192
Methemoqlobin oksigenlə birləşmədiyinə görə, normal hemoqlobinin funksiya
-
sını yerinə yetirə bilmir. Methemoqlobin orqanizmdə adi şəraitdə də əmələ
gəlir və tezliklə fermentativ üsulla (methemoqlobin-reduktaza fermentinin
təsiri nəticəsində) reduksiyaya uğrayaraq, hemoqlobinə çevrilir. Lakin onun
əmələ gəlməsi sürətləndikdə orqanizm ağır oksigen çatışmazlığına məruz qala
bilər. Belə vəziyyət azot oksidləri, nitrobenzol, anilin və b. maddələrlə zəhər-
lənmələr zamanı müşahidə edilir. Nadir hallarda methemoqlobin-reduktaza fer-
mentinin sintezinin genetik pozulması ilə əlaqədar olan irsi
methemo-
qlobinemiya
xəstəliyinə də rast gəlinir. Bunlara baxmayaraq, orqanizmdə az
miqdarda methemoqlobinin əmələ gəlməsi karboksihemoqlobinin əmələ
gəlməsinə nisbətən az təhlükəlidir. Methemoqlobin sianid (CN
-
) anionları ilə
asanlıqla birləşərək, sianmethemoqlobinə çevrilir. Methemoqlobinin bu xassə-
sindən sianidlərlə zəhərlənmə zamanı tibbi yardım məqsədilə istifadə edilir.
Belə hallarda xəstənin qan damarlarına methemoqlobin əmələ gətirən mad-
dələrin (məsələn, natrium-nitrit) məhlulları yeridilir.
Hemoqlobinin bioloji funksiyaları.
Hemoqlobin orqanizmdə 1) oksigenin
nəqledicisi, 2) karbon qazının nəqledicisi və 3) qanın bufer tutumunun
tənzimləyicisi funksiyalarını yerinə yetirir.
Oksigen ağciyər alveollarının membranlarından və kapillyarların divarla-
rından diffuziya yolu ilə keçərək, qan plazmasının tərkibinə daxil olur.
Alveolyar havada oksigenin parsial təzyiqinin qan plazmasındakına nisbətən
yüksək olması bu prosesə (diffuziyaya) şərait yaradır. Bundan sonra oksigen
plazmadan eritrositlərə daxil olaraq, hemoqlobinlə birləşir. Normal atmosfer
təzyiqi şəraitində ağciyərlərdən keçən hemoqlobinin 97%-ə qədəri oksihemo-
qlobinə çevrilir. Oksigenli mübadilə prosesi gedən toxumaların kapillyarlarında
oksihemoqlobin oksigenə və dezoksihemoqlobinə dissosiasiya edir; sərbəst
oksigen isə eritrositlərdən plazma vasitəsilə hüceyrəarası mayeyə, buradan isə
hüceyrələrə daxil olur. Eyni zamanda hüceyrələrdə metabolizm prosesində
əmələ gələn karbon qazı da diffuziya yolu ilə qana keçir və onun bir hissəsi
dezoksihemoqlobinlə birləşir. Beləliklə, toxumalardan karbon qazının bir
hissəsi ağciyərlərə karbhemoqlobin şəklində gətirilir. CO
2
-nin 10-15%-i hemo-
qlobinlə birləşmə şəklində, 60%-ə qədəri plazmanın, qalan hissəsi isə eritro-
sitlərin daxilində HCO
3
–
anionları şəklində daşınır. Lakin karbon qazının
karbonat anionunun tərkibində nəql edilməsi də dolayı yolla hemoqlobinin
funksiyası ilə əlaqədardır. Çünki hemoqlobin karbonat turşusunun dissosia-
siyası nəticəsində ayrılan H
+
ionlarını özünə birləşdirməklə, karbon qazının
məhlulda qalmağına şərait yaradır.
Hemoqlobin və oksihemoqlobin turş xassəli maddələrdir, lakin bunlardan
birincisinin turşuluğu ikinciyə nisbətən xeyli aşağıdır. Buna görə, hemoqlobin
və oksihemoqlobin bufer xassəsinə malik olmaqla, qanın pH-nın sabit səviy-
yədə saxlanmasına yardım göstərir.
Dostları ilə paylaş: