Garayli orxan baloglan oğlu (magistrin a a. s.)


Şəkil 1.1. İnteqrasiyalaşmış sahibkarlıq qruplarının təsnifləşdirilməsi



Yüklə 1,66 Mb.
səhifə5/28
tarix10.01.2022
ölçüsü1,66 Mb.
#108533
1   2   3   4   5   6   7   8   9   ...   28
Şəkil 1.1. İnteqrasiyalaşmış sahibkarlıq qruplarının təsnifləşdirilməsi
Özəlləşdirmə siyasətinin səmərəli aparılması da holdinqin tipik nümunəsi olan investisiya fondlarından asılıdır. Holdinqdən fərqli olaraq investisiya fondu şirkət­lərin nəzarət-səhm paketinə sahib olmaq imkanından məhrumdur. Holdinqin gəliri onun sahib olduğu müəssisənin gəlirlərindən asılı olduğu kimi holdinq səhm­dar­larının dividendi də holdinqin gəlirindən asılıdır. O, bir çox şirkətlərin səhm paketinə malik olduğuna görə çətin ki, gəlir əldə etməsin. Çünki, eyni zamanda holdinqin sahib olduğu ayrı-ayrı sahələrə xas olan müəssisələrin zəif işləməsi ehtimalı azdır. Bu da onu göstərir ki, holdinq səhmdarları öz sərmayələrini daha çox sığorta edirlər və onların həmişə gəlir əldə etmək imkanı vardır.

Dediklərimiz bir daha sübut edir ki, Azərbaycanda bazar münasibətlərinin dərin­ləşməsi, çevik struktur-investisiya, maliyyə və sosial siyasətin aparılması holdinq şirkətlərinin yaranmasını tələb edir.Yaxşı olardı ki, biznes qrupların nəzarət səhmləri dövlətin əlində cəmləşsin. Məhz bu yolla dövlət iqtisadiyyatın stabil və proporsional inkişafının təməlini qoya bilər.

Holdinq şirkətlərinin geniş şəkildə aşağıdakı növlərini göstərirlər:

a) əmlak holdinqi – holdinq münasibətləri ana şirkətin övlad şirkətlərinin kapitalında iştirakı ilə təmin olunur; b) müqavilə holdinqi – birliyə daxil olan müəssisələrin bir hissəsi müqavilə bağlayaraq şərikli qaydada holdinqə rəhbərlik edirlər; c) əmlak-müqavilə holdinqi – holdinq münasibətləri həm əmlak, həm də müqa­vilə əsasına söykənir; ç) dövlət holdinqi – əsas və övlad şirkətlərin ya dövlət müəssisələridir, ya da əsas şirkətin əsas kapitalının nəzarət hissəsi dövlətin əlindədir; d) transmilli holdinq – övlad şirkətlərinin bir hissəsi digər ölkələrdə yerləş­mişdir; e) idarəedici holdinq – ana şirkət digər iştirakçılara münasibətdə yalnız korpo­rativ idarəetmənin əsas funksiyalarını, o cümlədən strateji planlaşdırmanı, koordi­nasiyanı, motivasiyanı və nəzarəti həyata keçirir; ə) qarışıq holdinq - holdinqin əsas şirkəti digər iştirakçılara münasibətdə korpo­ra­tiv idarəetmə funksiyaları həyata keçirməklə yanaşı istehsal fəaliyyəti ilə məşğul olur; f) maliyyə holdinqi – əsas şirkət digərlərə münasibətdə yalnız maliyyə-inves­tisiya və maliyyə-nəzarət funksiyalarını üzərinə götürür; d) subholdinq (əlaqələndirici holdinq) – holdinqə daxil olan bir sıra şirkətləri tənzimləyən və özü də ana şirkətə tabe olan övlad şirkət.

Üçüncü tip inteqrasiyalaşmış sahibkar birlikləri trast yolu ilə, könüllü qaydada idarəedici funksiyaların bir hissəsinin ötürülməsi və bəzi bazar strukturlarının birgə təsisi və istifadəsi əsasında yaradılır. Birgə təsis olunan makrostrukturlar Yaponiyada geniş yayılan keyrisulara, yəni ticarət evlərinə daha çox bənzəyir.

İnvestisiya axınının nizamlı məcraya yönəlməsi, fərdi və institusional inves­torların dolğun şəkildə əlaqələndirilməsi iri bank və istehsal kapitalına arxalanan maliyyə fondlarından, maliyyə-sənaye qruplarının fəaliyyətindən asılıdır. Bu qəbildən olan qurumlar aşağıdakı məsələləri həll edə bilərlər: maliyyə axınlarının idarə olunması və nəzarət; geniş təkrar istehsalın maliyyələşməsinin güclü mənbəyinin yaradılması; bu qurumlarda istehsalın səmərəliliyinin artırılması; istehsalın xarici bazarlara səmtlənməsi məsələsinin həll edilməsi; qabaqcıl (prioritet) sahələrdə maliyyə resurslarının təmərküzləşməsi; elmi-axtarış və təcrübə-konstruktor işlərinin maliyyələşməsi sisteminin yaradıl­ması və innovasiya prosesinin sürətləndirilməsi; iqtisadiyyatın mütərəqqi quruluşunun yaradılması.

Göstərilən institusional investorlar arasında maliyyə-sənaye qrupları mühüm yer tutur. «Maliyyə-sənaye qrupları» haqqında Azərbaycan Respublikası Qanununa görə Maliyyə-sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, əlverişli texnoloji və kooperasiya əlaqələri yaratmaq, ixracat potensialını artırmaq, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdirmək və investisiyalar cəlb etmək üçün yaradılır.

Onlara ayrı-ayrı özəl və dövlət tipli istehsal kompleksləri, bank və investisiya strukturları daxil olmalıdır. MSQ-lərin yaranması ərəfəsində ölkədə sürətlə bank və sığorta işi, holdinq və trasttipli şirkətlər inkişaf etməlidir. Elə etmək lazımdır ki, onlar universal rol oynasınlar, yəni bank, eyni zamanda sığorta, trast və holdinq şirkəti kimi, sığorta şirkəti bank, holdinq və trast şirkəti kimi, holdinq şirkəti bank, trast və sığorta şirkəti kimi və trast şirkəti isə holdinq, bank və sığorta şirkəti kimi çıxış etsin. Depozit və ya başqa pul vəsaitlərini bir yerə təmərküzləşdirərək MSQ-lər öz sahibolma, sərəncamvermə və istifadəetmə hüquqlarına arxalanaraq istehsala in­ves­tisiyanı artırırlar. Onlar həm tədiyyə təşkilatlarına, həm də istehsal-sənaye müəs­sisələrinə sahib olduqlarına görə hər iki tərəfin səmərəliliyinin artmasında maraqlı olurlar. Bu cür qruplar nə qədər tez yaradılarsa, bir o qədər də tez ticarət, bank, sığor­ta və s. kapital sənaye kapitalına xidmət göstərməyə başlayır. Onu da qeyd etmək lazımdır ki, söhbət iqtisadiyyatda çoxşaxəli rol oynayan diversifikasiya olunmuş təşkilatların yaranmasından gedir.

Maliyyə-sənaye qruplarının strukturu onun rəhbərliyi tərəfindən yaradılır. Bu qrupun strukturunun yaradılmasının ümumi qaydası olmur. Hər bir qrup öz fəaliy­yətinə müvafiq quruluş yaradır. Maliyyə-sənaye qrupunun təxmini strukturu şəkil 1.2-də göstərilmişdir.

Maliyyə-sənaye qrupları, digər işgüzar təşkilatların özləri də korporativ qiy­mətli kağızları alıb-satmaqla məşğul olmaqla yanaşı, həmçinin kağızlar və borc öh­dəlikləri (veksellər) buraxırlar. Bu cür qrupun ana və ya baş şirkəti olur. O, bütün qrup işti­rakçılarının adından çıxış edir, ümumiləşdirilmiş balans tərtib edir, uçot və he­sabat aparır. MSQ iştirakçıları baş şirkətin fəaliyyəti nəticəsində yaranmış olan öhdə­liklərinə öz aktivləri nisbətində birgə məsuliyyət daşıyırlar. Maliyyə-sənaye qrupunun ali orqanı direktorlar şurasıdır.








Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin