Şəkil 2.2. Korporativ-inteqrasiya amillərinin təsnifatı
Bir sıra iqtisadçıların irəli sürdüyü konsepsiya ilə «iqtisadiyyatın genişlənmə inkişafında əmələ gələn istehsalın miqyasının artması, intensivləşmə şəraitində, yenilikləri tez qavrayan çevik istehsalçılara uduzur» qismən razılaşmaq olar. Bizdə islahat proseslərinin başlanğıcında, iri istehsalatların sıxışdırılması, xırda və orta biznesin təşviqatı ilə fəal məşğulolma böyük səhv idi. Nəticədə kiçik biznes yaradılmadan, nəhəng istehsalata böyük ziyan vurulmuş, texnoloji cəhətdən əlaqədə olan şirkətlər dağıdılmış və sazlanmış istehsalatlar, az effektli, rəqabətə tab gətirməyən qurumlara çevrilmişdi.
Bu mövqedə duranların əsas səhvi ondan ibarətdir ki, onlar unudublar ki, istehsalın miqyası təkcə makinaların, çarpayıların və qazanların həcminin artması deyil, o həm də kapitalın miqyas çərçivəsində çevik və fəal olmasıdır, ən əsası isə mürəkkəb bazar şəraitində rəqabətə davamlılığıdır. Problem yalnız onun struktur reallaşmasındadır. Kiçik biznesin iqtisadiyyatda olan böyük roluna baxmayaraq rəqabətə davamlılığın yeganə yolu – nisbətən miqyaslı, yığcam və yaxşı idarə edilən şirkətlərin yaradılmasıdır. Onların müvəffəqiyyəti, ilk növbədə miqyas üstünlüyündən başlayır: müəssisənin «miqyas» qənaəti, istehsal gücünü və xidmətlərini artıraraq daha səmərəli işləməsi; müəssisənin «müxtəlif çeşid» qənaəti, eyni xammaldan müxtəlif çeşidli malların buraxılması; transaksiya məsrəflərində qənaət, yəni malların və xidmətlərin bir istehsalat vahidindən (mülkiyyət verilmədən) başqa istehsalat vahidinə verilməsi. Bu onu sərbəst firmaların və fərdlərin transaksiyalarından fərqləndirir; kapitalın «çeviklik» qənaəti, onun milli iqtisadiyyat, ya beynəlxalq iqtisadiyyat çərçivələrində operativ çevikliyi.
İri korporasiyaların işləməsinin xüsusiyyətlərindən biri də odur ki, onlar özləri buraxdığı məhsulun reklam və marketinqinə böyük sərmayə qoyurlar. Effektli və səmərəli olan korporasiyalar fəal innovasiya – satış siyasətini yeridib, yüksək və stabil mənfəət alırlar. Onlar bunu nəinki bazara kobud təzyiq vasitəsi ilə əldə etmir, hətta geniş istehlakçılar kütləsinin maraqlarını nəzərə alırlar.
Korporativ qurumların müasir təşkilati inkişafı iki tendensiyanın təsiri altında keçir: birincisi, inteqrasiya prosesləri ilə bağlılığı, yəni korporasiyaların gücünün, təşkilati gücünün artması və onların idarəetmə özəyinin müxtəlif xüsusiləşdirilmiş şöbələr hesabına şişirdilməsi; ikincisi, parçalama prosesləri ilə bağlılığı, yəni şirkətlərin strukturundan müəyyən təşkilati blokların ayrılması və onların özülündə ana şirkətin əmlakından icarə şərtləri ilə istifadə edilən müstəqil kommersiya təşkilatlarının yaranması. Hərdən belə müəssisələr müstəqil əsaslarda yaranır, ana şirkət ilə heç bir əlaqə olmadan, yalnız onun avadanlıq və sahələrini icarəyə götürürlər. Müqavilə sistemi vasitəsi ilə yeni yaranan müəssisələrin fəaliyyətinin koordinasiyası təmin olunur və onlar ana şirkətin ehtiyaclarının ödənilməsinə işləyirlər. Ana şirkət tərəfindən öz üzərində mülkiyyət hüququnun saxlanılması, vahid korporativ istehsal sisteminin yaradılmasına və inkişaf etməsinə geniş imkanlar yaradır.
İstehsalat fəaliyyətinin və təşkilati strukturlarının genişləndirilməsinin bir növü, törəmə müəssisələrin (övlad firmalarının) səhmdar cəmiyyət, ya məhdud məsuliyyətli cəmiyyət formasında yaranmasıdır. Bu halda əsas şərt ondadır ki, səhmlərin nəzarət paketi nizamnamə kapitalında müvafiq pay korporasiyanın mülkiyyətində qalır.
Korporativ idarəetmənin daxili təşkilat resurslarının effektliyinin artması aşağıdakılarla bağlıdır: ümumkorporativ idarəetmə funksiyalarının istehsalat, tənzimləyən funksiyalardan ayrılması; müstəqil ekspertiza üsullarının fəal istifadəsi; korporasiyaların idarəetmə özəyində xüsusi qərargah tipli qurumların yaradılması, onların yeni texniki ideyalara (məfkurələrə), strateji qərarlara və onların həyata keçirilməsinə yöənldilməsi; daxili planlaşdırma və nəzarətdə xüsusi funksional xidmətlərin ixtisaslaşdırılması; korporasiyanın təşkilatı inkişafına yönəlmiş bölmələrin yaradılması.
Dostları ilə paylaş: |