2.2. Korporasiyaların strukturlaşma təmayüllərinin təhlili və onların xarici iqtisadi fəaliyyətinin tədqiqi
İri işgüzar təşkilatların dəyişkən bazar mühitində işləməsinin obyektiv əsaslarına aşağıdakıları aid etmək olar: 1) xammal bazasının vahidliyi və çoxkanallı istifadəsi; 2) qarşılıqlı bağlanmış istehsalçıların kooperasiyası; 3) son məhsulun kompleks hazırlanması, göndərilməsi və xidməti; 4) dövriyyənin tamlığı: elm-işlənmə-sərmayə-istehsal-satış-istifadə; 5) iri investisiya layihələrinin reallaşması; 6) ərazi ümumiliyi və infrastrukturun vahidliyi; 7) satış bazarları uğrunda mübarizədə maraqların birliyi.
Təcrübə göstərir ki, yeni yaranan iri təsərrüfat strukturları fəaliyyətlərində əks olunan, assosiativ xarakter daşıyır.
Bir qayda olaraq, onlara aşağıdakı cəhətlər aiddirlər: könüllü daxilolma (əsası – iqtisadi maraqlar); assosiasiyanın təşkilat formasının seçim azadlığı; iştirakçıların bərabər hüquqları; müəssisələrin səlahiyyətlərinin assosiasiyaya könüllü verilməsi; assosiasiyanın özünü idarəetməsi; iştirakçıların münasibətlərinin təşkilində müqavilə əsasları. Bir çox müasir mütəxəssislər qeyd edirlər ki, irəlidə gedən qərb ölkələrinin iqtisadiyyatının uğurlu inkişafı aşağıdakı amillərlə müəyyən olunur: kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş düşünülmüş və tarazlanmış addımlar kompleksini qəbul etməsi ilə; iri korporasiyaların (o cümlədən, ümummilli) fəal inkişafı ilə; sahibkarlığın tənzimlənməsinə yönəlmiş, əsaslandırılmış və çevik dövlət siyasəti sistemi ilə.
Məhz elə bu cəhətdən, iri korporasiyalara və maliyyə-sənaye qruplarına sənaye kompleksinin əsas struktur təşkil edən elementi kimi baxılmalıdır. Bu qruplar açıq bazar iqtisadiyyatında Azərbaycan istehsalçılarının rəqabətə davamlılığını təmin etməlidir. Onlar dövlətin seleksiya siyasətinin reallaşmasında əsas vasitə kimi çıxış etməlidirlər, maliyyə, əmtəə və istehsal kapitallarının təkrar istehsalına, yığılmasına və dövriyyəsinə zəmanət verib, iqtisadiyyatın sərfəli sahələrinə yönəltməlidirlər.
Korporasiyalar iri və kredit biznesinin əsas təşkili formasıdır. Onların əsas və əlavə əlamətlərini ayırmaq olar (bax cədvəl 2.2).
Cədvəl 2.2.
Korporasiyaların əsas və əlavə əlamətləri
Dostları ilə paylaş: |