Фязлуллащ компани


ÖMƏRİN ALTI NƏFƏRLİK ŞURASI



Yüklə 1,55 Mb.
səhifə23/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

ÖMƏRİN ALTI NƏFƏRLİK ŞURASI


Əbu-Bəkr iki ildən bir qədər artıq çəkmiş xəlifəlikdən sonra xəstələndi. Onun xəlifəliyə çatması yolunda Ömərin çəkdiyi əziyyətlərə cavab olaraq, Əbu-Bəkr özündən sonra Ömərin xəlifə olması üçün şərait hazırlayırdı. Müxalifləri razı salan Əbu-Bəkr səhabələrdən bir qrupunu yanına çağırıb onların hüzurunda Öməri canişinliyə təyin etdi. Əbu-Bəkr vəfat etdiyi gün (hicri 13-cü il) Ömər xilafət kürsüsünə oturdu. Əbu-Bəkri dəfn etdikdən sonra Ömər məscidə gedib, xalqa öz xəlifəliyi haqqında məlumat verdi və onlardan beyət aldı. Həzrət Əlidən (ə) savay əksər müsəlmanlar Ömərə beyət etdilər.

Ömərin xəlifəliyi on il altı ay çəkdi. Ömər bütün bu müddət ərzində İran və Rumla müharibə vəziyyətində oldu. Ömər öz həyatının son anlarında növbəti xəlifəni seçmək üçün altı nəfərdən ibarət şura topladı: Əli, Təlhə, Zübeyr, Əbdür-Rəhman Ovf, Osman, Səd Vəqqas. Əbu-Təlhə Ənsari ənsardan beş nəfəri şuranın toplantısı keçirilən evin ətrafında qoyub, tapşırdı ki, beş nəfər birinə səs verdiyi vaxt bir nəfər onlara qarşı çıxsa, həmin bir nəfərin, dörd nəfər bir nəfərə səs verdiyi vaxt iki nəfər bu dörd nəfərə qarşı çıxsa, həmin iki nəfərin boynunu vursunlar. Əgər üç nəfər birinə, üç nəfər isə başqasına səs verərsə, Əbdür-Rəhman ibn Ovfun olmadığı üç nəfər qətlə yetirilsin. Yox əgər bu altı nəfər heç bir qərara gələ bilməsələr, altısının da boynu vurulsun xəlifə seçimi xalqa tapşırılsın.

Ömər adı çəkilən altı nəfərin şuraya üzv seçilməsini belə izah edirdi: «Həzrət Peyğəmbər (s) dünyasını dəyişdiyi vaxt bu altı şəxsdən razı olduğu üçün mən xilafət məsələsini onlara tapşırıram». Şura üzvləri bir yerə toplandıqdan sonra Ömər öz düşüncəsinə əsaslanaraq həmin adamların zəif tərəflərini sadalamağa başladı və dedi: «Ey Zübeyr, sən acıxasiyyət və işkorlayansan. Əgər razı qalsan, imanın qalacaq, narazı qalsan kafirsən. Buna görə də gah insan, gah da şeytan. Ey Təlhə, sən Peyğəmbəri (s) incitdin. Həzrət dünyadan köçərkən səndən incik getdi. Bunun səbəbi hicab ayəsi nazil olanda dediyin sözlər oldu. Ey Osman, bil ki, peyin səndən yaxşıdır. Sən isə ey Səd, təkəbbürlü və təəssübkeşsən. Xilafət sənin işin deyil. Ey Əbdür-Rəhman, sən zəif adamsan». Sonra üzünü Əliyə (ə) tutub dedi: «Əgər sən zarafatcıl olmasaydın, xilafətə yarayardın. Vallah sənin imanın bütün yer əhlinin imanından üstündür».1

Şura əhvalatını şərh etməzdən qabaq Ömərin nöqsan dolu vəsiyyəti haqqında qısaca söhbət edək. Qeyd etməliyik ki, Əbu-Bəkr, Ömər və Əbu-Übeydə arasındakı məhrəmanə razılaşmaya əsasən bu üç şəxs növbə ilə xəlifə olmalı idi. Ona görə də Peyğəmbər dünyasını dəyişən zaman hər üç şəxs tələsik səqifəyə getdi.

Əbu-Bəkr və Ömər öz məqsədlərinə nail olsalar da, növbə Əbu-Übeydəyə çatanda artıq o həyatda yoxdu. Xəlifə seçimini altı şəxsə tapşıran Ömər bildirdi ki, əgər Əbu-Übeydə və ya Salim (Huzəyfənin Qulamı) diri olsaydılar, xilafət üçün həmin iki şəxs şuradakı altı nəfərdən daha layiqli olardı.

Həzrət Əli (ə) Əbu-Bəkrə beyət məqsədi ilə məcburi şəkildə məscidə gətirildiyi vaxt Əbu-Übeydə həzrətə dedi: «Əgər biz bilsəydik ki, sənin xəlifəliyə könlün var, Əbu-Bəkrə yox, sənə beyət edərdik. İndi isə iş işdən keçib və xalq Əbu-Bəkrə beyət edib». Belə ki, Əbu-Bəkrə beyət edən Əbu-Übeydənin özü Əlini (ə) xəlifəlik üçün daha layiqli sayırdı. Belə bir vəziyyətdə Ömərin Əbu-Übeydəni xəlifəliyə Əlidən daha layiqli bilməsi gülünc görünür. Əbu-Übeydə və Salim hər ikiləri münafiq idilər və Peyğəmbərin (s) dəvəsi ilə bağlı ləyaləye-əqəbə hadisəsində iştirak etmişdilər. Onların ikisi də Üsamənin qoşununa qoşulmaqdan boyun qaçırmışdılar.

Ömərin insafsızlığı bir həddə çatmışdı ki, hətta ikiüzlü bir qulamı da xəlifəliyə Əlidən layiqli bilir, onun ölümünə təəssüflənirdi. Digər bir tərəfdən, səqifədə ənsarla mübahisələr zamanı həzrət Peyğəmbərin Qüreyş haqqında buyurduğu sözləri Əbu-Bəkr özlərinə aid etdi və bildirdi ki, imamlar yalnız Qüreyşdən ola bilər. İndi isə Ömər ənsardan olan Salimi, yəni Qüreyşdən olmayan bir şəxsin xəlifəliyi haqqında danışırdı.

Üçüncüsü Ömər şuradakı altı nəfərin hər birinin eyblərini saydı və bildirdi ki, heç biri xilafətə yaramır. Maraqlıdır ki, bu altı nəfərdən heç birini xəlifəliyə layiq bilməyən Ömər onları nə üçün şuraya toplamışdı?

Dördüncüsü, Ömər bu altı nəfəri seçməyinin səbəbi kimi həzrət Peyğəmbərin (s) onlardan razılığını göstərmişdi. Hansı ki, bir qədər sonra Təlhəyə müraciətlə dedi ki, o Peyğəmbəri incitmişdi.

Beşincisi, bu altı nəfər arasında Əbdür-Rəhmanın hansı fəziləti vardı ki, səslər bərabər bölündükdə onun düşdüyü üçlüyə üstünlük verilirdi? Hansı ki, bir az əvvəl Ömər onun zəif iradəyə malik olduğunu bildirmişdi. Ömər şuraya Əliyə (ə) zidd adamları toplamaqla əslində Əlinin qətlinə fərman vermişdi.

Bu altı nəfər arasında yalnız həzrət Əli (ə) və Osmanın xəlifə seçilməsi mümkün idi. Əbdür-Rəhman Osmanın əqd qardaşı, həm də yeznəsi idi. Əbdür-Rəhmanın səsinə imtiyaz verməklə Osmanın seçilməsi üçün şərait yaradırdı.

Şuranın üzvlərindən biri də Bəni-haşimlə adətən müvafiq olmayan Təlhə idi. Təlhə Əbdür-Rəhmanla səmimi dost idi. Bu halda onun da Osmanı himayə edəcəyi şübhə doğurmurdu. Səd Vəqqas isə həm Əbdür-Rəhmanın göstərişlərinə tabe olur, həm də Təlhə ilə eyni cür düşünürdü. Bu altı nəfər arasında həzrət Əli (ə) ilə yeganə razılaşacaq kəs Zübeyr idi. Səsvermə nəticəsində azlıqda qalan həzrət Əli (ə) və Zübeyrin qətli labüd olmuşdu. Ömər bütün işləri bu sayaq planlaşdırsa da, hadisələr növbəti şəkildə cərəyan etdi:

Ömərin qətlindən üç gün sonra şuranın altı üzvü Ayişənin mənzilində toplaşdı. Öncə Əbdür-Rəhman sözə başlayıb dedi: «Müsəlmanlar arasında təfriqə düşməməsi üçün biz altı nəfər yekdil olub, eyni bir qərara gəlməliyik. Hər kəs öz səsini başqasına verərsə, ixtilaf da aradan götürülər».

Öz səs hüququnu Təlhə Osmana, Zübeyr Əliyə, Səd Vəqqas isə Əbdür-Rəhmana verdi. Bu yolla şuradakı altı səs üç səsə qədər azaldı. Həzrət Əliyə (ə) aydın idi ki, bu iş Osmanın xeyirinə tamamlanacaq. Çünki Əbdür-Rəhman xəlifəlik fikrində deyildi. Onun belə bir tamahı olsa da, aşkarda Osmanı müdafiə edəcəkdi.

Əbdür-Rəhman yenidən söhbətə başlayıb onları müxalifətçilikdən çəkindirmək istədi. Çünki bu qurama şurada müxalifətçilik pusquda dayanmış əlli nəfərin qılıncına tuş gəlmək demək idi.

Əbdür-Rəhmanın məqsədindən xəbərdar olan Osman Əliyə (ə) təklif etdi ki, hər ikisi səslərini Əbdür-Rəhmana versinlər və o nə deyirsə, o da olsun. Əbdür-Rəhman Osmanın təklifini həvəslə qarşıladı və and içdi ki, özünün xəlifəlik fikri yoxdur, bu işi ya Əli (ə), ya da Osmana tapşıracaq.

Həzrət Əliyə (ə) şuradakıların bütün gizli məqsədləri aydın idi. Bu dəfə Osman dedi: «Ya Əli (ə), müxalifliyə icazə yoxdur. Ömərin vəsiyyətinə əsasən hər kəs müxaliflik etsə, öldürüləcək. Gəl sən də Əbdürrəhmanın hakimliyini qəbul et». Əli buyurdu: «Bir halda ki, dövran sənə üz tutub, nə üçün tələsdin və məni öldürməklə hədələdin? Mənə aydındır ki, Əbdür-Rəhman sənin tərəfini saxlayacaq, haqqın ziddinə danışacaq. Amma başqa çarə olmadığından, Allahın razılığını və ümmətin xeyirini əsas götürəcəyi şərti ilə onun hakimliyini qəbul edirəm». Əbdür-Rəhman da and içdi ki, hər şey Əli (ə) dediyi kimi olacaq.

Əbdür-Rəhman camaatı Peyğəmbər (s) məscidinə topladı ki, mühacir və ənsarın hüzurunda öz rəyini bildirsin. Özünü bitərəf göstərmək məqsədi ilə əvvəlcə Əliyə yaxınlaşdı və dedi: «Ya Əli, mən də onu məsləhət görürəm ki, bu gün bütün müsəlmanlar sənə beyət etsinlər. Amma bu şərtlə ki, Allahın göstərişi, Peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifənin yolu əsasında hakimlik edəsən». Əbdür-Rəhman gözəl bilirdi ki, bütün yeri və göyü Əliyə versələr haqqın ziddinə danışmaz və hərəkət etməz. O yaxşı başa düşürdü ki, əvvəlki xəlifələr haqqın ziddinə hərəkət etdiyindən Əli (ə) onların yolunu qəbul etməz. Əbdür-Rəhman bu yolla Əlinin (ə) imtina etməsini istəyirdi. Həzrət Əli (ə) buyurdu: «Mən Allahın göstərişi və Peyğəmbər sünnəsi əsasında hakimlik edəcəyəm. Başqalarının yolu ilə yox, Allah razılığı və Peyğəmbər sünnəsinə əsaslanan öz yolumla gedəcəyəm». Əbdür-Rəhman və Osman, eləcə də bütün camaat Əlidən (ə) başqa bir söz gözləmirdi. Hamı yaxşı bilirdi ki, həzrət Əli (ə) yalan danışmaz, haqq yoldan sapmaz.

Digər bir tərəfdən həzrət Əli (ə) Əbu-Bəkr və Ömərin xilafətini qəsbi sayırdı. O öz haqqının qəsb olunmasından şikayətləndiyi halda, həmin iki şəxsin yolunu necə qəbul edə bilərdi?!

Əbdür-Rəhman Əlidən (ə) kənarlaşıb, Osmana tərəf getdi və Əliyə (ə) dediklərini ona da dedi. Şübhəsiz ki, sevincindən baş-ayaq seçməyən Osman Əbdür-Rəhmanın təklifinə müsbət cavab verdi. O belə bir vədi öz qanı ilə yazıb imzalamağa razı idi. Osman fəryad çəkərək dedi: «And içirəm ki, şeyxlərin (əvvəlki xəlifələrin) yolu ilə gedəcək və həmin yoldan kənara çıxmayacağam».

Əbdür-Rəhman beyət üçün əlini Osmana uzatdı və onu təbrik etdi. Belə bir fürsətin intizarında olan bəni-Üməyyə dəstə-dəstə Osmana yaxınlaşıb beyət etdi. Amma bəni-haşim və səhabələrdən bir qrupu, məsələn, Əmmar Yasər, Miqdad beyət etməkdən çəkindilər. Beləcə, Əbdür-Rəhman ibn Ovf öz rolunu məharətlə oynadı və Osmanı xilafət kürsüsünə oturaraq Ömərin məqsədini həyata keçirdi. Həzrət Əli (ə) həqiqət sorağında olduğundan üçüncü dəfə öz qanuni haqqından məhrum edildi.

Ömərin tədbirləri sayəsində baş tutmuş müqəddimələr Osmanın xilafətə gətirilməsi və müxaliflik edəcəyi təqdirdə Həzrət Əli (ə) qətlə yetirilməsi məqsədi daşıyırdı. Həzrət Əli (ə) şuranın təşkili və Əbdür-Rəhmanın hiylələri haqqında buyurmuşdur: «Hiylə, özü də necə hiylə!» Bəli, Ömərin şurası hiyləgərlikdən başqa bir şey deyildi.

Təbərsinin nəql etdiyinə görə, həzrət Əli (ə) həmin altı nəfərlik şura məclisində öz fəzilətlərini və üstünlüklərini şuradakıların diqqətinə çatdırdı. Şuradakılar həzrətin dediklərini yekdil şəkildə təsdiqlədilər. Həzrət Əli (ə) buyurdu: «Bir olan Allahdan qorxun, onun hökmünə qarşı çıxmayın, haqqı sahibinə qaytarın, Peyğəmbərinizin sünnəsinə əməl edin. Əgər siz onunla müxalif olsanız, Allaha müxalif olmuşsunuz. Ona görə də xilafət haqqını onun əhlinə qaytarın». Şuradakılar bir-birlərinə baxıb dedilər: «Onun fəzilətini tanıdıq və bildik ki, o, xilafət işinə hamıdan layiqlidir. Amma o kimsəni üstün saymır, bərabərliyə əməl edir. Əgər onu xəlifəliyə seçsəniz, sizi xalqla eyni tutacaq. Amma Osman xəlifəliyə seçilsə, sizin mənafelərinizi qoruyacaq.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin