundan sonrakı mərhələdə ona daha mürəkkəb kombinasiyanı həll etmək qalır: saçlarını kəsdirmək, lakin onun bərbərə təqdim etməyə oyuncağı yoxdur.

İndi, yəqin ki, Sizlərə pulun (burda, kağız əskinaslar nəzərdə tutulur) istehsalçılar və istehlakçılar arasında əmtəə mübadiləsi aparmaq üçün əhəmiyyətli dərəcədə işləri asanlaşdırmaq qabiliyyəti oldu. Əmtəə və xidmətlərin biri-birinə bu cür əvəzlənməsinə iqtisadiyyatda tədavül deyilir.

Ona görə də pulun birinci funksiyası bazarda əmtəə və xidmətlər tədavülünü təmin etmək vasitəsi hesab olunur.

Pulun ikinci funksiyası, həm satıcılar və həm də alıcılar üçün əmtəə və xidmətlərin dəyərinin ölçü vasitəsi sayılır.

Nəhayət, pulun üçüncü funksiyası yığım vasitəsi kimi var-dövlət, sərvət yaratmağa xidmət edir. Bu funksiya imkan verir ki, insanlar pullarını gələcək üçün saxlasınlar, təbii ki, sandıqlarda yox, banklarda!

Bunlarla yanaşı bəzi iqtisadi ədəbiyyatlarda pulun funksiyaları diqqəti çəkir. Bunlar aşağıdakılardır:



Mübadilə vasitəsi

Pullar insanlardan malların və xidmətlərin və ya istehsalat resurslarının alqı-satqısı zamanı qəbul olunur.



Qiymət standartı

İnsanların aldığı və satdığı qiymətli əşyaların mübadiləsi zamanı pul etalon kimi istifadə olunur.



Qiymətini saxlama vasitəsi

Pul qiymətini saxlama vasitəsi kimi onun alınmasından xərclənməsinə qədər olan dövrdə çıxış edir.



Dünya pulu

Pulun bu funksiyası bəzi ölkələrin valyuta vahidlərinin dünyanın bir çox ölkələrində tədavül, mübadilə və yığım vasitəsi kimi qəbul olunmasıdır. Belə valyuta vahidləri arasında aparıcı mövqedə ABŞ dolları, avro, yapon iyenası və s. valyutalar çıxış edir.

Fikrimizcə,  pulun yardımçı funksiyaları üzərində bundan da ətraflı dayanmağa ehtiyac yoxdur.

Pul - hansı formalarda ola bilər?

Ən geniş yayılmış fikirlərdən biri bundan ibarətdir ki, pul nəğd formada olur. Bizlər, gündəlik həyatımızda alqı-satqı əməliyyatlarında nəğd puldan çox istifadə edirik. Yəqin buna görə çoxusu elə hesab edir ki, pulun əksər hissəsi nəğd şəkildə olur.

Lakin pul anlayışı nəğd puldan başqa bir çox komponentləri də əhatə edir. Pul nəğd və depozitdə ola bilər.  Sövdələşmələrə xidmət göstərən hesablar (çek hesabları) da pul hesab olunur. Banklardakı belə hesablarda, adətən, nəğd dövriyyədə olduğundan daha böyük məbləğlər toplanır. Dövriyyədə nəğd pulun miqdarının çoxalması heç də həmişə iqtisadiyyatda pul kütləsinin miqdarının artması demək deyil.

Pulun aşağıdakı aqreqatları vardır:

M0 –bank sistemindən kənarda olan nəğd pul vəsaiti

M1 –nəğdsiz vəsaitlər

M2- nəğd və nəğdsiz vəsaitlərin cəmi.



İQTİSADİYYATI NECƏ İDARƏ
ETMƏK OLAR?

Makroiqtisadiyyatla məşğul olan iqtisadçılar arasında baş verən proseslərə münasibətdə daha çox populyarlaşmış üç müxtəlif yanaşma mövcuddur. Onlarla tarixi ardıcıllığı əsas götürməklə sıra ilə tanış olaq.

Klassik məktəb belə bir tezisdən çıxış edir ki, "təklif tələb yaradır". İqtisadiyyatda məşğulluq səviyyəsini saxlamaq üçün istehsalı dəstəkləmək zəruridir. İstehsalın özü gəlir yaradır ki, həmin gəlirlə istehsal olunan mallar alınır:

- əgər tələb aşağı düşsə, onda əmək haqqı da azalır. Bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır, sonuncu hadisə alıcıları daha çox mal almağa stimullaşdırır, nəticədə tələb artır;

- dövlətin rolu minimal  olmalıdır, çünki iqtisadiyyat dəqiq qurulmuş tənzimlənmə  mexanizminə malikdir. Dövlət iqtisadi fəaliyyəti ilə sabitliyi poza bilər.

Bu postulatların qrafiki təqdimatı aşağıdakı kimidir:


Qiymət

səviyyəsi AS
AD2

AD1


Real ÜDM

Şəkil 37. Klassik nəzəriyyənin qrafik təqdimatı
Nəticə: klassik nəzəriyyəyə əsasən, iqtisadiyyatda tarazlığa yalnız tam məşğulluq vəziyyətində nail olunur. Çevik əmək haqqı, qiymətlər faiz dərəcəsi iqtisadiyyatı həmişə tam məşğulluq vəziyyətinə qaytarır.

Klassik nəzəriyyə müəyyən dərəcədə Sey qanununa əsaslanır. Sey qanunu çox sadədir: əmtəələrin istehsalı prosesinin özü əmtəələrin istehsal dəyərinə bərabər gəlir yaradır. Klassik iqtisadçılar hesab edirlər ki, bazar iqtisadiyyatının mühüm atributu olan pul bazarı əmanətlərin və investisiyaların bərabərliyinə, bununla da həm də tam məşğulluğa təminat verir.

Digər nəzəriyyə - Keynsçilik iqtisadi nəzəriyyəsidir.

Uzun müddətli işsizlik göstərir ki, iqtisadi qeyri-sabitlik dövrləri uzun müddət sürə bilər və işsizlik çox çəkə bilər. Çünki bazar iqtisadiyyatı avtomatik surətdə özünü tənzimləyə  bilməz. Dövlət tələbin idarə edilməsi üçün tədbirlər həyata keçirməlidir ki, istehsal həcmlərini saxlamaqla tam məşğulluğu təmin etsin.

Bu nəzəriyyə faiz dərəcəsinin ev təsərrüfatlarının əmanətlərini firmaların investisiya planlarına uyğunlaşdıra bilməsi qabiliyyətini şübhə altına alaraq, Sey qanununu inkar edir. Keynçilər iddia edirlər ki, iqtisadiyyatda heç də bütün resurslar məşğul olmadığından tələbin artması real ÜDM-in artımına gətirib çıxarır və qiymətlərin səviyyəsi  yüksəlmir.

Keynsçiliyin qrafiki təqdimatı isə belədir:



Qiymət

səviyyəsi



AS



AD1 AD2


Real ÜDM

Şəkil 38. Keyns nəzəriyyəsinin qrafiki təqdimatı
Keynsçilik nəzəriyyəsi göstərir ki, istehsal olunan mal və xidmətlərin miqdarı və uyğun olaraq məşğulluq səviyyəsi ümumi xərclərin səviyyəsi ilə birbaşa asılılıqdadır. Xatırladaq ki, sahibkarların və ümumiyyətlə bütün insanların istehlak, investisiya və xarici ticarət qərarları onların şəxsi (özəl) maraqlarına əsaslanır. Dövlətin qərarları isə cəmiyyətdə ümumi rifah səviyyəsinə təsir göstərir. Dövlətin başlıca funksiyalarından biri iqtisadiyyatın sabitliyini təmin etməkdir. Bu funksiyanın reallaşdırılması üçün dövlət fiskal və monetar siyasət kimi alətlərdən istifadə edir.

Keynsçilərin fikrincə, əgər dövlətin məqsədəuyğun müdaxiləsi olmazsa, işsizlik və inflyasiya çox uzun müddət davam edə bilər. Onların fikrincə, vergilər və dövlət xərcləri ilə manipulyasiya yolu ilə iqtisadiyyatın sabitləşdirilməsinə nail olmaq mümkündür. Keyns hesab edir ki, tələb təklifi yaradır. Onun fikrincə:



Məcmu təklifin əyrisi daha çox üfüqidir.

Fiskal siyasət monetardan çox effektlidir.

GDP=C+İ+GX bu nəzəriyyəni başa düşmək üçün hakim formuldur.

Həcm və istehlak daha çox gəlirlərdən asılıdır, nəinki faiz dərəcəsindən.

Bazarda mükəmməl olmayan rəqabətə görə tam məşğulluq zamanı tarazlıq vəziyyətinə qayıdış həmişə baş verir.

Dövlət iqtisadiyyatın sabitləşdirilməsində aktiv rol oynamalıdır.

Pul tədavülünün sürəti sabit deyil.

MB faiz dərəcəsini mütləq tənzimləməlidir.

Monetar siyasət faiz dərəcəsinin köməyi ilə fəaliyyət göstərir.
Monetar siyasət:

- faiz dərəcələrinin dəyişilməsi yolu ilə iqtisadiyyata təsir göstərir ki, bu da anti-inflyasiya tədbiri olaraq daha  çox yararlıdır.
Fiskal siyasət:

- vergilərin azaldılması və dövlət xərclərinin artırılması yolu ilə ÜDM-in artımına  nail olmaq üçün istifadə edilir.
Vergilərin artırılması və dövlət xərclərinin azaldılması inflyasiya ilə mübarizə üçün təsirli vasitələrdən hesab olunur. Keynsçiliyə görə, işsizlik və inflyasiya arasında kompromis seçim mümkündür. Əgər işsizliyin səviyyəsi çox yüksəkdirsə, onda dövlət müəyyən qədər inflyasiyaya yol verərək məcmu tələbi artıra və bununla işsizlik səviyyəsini aşağı sala bilər. Və əksinə.

İqtisadçıların 3-cü qrupu olan Monetarizm tərəfdarları iddia edirlər ki, pul təklifini il ərzində tədricən 3-5 faiz artırmaq hesabına  iqtisadi artıma nail olmaq mümkündür. Onlar  hesab edirlər ki, pul kütləsinin artımı məcmu tələbin dəyişilməsinə, bununla da ÜDM-in artımına  bilavasitə təsir göstərir. Bu nəzəriyyə üçün hakim hesab edilən tezislər aşağıdakılardır:



Məjmu təklifin əyrisi daha çox şaqulidir

Əmək haqqı və qiymətlər elastikdir.

Monetar siyasət fiskal siyasətdən çox məjmu tələbə təsir göstərir.

İqtisadi siyasətin aydın və ardıjıl olması çox vajibdir.

Fiskal və monetar siyasət əsasən qısamüddətli dövrdə fəaliyyət göstərir və ölkə iqtisadiyyatının gələjəyinə nisbətən az təsir edir.

Real ÜDM-in dəyişikliyini izləmək üçün pul təklifini 3-5 faiz artırmaq lazımdır.

Əksər bazarlar yüksək dərəjəli rəqabətli hesab olunurlar.

MV=PQ bu nəzəriyyəni başa düşmək üçün hakim formuldur.

O dövlət yaxşıdır ki, o idarə eləmir.

İnflyasiyanın başlıja səbəbi hökumətin həddindən çox pul yaratmasından ibarətdir.

MB pul təklifini mütləq tənzimləməlidir.

Pulun dövriyyə sürəti (V) -sabitdir.

Keynsçilərdən və monetaristlərdən başqa, "rasional gözləntilər nəzəriyyəsi" adlanan nəzəriyyənin tərəfdarları da vardır. Bunlar hesab  edirlər ki, insanlar iqtisadi siyasətdə dəyişiklikləri gözləyir və işlərini elə qururlar ki, gözlənilən nəticələri kompensasiya eləsin. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, dövlətin iqtisadiyyata müdaxiləsi "tənəzzül" və "böhran"ı yalnız gücləndirir. Bu nəzəriyyənin əsas postulatlarını qısaca belə ifadə etmək olar:



1. Bir halda ki, nə monetar, nə də fiskal siyasət yaxşı nəticə vermir, - yaxışısı  budur, dövlət heç nə etməsin.

2. Təsərrüfat subyektləri (müəssisə və firmalar) kifayət qədər ağıllıdır və öz fəaliyyətləri ilə əlaqədar qərar qəbul etdikləri zaman dövlət siyasətinin nəticələrini mütləq nəzərə alacaqlar.

3. Əhali rasional qərarlar qəbul edərək, özlünü dövlət siyasətinin nəticələrindən qorumağa  cəhd göstərir.

Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki,  monetaristlərin "3-5% qaydası" düzgündür, lakin bu qayda əhalinin gözləntilərinin sabitləşdirilməsinə istiqamətləndirilməlidir. Ancaq dövlətin fiskal siyasəti səmərəli  deyil, çünki əhalinin reaksiyası bu siyasəti heç edir.

Bu nəzəriyyənin əsas tezisləri belədir:

Əmək haqqı və qiymətlər elastikdir

İqtisadiyyatın sabitləşdirilməsinə münasibətdə monetar və fiskal siyasət effektiv olmur

İqtisadi siyasətin aydın və ardıcıl olması çox vacibdir.

Əksər bazarlar yüksək dərəcədə rəqabətli hesab olunurlar.

Gözləmə perspektiv xarakter daşıyır.

Dövlətin fiskal və monetar siyasəti iqtisadiyyatda tezliklə sabitliyə deyil, qeyri-sabitliyə gətirib çıxarır.

Məcmu təklifin əyrisi həmişə şaqulidir.

Əhalinin monetar və fiskal siyasətdən gözlədiyi tədbirlərin çox zaman effekti olmur.

İndi isə yenidən monetar nəzəriyyəyə qayıdaq. Monetarizmin əsası pulun miqdar nəzəriyyəsi hesab olunur.

Pulun miqdar tənliyi aşağıdakı düsturla ifadə olunur:
MV = PQ,
burada, M- tədavüldə olan pulun miqdarı

V- pulun dövr sürəti

P- qiymətlərin orta səviyyəsi

Q- əmtəə və xidmətlərin miqdarı

Biz öyrəndik ki, dövriyyədə olan pul kütləsi dövlət tərəfindən tənzimlənir. Bəs bunu konkret olaraq kimlər edir  və necə həyata keçirir?

Adətən belə tənzimləmə ölkənin Mərkəzi (Milli) Bankı (MB) tərəfindən həyata keçirilir. Bunun üçün MB aşağıdakı alətlərdən istifadə edir:

- bank ehtiyatlarının norması;

- uçot dərəcəsi;

- açıq bazarda əməliyyatlar.
"Bank ehtiyatlarının norması" nədir? Fərz  edək ki, hər hansı kommersiya bankınin 100 mlrd. manat pulu var. Müəyyən şəraitdə bank bu pulun hamısını kreditə verə bilərdi. Lakin, MB 20%-lik ehtiyat norması müəyyənləşdirdiyi tədqirdə, kommersiya bankı pulun yalnız 80 mlrd. manatını kreditə ayıra bilər. Qalan 20 mlrd. manatını isə toxunulmaz ehtiyat kimi saxlamağa borcludur. Beləliklə, MB ehtiyat normasını artırıb-azaldaraq bütünlükdə ölkə üzrə dövriyyədəki pul kütləsinə təsir imkanları qazanır.

Uçot faizi. Məlumdur ki, kommersiya bankları firmalara və əhaliyə kredit verir. Çox vaxt elə olur ki, kredit vermək üçün bankların öz vəsaitləri çatışmır. Onda bu banklar MB-dən borc pul alır və təbii ki, sonradan həmin borcu müəyyən faizlə qaytarır. MB-nin başqa banklara verdiyi kreditlər üzrə borc faizi-uçot faizi adlanır.

Açıq bazarda əməliyyatlar. Bütün ölkələrdə MB özünün borc öhdəliklərini-dövlət qiymətli kağızlarını buraxır. Bunlar ən etibarlı  qiymətli kağızlar hesab olunur, çünki onların təminatçısı kimi  dövlət  özü çıxış  edir. Bunları qiymətli kağızlar bazarında firmalar böyük məmnuniyyətlə alırlar. Bu qiymətli kağızlar satıldıqda MB onun əvəzində dövriyyədə olan pulun bir hissəsini əldə edir və bununla da dövriyyədə pulun  miqdarı azalır. Dövlət dövriyyədə pulun miqdarını  artırmaq  istədikdə isə, öz "borclar"nı satın alır və bu məqsədlə dövriyyəyə əlavə pul kütləsi buraxır və son nəticədə pulun həcmi artır.

Gəlin, yuxarıda qeyd olunanları cədvəl vasitəsilə nəzərdən keçirək.



Cədvəl 16

MB pul kütləsini necə tənzimləyir




MB-in alətləri

Makroiqtisadi effekti

1. Bank ehtiyatlarının norması

Artır

Buxovlayıcı siyasət

Azalır

Genişləndirilmiş siyasət




Pul kütləsi 

Faiz dərəcəsi 

İnvestisiya 
Pul kütləsi 

Faiz dərəcəsi 

İnvestisiya 


2. Uçot dərəcəsi

Artır Buxovlayıcı siyasət

Azalır Genişləndirilmiş siyasət




Pul kütləsi 

Faiz dərəcəsi 

İnvestisiya 
Pul kütləsi 

Faiz dərəcəsi 

İnvestisiya 


3. Açıq bazarda əməliyyatlar

Qiymətli kağızların satışı

Buxovlayıcı siyasət

Qiymətli kağızların alışı

Genişləndirilmiş siyasət




Pul kütləsi 

Faiz dərəcəsi 

İnvestisiya 
Pul kütləsi 

Faiz dərəcəsi 

İnvestisiya 



İqtisadi fikir tarixindən



M

ilton Fridmən (31.12.1912)

Son illər biz Sizlərlə bərabər iqtisadi siyasətə dair keçirilən müxtəlif səviyyəli debatları müşahidə edərkən çox tez-tez «monetarist» sözünü eşidirik. Monetaristlərin çox sevdiyi bu sözün populyarlaşmasında monetarizm iqtisadi nəzəriyyəsinin banisi Milton Fridmənə minnətdar olmalıyıq. Emiqrant ailədən olan, iqtisadi təhsilini aldığı təqaüdlə məşhur Çikaqo Universitetində başa vuran Fridmən sonradan uzun illər (1946-79-cu illərdə) həmin Universitetdə iqtisadiyyat professoru vəzifəsində çalışıb.

Onun iddiasına görə, inflyasiyanı pul kütləsinə təsir etmək yolu ilə nəzarətdə saxlamaq mümkündür, baxmayaraq ki, bir çox ölkələrdə dövlət xərclərini ixtisar etməyə milli hakimiyyətlərin «siyasi iradəsi» çatmır. 1976-cı ildə Nobel mükafatına layiq görülmüş Fridmən əmindir ki, «İnflyasiya həmişə və hər yerdə monetar fenomen sayılır». Əgər dövriyyəyə əlavə pul buraxılışının artım tempi məhduddursa və onun səviyyəsi iqtisadiyyatda istehsalın artım tempinə uyğundursa, onda məhsulun qiymətinin artımı (yəni inflyasiya) baş verməyəcəkdir.

Fridmən monetar siyasətin tətbiqi zərurətinə, həmçinin Keynsin nəzəriyyəsindən kənarlaşmasına əminliyini onunla əsaslandırır ki, bazar qüvvələri özünütənzimləmə xarakteri daşıyır və «işsizliyin təbii səviyyəsi mövcuddur».

Fridmənin nəzəriyyəsi anti-inflyasiya nəzəriyyəsi hesab olunur. Bu nəzəriyyə son illər keçid iqtisadiyyatlı ölkələrdə geniş tətbiq imkanları qazanmışdır. 1994-cü ildən başlayaraq Azərbaycan Respublikasının Milli Bankı pul kütləsinin tənzimlənməsində monetar alətlərdən istifadəyə üstünlük verir.


Xülasə
1

. Tarixən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşma səviyyəsi dərinləşdikcə  natural mübadilə  əməliyyatlarının aparılması getdikcə çətinləşmiş və mal mübadiləsinin asanlaşdırılmasına xidmət edən ticarət münsasibətləri formalaşmış, pul yaranmışdır. Pul – bütün əmtəələr üçün ümumi ekvivalentdir.

2. Pul rolunda çıxış edən əşyalar aşağıdakı tələblərə cavab verməlidir:

- insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun;

- rahat daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə istifadə etmək mümkün olsun;

- dəyərin saxlanması baxımından elə olmalıdır ki, uzun müddət saxlandıqda alıcılıq qabiliyyəti azalmasın;

- kompakt, bircinsli və bölünən  olmalıdır;

- uzunömürlü və daimi dəyərə malik olmalıdır.

3. Pul aşağıdakı 3 başlıca funksiyanı yerinə yetirir:

Pul tədavül vasitəsidir;

Pul əmtəə və xidmətlərin dəyər ölçüsüdür;

Pul sərvət toplanması vasitəsidir.

4. Pul kütləsini tənzimləmək üçün MB aşağıdakı alətlərdən istifadə edir:

- bank ehtiyatlarının norması;

- uçot dərəcəsi;

- açıq bazarda əməliyyatlar.

5. Makroiqtisadiyyatla məşğul olan iqtisadçılar arasında baş verən proseslərə münasibətdə üç müxtəlif yanaşma mövcuddur. Onun əsasını aşağıdakı nəzəriyyələr təşkil edir:

Klassik;

Keynsçi;


Monetarist.

Müzakirə üçün suallar
Pula tərif verin və müxtəlif dövrlərdə pul rolunu oynayan əşyaların adını sadalayın. İstehsalçılar arasında natural mübadilə modelini qurun.

Pulun funksiyalarını izah edin. Pulun aqreqatlarını (Mo, M1, M2) sadalayın və onun açılışını verin.

Hər bir nəzəriyyənin (Klassik, Kensçi, Monetarist, Rasional gözləntilər) əsas tezislərini fərqləndirin və onları ümumiləşdirib, sonradan uyğun gələn seçimi edin.

Milli Bankın pul kütləsini tənzimləmək üçün istifadə etdiyi alətləri sadalayın və hər bir alətin pul kütləsinə təsirini qiymətləndirin.



Test
9.1. Keynsçilik doktrinasına görə buraxılışın həcmi və məşğulluğun səviyyəsi müəyyən edilir:

a) Tam məşğulluq vəziyyətini xarakterizə edən iqtisadi sabitliklə

b) Onunla ki, təklif tələbi yaradır

c) Məcmu tələbin ölçüsü ilə

d) Sey Qanunun fəaliyyəti ilə.
9.2. Klassiklərdən fərqli olaraq, Keyns təsdiq etmişdir ki:

a) «Laissez faire (bu söz fransız mənşəli olub, «müdaxilə etməmək» mənasını verir) prinsipinin yerinə yetirilməsi mütləq makroiqtisadi tarazlığa gətirib çıxarır

b) Qiymətlər və əmək haqqı çevikliyə malik olurlar

c) Bazar təbii surətdə özünü tənzimləyir

d) Özəl sahibkarlıq iqtisadiyyatına daxili qeyri-sabitlik xasdır.

9.3.Hansı iqtisadi nəzəriyyə belə nəticəyə gəlir ki, bazarlar uzunmüddətli dövrdə artım tempindən kənarlaşma tendensiyasını özləri «tənzimləyirlər»(tarazlığa qaytarırlar).

a) Keys nəzəriyyəsi

b) Monetar nəzəriyyə

c) Klassik nəzəriyyə

d) Təklif nəzəriyyəsi.
9.4. Sey Qanunu bildirir ki:

a) Qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır

b) Təklifin və tələb əyrilərinin hərəkətləri bazar tarazlığına gətirib çııxarır

c) Təklif özünün xüsusu tələbini yaradır

d) Əmək haqqı və qiymət çevik hesab olunmur, ona görə də bazar tarazlığının əldə olunmasına əngəl yaradır.

Onuncu fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • Dövlət büdcəsi və vergilər

  • Büdcə quruculuğu

  • Büdcə gəlirləri

  • Büdcə xərcləri

  • Vergi sistemi

  • Vergilər və onun növləri

  • Vergi dərəcələri

Bəllidir ki, insan dünyaya gələndə özü ilə təbii hüquqlarını da gətirir. Öncül hüquq isə - yaşamaq hüququ, həyat tələbatlarını ödəmək hüququdur. Bizim hər birimiz, peşəmizdən və yaşımızdan asılı olmayaraq istədiyimiz, könlümüzdən keçən nemətlərə sahib olmaq haqqına malikik.

Torpaq nə qədər bərəkətli, insan ağlı və əli nə qədər qüdrətli və zəhmətkeş olursa-olsun xoşbəxtliyə qovuşmaq, firavan həyat sürmək tək onun arzuları ilə başa gəlmir. Bütün bunlar üçün ədalətli qanunların bərqərar olduğu dövlətin varlığı zəruridir.

İndi bizim müstəqil dövlətimiz var və biz qürur hissi ilə deyirik ki: biz dövlətik, dövlət isə bizik! Görkəmli ingilis filosofu Con Lokk hələ üç yüz il bundan əvvəl demişdi: insan öz xeyrini, həyatda ona sərfəli olanları dərk etməyə qadirdir və insanı dövlətlə birləşməyə, onun qanunlarına, nizam-intizama riayət etməklə faydalanmağa vadar  edən heç bir hədə-qorxu deyil, onun ağlıdır və bunu etməlidir.

Bu fəsildə həmin münasibətlərdən - cəmiyyət üzvləri ilə  öz dövləti, dövlətin isə öz vətəndaşları ilə münasibətdə ən mühüm vasitədən-büdcədən bəhs edir.

Büdcə ilə bağlı biz hər gün telekanallardan, kütləvi informasiya vasitələrindən müxtəlif xəbərlər eşidir, oxuyuruq. Bu barədə danışanlar, yazanlar büdcənin imkanlarına, onun gəlirlər hissəsinin necə doldurulmasına, büdcədəki vəsaitlərin hansı istiqamətlərə xərclənməsinə diqqət yetirirlər.


Büdcə nədir?


Бцдъя - инэилис мяншяли сюз ("будэет") олуб чанта, торба мянасыны верир.

Büdcə sözü XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur.

Büdcə müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanlarının vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitləri fondunun yığılması və istifadə olunması formasıdır. Büdcə dövlətin, özünüidarəetmə orqanlarının, ayrı-ayrı təşkilatların və hətta ailənin müəyyən dövr (adətən bir il)  üçün gəlir və xərclərini əks etdirən maliyyə sənədidir.

Bəs büdcə necə hazırlanır?

Azərbaycan Respublikasının büdcə sisteminin tarixini xronoloji olaraq 3 dövrə bölmək olar. İlk büdcə quruculuğu prosesi 1918-20-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətin dövrünə təsadüf edir. Sonradan keçmiş SSRİ-nin tərkibinə  qatılan "müttəfiq respublikamız" suverenliyi ilə yanaşı, büdcə müstəqilliyini itirmişdi. Nəhayət, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra  yenidən büdcə proqnozlaşdırılması və icrası məsələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrilmiş və onun parlament müzakirəsi təşkil olunmuşdur.

Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin (dövlət və yerli) tərtibinin, təsdiqinin, icrasının və icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları  "Büdcə  sistemi  haqqında"  Qanunla müəyyənləşdirilir. Bu qanunla büdcə ili də müəyyənləşdirilib.

Büdcə ili - büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir. Büdcə ilinin zaman çərçivələri ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlayıb növbəti ilin sentyabrın 30-da, Böyük Britaniyada isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Cari ilin aprel ayının 15-dək dövlət büdcəsinin və investisiya proqramının ilkin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

Cari ilin may ayının 1-dək Maliyyə Nazirliyi tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal, büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Avqust ayının 1-dək müvafiq Maliyyə Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 10-dək Nazirlər Kabinetinə təqdim edilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi isə ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

Beləliklə, mövcud qanunvericilik əsasında növbəti ilin dövlət büdcəsinin tərtibi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan sosial-iqtisadi inkişaf proqnozları əsasında Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və Nazirlər Kabinetinə təqdim edilir. Hökumətin müzakirəsindən sonra Prezident Aparatına göndərilir və prezident tərəfindən bəyənildikdən sonra baxılmaq üçün Milli Məclisə təqdim olunur. Milli Məclisin qəbul etdiyi variant prezident tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Büdcəyə ictimai nəzarət funksiyası parlament tərəfindən həyata keçirilir.
Büdcə gəlirləri və xərcləri

Bir az əvvəl qeyd elədik ki, büdcə dövlətin baş maliyyə planıdır. O, adi hesabdarlıqda olduğu kimi, iki tərəfə malikdir:  gəlir (mədaxil) və xərc (məxaric). Əgər birinci tərəf  vergilər, rüsumlar və qeyri-vergi ödənişlərindən təşkil olunursa, ikinci tərəf özündə  səhiyyə, təhsil, elm, sosial təminat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları hesabına fəaliyyət göstərən iqtisadiyyatın ayrı-ayrı səhələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir.




Bцdъя эялирляри - мцваfиг гаnуnвериъилик акtлары иля мцяййяn oлуnмуş гайdаdа мцxtялиf сявиййяли бцdъяляря dаxил oлаn верэиляр, рцсумлар, dиэяр юdяnиş вя dаxилoлмаларdыр.





Hazırda dövlət büdcəsinin gəlirləri aşaüıdakılardan ibarətdir:

- cari gəlirlər, o cümlədən vergilər haqqında qanunvericiliklə müəyyən edilmiş dövlət vergiləri, habelə həmin vergilərə görə hesablanmış faiz maliyyə sanksiyaları;



- dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları;

- əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından və ya icarəyə verilməsindən gəlirlər;

- daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər;

- qanunvericiliklə müəyyən edilən digər daxilolmalar.

İnkişaf etməkdə olan ölkələrdə, o cümlədən keçid iqtisadiyyatlı ölkələrin əksəriyyətində dövlət büdcəsi gəlirlərinin ÖDM-də xüsusi çəkisi 30-35% intervalında dəyişir. Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ÖDM-də xüsusi çəkisi hazırda 15-20% təşkil edir.




Bцdъя xяръляри - бцdъя tясnиfаtыnа уйüуn oлараг мцxtялиf сявиййяли бцdъялярdяn (мясяляn, dювляt бцdъясиndяn, йерли бцdъялярdяn) гаnуnвериъиликля nязярdя tуtулаn tялябаtлары юdямяк цçцn айрылаn вясаиtлярdир.



Büdcənin xərcləri elmi əsaslarla 4 qrup üzrə təsnifləşdirilir:

1) idarəetmə xərcləri;

2) mudafiə xərcləri;

3) sosial təminat sosial müdafiə xərcləri;

4) investisiya xərcləri.

Sosial müdafiə xərcləri - büdcədən əhalinin sosial müdafiəsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: Qarabağ əlilləri dövlət müavinətləri; yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiyalar; sair müavinət və kompensasiyalar; Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin ödənilməsi; işsizliyə görə müavinətlər.

Sosial təminat xərcləri  - büdcədən ayrı-ayrı əhali qruplarının sosial təminat ehtiyaclarının ödənilməsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: qocalar üçün internat evləri; əlillər üçün internat evləri; əmək və əhalinin sosial müdafiəsi mərkəzləri; tibbi əmək-ekspert komissiyaları; sosial təminat üzrə sair idarə və tədbirlər; pulsuz nəqliyyat vasitələrini almağa hüququ olan və bu vasitələrlə təmin olunmayan əlillərə xərclərin ödənilməsi; bəraət qazanmış vətəndaşlara (onların birbaşa varislərinə) zərərin ödənilməsi; şəhid ailələrinə birdəfəlik maddi yardım; qaçqınların və məcburi köçkünlərin məskunlaşması və onlara yardım göstərilməsi; vətəndaşlara dəymiş zərərin ödənilməsi; humanitar yardımla əlaqədar xərclər.

Bəzən adamlarda belə təsəvvür yaranır ki, dövlət iqtidar sahibidir və o, istədiyini edə bilər. Ancaq normal iqtisadiyyata malik dövlət vergi və rüsumlar şəklində əldə etdiyi vəsaitlərdən artıq xərcləyə bilməz. Bəzi hallarda, istisna olaraq qiymətli kağızların mənbəsiz emissiyası nəticəsində bu prinsipin pozulması halları müşahidə olunur ki, bu da son nəticədə  makromaliyyə sabitliyinin pozulmasına gətirib çıxarır.

Dövlətin iqtisadi potensialı nə qədər yüksək olarsa, onun gəlirləri də bir o qədər çox ola bilər. Bu isə dövlətin maliyyə potensialı, o  sıradan da büdcə potensialının inkişaf göstəricisi hesab olunur.
Vergilər iqtisadiyyatın
tənzimlənməsində bir alət kimi


İqtisadiyyatın tənzimlənməsində istifadə olunan əsas alətlərdən biri vergilərdir. Hər bir dövlət özünə məxsus vergi siyasətinə malikdir. Azərbaycanda bu siyasətin iqtisadi və hüquqi əsaslarını 2000-ci il 1 yanvar tarixindən qüvvəyə minən Vergi Məcəlləsi müəyyənləşdirir.


Верэи сийасяти - дювлят малиййя сийасятинин тяркиб hиссяси олмагла, верэи саhясиндя дювлят тяряфиндян hяйата кечирилян тядбирляр системинин мяъмусудур.



Məcəllə ilə Azərbaycan Respublikasında aşaüıdakı vergilər müəyyən edilmişdir:

- dövlət vergiləri;

- muxtar respublika vergiləri;

- yerli vergilər (bələdiyyə vergiləri).



Dövlət vergilərinə aiddir:

1) fiziki şəxslərin gəlir vergisi;

2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);

3) əlavə dəyər vergisi;

4) aksizlər;

5) hüquqi şəxslərin əmlak vergisi;

6) hüquqi şəxslərin torpaq vergisi;

7) tranzit yol vergisi;

8) mədən vergisi;

9) sadələşdirilmiş sistem üzrə vergi.

Bu vergilər ölkənin bütün ərazisində vahid dərəcələrlə ödənilir və dövlət büdcəsinə daxil olur.

Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər dedikdə bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və onların ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilərə aiddir:

1) fiziki şəxslərin torpaq vergisi;

2) fiziki şəxslərin əmlak vergisi;

3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Bələdiyyələr öz ərazilərində vergilər üzrə güzəştləri, Məcəllə ilə müəyyən edilən həddlərdə vergi dərəcələrini müəyyən edirlər.

Ümumiyyətlə, dövlət vergiləri tətbiq etməklə əsasən 3 məqsəd güdür:

- dövlət büdcəsinə lazımi vəsaitlər yığmaq;

- əhalinin müxtəlif təbəqələrinin yaşayış səviyyəsindəki fərqləri azaltmaq;

-iqtisadiyyatın sahə və regional inkişafını balanslaşdırmaq, dövlət üçün önəmli sahələrdə iqtisadi inkişafı stimullaşdırmaq.




Верэи - дювлятин вя йа йерли юзцнцидаря органларынын фяалиййятинин малиййя тяминаты мягсяди иля верэи юдяйиъиляринин мцлкиййятиндя олан пул вясаитляринин юзэянинкиляшдирилмяси шяклиндя дювлят бцдъясиня вя йерли бцдъяляря, hабеля, мягсядли дювлят фондларына кючцрцлян мяъбури, фярди, явязсиз юдянишдир.



Vergilər büdcəyə ödənilmə əlamətinə görə 2 qrupda təsnifləşdirilir:

- Birbaşa vergilər;

-Dolayı vergilər.

Birbaşa vergilər - vergi ödəyicilərinin bilavasitə gəlirlərindən və əmlaklarından müvafiq dərəcələrlə dövlət büdcəsinə, habelə yerli büdcələrə alınan vergilərdir. Belə vergilərə fiziki şəxslərdən gəlir vergisi, müəssisənin mənfəətindən vergi, əmlak vergisi, torpaq vergisi və s. aiddir.

Dolayı vergilər - vergi ödəyicisinin gəlirlərindən asılı olmayaraq müəyyənləşdirilən vergilərdir. Məsələn, əlavə dəyər vergisi, aksiz vergisi, gömrük rüsumları və s. Belə vergilər müvafiq mərkəzi və yerli orqanların qərarları ilə  müəyyən əmtəələrin qiymətlərinə və ya xidmətlərin tariflərinə artımlar şəklində daxil edilərək sonradan həmin artımlar məbləğində tutulur. Əslində, bu vergilərin ödəyiciləri son istehlakçılardır. Buna görə də onları istehlak vergiləri də adlandırırlar. Burada istehsalçı və satıcılar bir növ "vergi toplayanlar" rolunda çıxış edirlər.

Vergi dərəcəsi - vergi tarifinin ən əsaslı ünsürüdür. Vergi dərəcəsi vergitutma vahidinə (məsələn, gəlir vahidinə, torpaq sahəsi vahidinə, mal ölçüsünə və s.) düşən vergi məbləüini əks etdirir. Vergi dərəcələri sərt (gəlirlərin məbləüindən asılı olmayaraq vergitutma vahidinə görə mütləq məbləüdə təyin edilir), proporsional (gəlirlərin səviyyəsi nəzərə alınmadan sabit  faizlə hesablanır), reqresiv (vergi tutulan gəlir artdıqca vergi dərəcəsi də azalır) və proqressiv (vergi tutulan gəlir artdıqca vergi dərəcəsi də artır) ola bilər.

Proporsional vergi tutma zamanı məbləğin artmasından asılı olmayaraq vergi dərəcəsi sabit olur. (Bax şək.39)



Vergi formasında

ödənilən gəlirin

faizi Proporsional vergi

Sabit

%

Sabit



Aşağı gəlirlər Yüksək gəlirlər

Şəkil 39. Proporsional verginin qrafik təqdimatı

Proqressiv vergiqoyma zamanı dövlət aşağı gəlirlərlə müqayisədə yüksək gəlirlərdən daha çox vergi tutur. (Bax şək.40)


Vergi formasında

ödənilən gəlirin Proqressiv vergi

faizi

Yüksək

%

Aşağı
Aşağı gəlirlər Yüksək gəlirlər

Şəkil 40. Proqressiv verginin qrafik təqdimatı

Reqressiv vergiqoyma zamanı dövlət aşağı gəlirlərdən yüksək gəlirlərə nisbətən daha çox vergi tutur. (Bax şək.41)


Vergi formasında

ödənilən gəlirin

faizi




Reqressiv vergi

Yüksək


Aşağı

Aşağı gəlirlər Yüksək gəlirlər



Şəkil 41. Reqressiv verginin qrafik təqdimatı
Vergi dərəcələri

(1 yanvar 2004-cü il tarixə)

Vergi siyasətinin əsasını vergi dərəcələri və tarifləri təşkil edir .Bu dərəcələr Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Məcəllədə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək həddləri müəyyən edilmişdir. Dövlət vergilərinin hər il tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən edilən həddlərdən yüksək ola bilməz. Lakin bununla belə, Məcəllədə göstərilir ki, hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. Bu isə zərurət yarandıüı hallarda çevik vergi siyasəti həyata keçirməyə imkan verir. Belə ki, Məcəllədə hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 24 faiz müəyyənləşdirildiyindən, Dövlət büdcəsi haqqında qanun qəbul edilərkən müxtəlif illərdə bu dərəcə aşaüı salına (məsələn, 23-ə, 22-ə, 20-yə və s.) və yaxud yenidən 24 faizə qədər qaldırıla bilər. Ancaq heç vaxt bu Məcəllədə göstərilən həddən yuxarı ola bilməz.



Fiziki şəxslərin gəlir vergisi. Gəlirlərə muzdlu işlə əlaqədar alınan gəlir (əmək haqqı, muzdlu işlə əlaqədar alınan digər fayda və ya ödəmə və s.) və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir (sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir və s.) aiddir. Aylıq gəlirdən aşaüıdakı dərəcələrlə vergi tutulur:
Cədvəl 17

Aylıq gəlirdən tutulan vergi dərəcələri şkalası


Vergi tutulan aylıq gəlirin məbləüi

Verginin məbləüi

150000 manatadək

vergi tutulmur

150001-3000000 manatadək

150000 manatdan çox olan məbləüin 14 faizi

3000000 manatdan çox olduqda

399000 manat+ 3000000 manatdan çox olan məbləüin 35 faizi

İllik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:



Cədvəl 18

İllik gəlirdən tutulan vergi dərəcələri şkalası


Vergi tutulan illik gəlirin məbləüi

Verginin məbləüi

1800000 manatadək

vergi tutulmur

1800001-36000000 manatadək

1800000 manatdan çox olan məbləüin 14 faizi

36000000 manatdan çox olduqda

4788000 manat+ 36000000 manatdan çox olan məbləüin 35 faizi

Cədvəllərdən göründüyü kimi, illik gəlirlərin vergitutma şkalası aylıq gəlirlərin vergi şkalasının müvafiq sətirlərinin 12 mislinə uyüundur.



2. Hüquqi şəxslərin mənfəət vergisi. Müəssisələrin mənfəətindən 24 faiz dərəcəsi ilə vergi tutulur. Mənfəət vergisi hesablanarkən vergi tutulan mənfəət istehsal təyinatlı kapital qoyuluşunun maliyyələşdirilməsinə və ya bu məqsədlər üçün alınmış və istifadə edilmiş bank kreditlərinin ödənilməsinə müəssisənin faktiki çəkdiyi xərclər məbləüində azaldılır.

Bu güzəştin verilməsində nəzərə alınan istehsal təyinatlı kapital qoyuluşları dedikdə bilavasitə məhsul istehsalı prosesində iştirak edən binaların-sexlərin yeni tikinti formasında əsaslı tikintisi, yenidən qurulması, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi  və texniki cəhətdən yenidən təchizi, habelə qurüuların, avadanlıqların, istehsaldaxili  nəqliyyat vasitələrinin və əsas vəsaitlərin, digər obyektlərin (və ya hissələrinin) satın alınması başa düşülür.


3. Əlavə dəyər vergisi (ƏDV) -  istehlakçılardan tutulan dolayı vergilərdən biridir. Məhsulun istehsalı, işlərin görülməsi və xidmətlər göstərilməsi zamanı əlavə edilən dəyərdən hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikası ərazisində malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və tədavülü prosesində onların dəyərinə əlavənin bir hissəsinin, həmçinin, Azərbaycan Respublikası ərazisinə gətirilən və vergi tutulan bütün malların dəyərinin bir hissəsinin büdcəyə tutulması formasıdır. ƏDV mallar istehsalının və göndərilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bütün mərhələlərində ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən edilir. Hazırda Azərbaycan Respublikasında ƏDV “0” və “18%” dərəcələrlə tutulur.
4. Aksiz - vergilərin bir növüdür. Aksizli malların satış qiymətinə daxil edilən, aksizli malları istehsal edən və satan vergi ödəyicilərindən tutulan dolayı vergidir. Bütün dolayı vergilər kimi aksizlər əmtəənin qiymətini formalaşdırır və onun ödənilməsi faktiki olaraq alıcıların üzərinə keçir. Formal olaraq bu verginin ödəyiciləri aksizli mal istehsal edən və ya satan müəssisələr olsa da, faktiki olaraq onun ödəyiciləri istehlakçılardır. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan spirtli içkilərdən, pivə və pivə tərkibli içkilərdən, tütün məmulatları, neft məhsullarından aksiz vergisi tutulur.

Məcəllədə aksizli mallara aşaüıdakılar aid edilmişdir:

- içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri;

- tütün məmulatları;

- neft məhsulları.

Əvvəlki illərlə müqayisədə aksizli malların siyahısı xeyli ixtisar edilmişdir. Belə ki, zinət əşyaları, zərif balıq məhsulları, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatları, pambıq malları və s. aksizli malların siyahısından çıxarılmışdır.

Aksizlərin dərəcələri Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.
5. Əmlak vergisi. Müəssisələr əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyərinin 1 faizi həcmində əmlak vergisi ödəyəcəklər.

Fiziki şəxslər üçün əmlak vergisi onların şəxsi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Bu dəyər şərti maliyyə vahidinin 6000 mislinə (yəni 33000000 manata) qədər olanda onda əmlak vergisi tutulmur. Əmlakın qalıq dəyəri şərti maliyyə vahidinin 6000 mislindən çox olduqda - 33000000 manatdan çox olduqda vətəndaşlar həmin həddən yuxarı məbləğin 0,1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Fiziki şəxslər habelə onlara məxsus olan su və hava nəqliyyatı vasitələrinə görə də əmlak vergisi ödəyirlər.

Qeyd etmək lazımdır ki, hüquqi şəxslərin əmlak vergisi dövlət büdcəsinə, fiziki şəxslərin əmlak vergisi isə yerli (bələdiyyə) büdcələrə cəlb olunur.

Əmlakın qalıq dəyəri dedikdə isə müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış köhnəlmənin (amortizasiyanın) məbləği qədər azaldılan dəyəri nəzərdə tutulur.
6. Torpaq vergisi - torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Hazırda torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə (Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri istisna olmaqla) 1 şərti bal üçün şərti maliyyə vahidinin 5 faizinə (275 manata) bərabərdir.

Torpaq vergisini hüquqi şəxslər dövlət büdcəsinə, fiziki şəxslər isə yerli büdcələrə ödəyirlər.


7. Tranzit yol vergisi - ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin həmin ölkənin avtomobil yollarından istifadəyə görə ödədikləri vergilərdir.

Tranzit yol vergisini Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri yükün xarakterindən, yükgötürmə qabiliyyətindən, ölkədə qalma günlərinin sayından və s. asılı olaraq ödəyirlər.


8. Mədən vergisi - hasilatçıdan yerin təkindəki  faydalı qazıntını hasil etdiyinə  görə tutulur. Ölkə ərazisində mövcud faydalı qazıntıların (məsələn, neft, qaz, filiz ehtiyatları və s.) çıxarılmasına görə mədən vergisi tətbiq olunur. Mədən vergisinin vergitutma bazası faydalı qazıntıların topdansatış qiymətidir. Mədən vergisinin dərəcələri yerin təkindən çıxarılan faydalı qazıntının növündən asılı olaraq müəyyən edilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcələrə, bütün digər faydalı qazıntılar üzrə belə vergi isə dövlət büdcəsinə keçirilir.


9. Sadələşdirilmiş sistem üzrə vergi. Aksizli mallar istehsal edən müəssisələr, kredit və sıüorta təşkilatları, investisiya fondları, qiymətli kaüızlar bazarının peşəkar iştirakçıları istisna olmaqla ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmamış müəssisələr sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləridir. Yəni bu verginin Bakı şəhərində yerləşən ödəyiciləri  ümumi hasilatın həcminin 4 faizi, regionlarda yerləşən ödəyiciləri isə 2 faizi qədər vergi ödəyirlər.
İqtisadi fikir tarixindən



F

ridrix fon Hayek (1899-1992)

Vyana Universitetini bitirən Hayek dünyanın ən məşhur tədris mərkəzlərində, o sıradan London İqtisad Məktəbində, Zaltsburq, Frayburq və Çikaqo Universitetlərində elmi tədqiqatla məşğul olub. Hayeki maraqlandıran iqtisadi problemlər dairəsi həddindən çox genişdir. Onun tədqiqatının bəzi nəticələri ümumi baxışlarla ziddiyyət təşkil edir.

30-cu illərdən başlayaraq, sosialist ideyasının Qərb intellektualları arasında dəbdə olan zaman Hayek müzakirələrə qoşularaq, sosializm əleyhinə tədqiqatlarla məşğul olub. Qərbdə bu alimi, hətta onun heç bir əsərini oxumayanlar belə sosializmə qarşı mübarizə kimi tanıyırlar. Həqiqətən də Hayekin «Köləliyə yol», «Fərdilik və iqtisadi qaydalar», «Azadlığın əsas qanunu» və digər əsərlərində sosializmin elmi əsasları təhlil olunmuş və belə qənaətə gəlinmişdir ki, sosializm bütün nöqteyi-nəzərlərdən çox böyük səhv olub. Hayek 1974-cü ildə Nobel mükafatı alıb.




Xülasə


1. Büdcə dövlətin baş maliyyə planıdır. O, adi hesabdarlıqda olduğu kimi, iki tərəfə malikdir:  gəlir (mədaxil) və xərc (məxaric). Əgər birinci tərəf  vergilər, rüsumlar və qeyri-vergi ödənişlərindən təşkil olunursa, ikinci tərəf özündə  səhiyyə, təhsil, elm, sosial təminat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları hesabına fəaliyyət göstərən iqtisadiyyatın ayrı-ayrı səhələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir. Büdcə ili - büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir.


2. Büdcə ilinin zaman çərçivələri ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlayıb növbəti ilin sentyabrın 30-da, Böyük Britaniyada isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.
3. Vergi siyasəti - dövlət maliyyə siyasətinin tərkib hissəsi olmaqla, vergi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər sisteminin məcmusudur. Azərbaycanda bu siyasətin iqtisadi və hüquqi əsaslarını 2000-ci il 1 yanvar tarixindən qüvvəyə minən Vergi Məcəlləsi müəyyənləşdirir. Məcəllə ilə Azərbaycan Respublikasında aşaüıdakı vergilər müəyyən edilmişdir:

- dövlət vergiləri;

- muxtar respublika vergiləri;

- yerli vergilər (bələdiyyə vergiləri).
4. Dövlət vergilərinə aiddir:

  1. fiziki şəxslərin gəlir vergisi;

  2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);

  3. əlavə dəyər vergisi;

  4. aksizlər;

  5. hüquqi şəxslərin əmlak vergisi;

  6. hüquqi şəxslərin torpaq vergisi;

  7. tranzit yol vergisi;

  8. mədən vergisi;

  9. sadələşdirilmiş sistem üzrə vergi.

5. Muxtar respublika  vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.


6. Yerli vergilər dedikdə bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və onların ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilərə aiddir:

  1. fiziki şəxslərin torpaq vergisi;

  2. fiziki şəxslərin əmlak vergisi;

  3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

  4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.



Müzakirə üçün suallar
1. İzah edin ki, büdcə dövlətin nəyinə gərəkdir. Bir anlığa təsəvvür edin ki, Siz hökumətdə maliyyə naziri vəzifəsi tutursunuz və büdcənin icrasına məsulsunuz, onda vəsaitləri daha çox hansı istiqamətlərə yönəldərdiniz. Bu sualı bir neçə tələbəyə (şagirdə) ünvanlayın.

2. Dövlət büdcəsinin 5 əsas gəlir mənbəyini sadalayın. Onların hansı mənbələrdən formalaşmasını izah edin.

3. Dövlət büdcəsinin 5 əsas xərc maddəsini sadalayın və onları vaciblik dərəcəsinə görə sıralayın.

4. Dövlət və yerli vergiləri sadalayın, vergilərin hansının dövlət büdcəsinə, hansının bələdiyyə büdcəsinə ödənildiyini fərqləndirin.

5. Dolayı və birbaşa vergilərin fərqini izah edin və onların hər birinə misallar çəkin.

6. Proporsional, reqressiv və proqressiv vergilərin fərqlərini izah edin və onların hər birinin konkret misallar üzrə hesablanması qaydasını göstərin.

7. Gəlir vergisinin şkalası üzrə 400 min manat və 4 milyon manatlıq əmək haqqı məbləğini vergiyə cəlb edin.

8. Müxtəlif məbləğlər (4 milyon, 44 milyon manat) üzrə fiziki şəxsin əmlakının (evinin, mülkünün) qalıq dəyərindən vergi hesablayın.




Test




10.1. Büdcə kəsiri budur:

a) mədaxil məxaricdən çoxdur

b) mədaxil məxaricdən azdır

c) mədaxil və məxaric bərabərdir.


10.2. Aşağıdakı vergilərdən hansı dolayı vergi hesab olunmur:

a) əlavə dəyər vergisi

b) aksiz vergisi

c) gəlir vergisi


10.3. Bu vergilərdən hansıları bələdiyyə büdcəsinə ödənilir:

1. fiziki şəxslərin torpaq vergisi

2. hüquqi şəxslərin mənfəət vergisi

3. fiziki şəxslərin əmlak vergisi

4. hüquqi şəxslərin əmlak vergisi
Cavab variantları:

a) 1 və 2 –ci b) 1 və 3-cü c) hamısı.



On birinci fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • Beynəlxalq iqtisadiyyat




  • Mütləq və müqayisəli
    üstünlüklər





  • Xarici ticarət dövriyyəsi




  • Təbii və əldə edilmiş
    üstünlüklər


Biz hər gün televiziya ekranlarında nümayiş etdirilən onlarla reklamlarda xarici malların təbliğ edildiyinin şahidi oluruq. Biz, bununla yanaşı həmçinin qonşularımızın, dost və tanışlarımızın maşın alarkən əvvəlkitək rus modelinə deyil, alman, yapon, koreya, amerikan və digər ölkələrin avtomobillərinə üstünlük verdiyini də görürük. Qəzetlərdə də tez-tez xarici firma və şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyi, filiallar və nümayəndəliklər açdığı haqqında məlumatlarla rastlaşırıq.

Belə xəbərlər bəzən bir qrup adamları qıcıqlandırır, narahat edir. Lakin iqtisadçılar bir az fərqli düşünür və hesab edirlər ki, beynəlxalq ticarət ölkələr üçün faydalıdır. Heç bir ölkə özünü dünyadan tədric etməklə yaşaya bilməz.

Buna oxşar siyasəti Sovetlər Birliyi Stalinin hakimiyyəti dövründə aparırdı. Lakin belə siyasət iqtisadi cəhətdən səmərəli deyil. Axı ayrı-ayrı ölkələr iqlim şəraitinə, təbii ehtiyatlarının zənginliyinə, vətəndaşlarının təhsil səviyyələrinə və digər cəhətlərinə görə biri-birindən fərqlənir. Ona görə də ölkələr arasında beynəlxalq əmək bölgüsünün nəticələri əsasında ticarət mübadiləsi hökm sürür. Beləliklə də beynəlxalq və ya xarici ticarət qurulur. Ölkənin göndərdiyi malların və xidmətlərin məbləği onun ixracını, kənardan gətirdikləri isə idxalını təşkil edir. (Təəccüblənməyin xidməti də idxal eləmək mümkündür. Məsələn, əgər xarici nəqliyyat şirkəti Azərbaycan firmasına öz məhsullarının digər ölkəyə daşınması işini təşkil edirsə, bu artıq xidmətin idxalı sayılır ).

İdxal və ixracın cəmi xarici ticarət dövriyyəsini təşkil edir.İdxal və ixrac arasındakı fərqə xarici ticarətin saldosu (qalığı) deyilir. Əgər ixrac idxaldan çoxdursa saldo müsbət və ya aktiv, əksinə olduğu halda, yəni ixrac idxaldan az olduqda saldo mənfi və ya passiv adlanır.

Saldonun müsbət və ya mənfi olmasına istinadən ölkənin inkişaf səviyyəsinə qiymət vermək düzgün deyil.

Tələb və təklif qanunu xarici ticarət sferasında da fəaliyyətdədir. Əgər ölkədə xarici ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət təşkilatlararası münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa, onda belə siyasəti azad ticarət (free trade) siyasəti adlandırırlar. Əksinə gedən proseslər isə himayəçilik prinsiplərinə əsalandığından ona xarici ticarətdə himayədarlıq siyasəti deyilir.

Himayədarlıq (proteksionizm) dövlətin tarif və qeyri-tarif tənzimləmə alətlərinə söykənərək, yerli firmaları xarici şirkətlərin rəqabətindən qorumaq məqsədilə apardığı xarici ticarət siyasətidir.

Bəs, görəsən xarici ticarətə qoşulmaq, beynəlxalq əmək bölgüsündə iştirak etmək üçün ölkə hansı siyasətə üstünlük verməli və hansı məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır?

Adam Smit hesab edir ki, bu suala bazar cavab verə bilər, lakin bu zaman hər bir ölkənin təbii və qazanılmış üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Belə ki, hələ vaxtilə Smit də əsərlərində sübut edirdi ki, əgər ticarət məhdudlaşdırılmırsa azaddırsa, onda hər bir ölkə rəqabətdə üstünlük qazandığı malların istehsalı üzrə ixtisaslaşır. Beləliklə də bu ölkələrin resursları rentabelli sahələrə axır və nəticədə ölkə qeyri-rentabelli sahələrlə rəqabət apara bilmir.

Bu sualın cavabını taparkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar olan məsrəflərə nəzər yetirməli və o məhsulu seçmək lazımdır ki, onun həmin ölkədə buraxılışı ucuz başa gəlir. Məsələn, biz hamımız təsdiq edərik ki, Azərbaycanda ananasın istehsalına çəkilən xərc Ekvadordan xeyli çoxdur. Çünki, ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, bu da çoxlu xərc və xüsusi qulluq tələb edir. Amma Ekvadorda ananas təbii yetişir. Bu o deməkdir ki, Ekvador ananas istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli, isti tropik ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və digər tropik meyvələr gətirə bilərik. Bunu ilk dəfə olaraq məhşur ingilis iqtisadçısı David Rikardo müqayisəli üstünlüklər vasitəsilə sübuta yetirmişdir.

Beləliklə, Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini yaratdı. O təsdiq edirdi ki, ticarətdə onsuz da uduş var, lakin bunun üçün ölkə daha effektiv məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır.


Mütləq üstünlüklər

Bir ölkə digər ölkə ilə müqayisədə resursların miqdarından asılı olaraq daha çox məhsul istehsal edə bilər.



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin