3.3. Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin inkişaf perspektivləri
Azərbaycanda konqlomerat diversifikasiyaya misal kimi «Günay» Bankın fəaliyyətini də göstərmək olar. 1992-ci ildə bank kimi qeydiyyatdan keçən işgüzar təşkilat, sonradan holdinqə çevrilmiş və bir sıra sənaye, tikinti, ticarət, ictimai iaşə və aqrar biznes müəssisələrinin sahibi olmuşdur.
«NurGün» şirkəti isə ticarətdən başlayaraq sonra «Ruzi» bank təsis etmiş, avtomobillərin satışı, onlara texniki xidmət, dəyirman və un məmulatları istehsal etməyə başlamışdır.
Bu tendensiyanı “AtaHoldinq” şirkətində də görmək olar. “AtaHoldinq”ASC-nin maliyyə sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əməyi olan “AtaBank”ASC, “AtaLizinq” ASC və “AtaSığorta” ASC şirkətləri ilə təmsil olunurlar. İndi “AtaBank”ASC-nin 12 filialı bə 4 şöbəsi fəaliyyət göstərməkdədir. Banka 2007 -ci ildə “Bureau Veritas” şirkəti tərəfindən “Bütün növ bank xidmətləri” adlı İSO 9001:2000 sertifikatı təqdim edilmişdir. 2006-cı ilin sonuna bankın xalis aktivləri 62,671.93 min manat, müddətli depozit portfeli 37,981.8 min manat və kredit hortfeki 41,994.5 min manat olmuşdur. “AtaLizinq” ASC 2004-cü ildə “AtaHoldinq” (64%) və “AtaBank”ASC (36%) tərəfindən təsis edilmişdir. Şirkət inşaat, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı və səhiyyə sahələrində fəaliyyət göstərən yeri və xarici müəssisələrə lizinq xidmətləri göstərir.2005-ci ildə o, korporativ istiqrazlarını tədavülə buraxmışdır. “AtaSığorta” ASC 31 könüllü 4 icbari olmaqla 35 növ sığorta xidməti təklif edir. “AtaHoldinq”ə daxil olan “ZəyəmKəndMaş” MMC-nin əsas profili kənd təsərrüfatı texnikası avadanlıqlarının və neft-qaz sektorunda istifadə olunan ehtiyat hissələrin istehsalıdır. Hazırda burada neft quyularının nasosları üçün ştoklar və klapan dəstləri də istehsal edilir. Şirkət regionda aqroservis fəaliyyəti ilə də məşğul olur. “Şəmkir Quşçuluq” fabriki yumurtalıq və ətlik istehsal sahəsində ixtisaslaşmış təsərrüfatdır. Hazırda müəssisə ayda 2,3 milyon ədəd yumurta və gələcəkdə 1,0 milyon baş quş istehsal etməklə ölkənin qərb bölgəsinin tələbatını tam ödəyəcək və öz məhsullarını qonşu Gürcüstana ixrac etmək imkanı əldə edəcəkdir. “Şəmkir Daş-Çınqıl” müəssisəsində ayda 3600 kub m çınqıl, qum və daş plitələr istehsal olunur. “AtaTreydinq” və “AtaMarketinq” yaradılmışdır. “AtaHoldinq” ASC-nin turizm və xidmət sektoruna müxtəlif xidmət sahələrini əhatə edən “AtaTurizm” MMC, “Ataİnşaat” MMC və “İnterTurizm” MMC şirkətləri daxildir. “Excelsior” Hotel Baku” ölkədə ilk “5+” ulduzlu mehmanxanadır. Şirkətin bu cür çoxşaxəli konqlomerat fəaliyyəti 2015-cı ilin sonuna maliyyə göstəricilərini yaxşılaşdırmağa imkan vermişdir (cədvəl 3.1. və 3.2.).
Dostları ilə paylaş: |