Sечимиn dяйяри - еля эялири, hяйаtи nемяtляри, ямtяя вя xиdмяtляри xаракtеризя еdир ки, биз сечdийимиз башга вариаntларdа fяалиййяtя цсtцnлцк верdийимизя эюря onлары ялdя еdя билмирик.
Belə güman edək ki, insanlar aüılı ilə hərəkət edir, daha irəli gedir, təklif olunan müxtəlif variantlardan daha çox fayda gətirəni seçir və həmişə belə olurmu? Əgər ötən həftə ərzində fəaliyyətinizə nəzər salsanız görəcəksiniz ki, əldən buraxdıüınız imkanlar sizin üçün iri məbləüləri ifadə edir. İnsanlar seçimini düşünərsə, alternativ dəyərin dərk edilməsi onlara gələcək həyatında xeyli kömək göstərər. Seçimin və alternativ dəyərin zəruriliyini və səmərəsini cədvəl və qrafikin köməyi ilə təsvir edək. Bu qrafik iqtisadi ədəbiyyatlarda istehsal imkanları əyrisi adlanır. Belə qrafik vasitəsilə seçim və alternativ dəyərin zəruriliyi və səmərəliliyi nəzərə çatdırılır. Lakin, qrafikə keçməmişdən əvvəl bir lətifə və onun üzərində qurulmuş misala nəzər salaq.
Yeri gəlmişkən qeyd edək ki, iqtisadçılar digər alimlərlə müqayisədə "fərz edək ki" sözünü daha çox işlətməyi sevirlər. Ona görə də onların leksikonunda bu sözə tez-tez rast gəlmək olur. Hətta bu barədə məşhur lətifə də mövcuddur: deyilənə görə kimyagər, fizik və iqtisadçı yarüan boyunca yol gedərkən birdən dərin çökəkliyə yıxılırlar. Bu çökəklikdən çıxmaüın çətinliyini dərk edəndən sonra oturub nə etmək barəsində fikirləşirlər. Vəziyyətdən çıxış yolu onların hər biri tərəfindən düşünülür. Əvvəlcə kimyagər deyir: "Əgər məndə kükürd və bəzi maddələr olsa idi, ondan partlayıcı maddə düzəldib qayanı partladaraq, yolumuzu açardım”. Fizik deyir: "Əgər məndə uzun taxta lövhə və hamar daş olsa idi, ondan tramplin düzəldərdim. İkimiz şalbanın bu başına bərk zərbə endirər, tirin digər tərəfində olanı yuxarı tullayardıq. O da kənara çıxaraq yerdə qalanları çəkib çıxarardı". Növbə iqtisadçıya çatanda, o deyir: "Gəlin, fərz edək ki, biz burada yoxuq."
Beləliklə də bizim sevimli sözümüzdən istifadə edərək, fərz edək ki, yaşadıüımız kiçik ölkədə yalnız iki növ məhsul istehsal olunur: velosiped və paltar. Mütəxəssislərin hesablamalarına görə, ölkədə mövcud olan zəruri resursları, o cümlədən bütün əmək qabiliyyətli əhalini bu məhsulun istehsal sferasına cəlb etməklə ildə 100 min ədəd velosiped buraxmaq olar. Yox, əgər bütün mümkün resursları yalnız paltar istehsalına yönəltsək, onda buraxılışın miqdarı il ərzində maksimum 800 min ədədə çata bilər.
Başqa bir variantda isə həmin resursları sözü gedən iki məhsul arasında bölüşdürməklə eyni vaxtda hər iki məhsulun istehsalını təşkil etmək mümkündür. Müxtəlif variantlara uyüun gələn istehsal proqramı 1 saylı cədvəldə təsvir edilir.
Cədvəl 1
Dostları ilə paylaş: |