190
hemoqlobin molekuluna ilk oksigen molekulunun birləşməsi sonrakılara
nisbətən çətindir. Bəzi mülahizələrə görə, dördüncü oksigen molekulu hemlə
birinciyə nisbətən 500 dəfə asanlıqla birləşir. Oksigenlə doymuş hemoqlobin
(oksihemoqlobin) də öz ilk oksigenini
toxumalara çətinliklə verir, ikinci,
üçüncü və dördüncü oksigen molekullarının hemoqlobindən ayrılması isə get-
gedə asanlaşır. Hemlərin belə əlbir (kooperativ) fəaliyyətinin böyük fizioloji
əhəmiyyəti vardır. Bunun sayəsində alveolyar havada oksigenin parsial təzyiqi
100 mm.c.st. təzyiqinə (12,6 kPa) bərabər olduqda ağciyər alveollarından
keçən qandakı hemoqlobinin 95-97%-i, alveolyar havada pO
2
80 mm c.st.
(10,6 kPa) olduqda hemoqlobinin 90%-ə qədəri oksigenlə birləşir; periferik
toxumalarda isə oksigenin parsial təzyiqi aşağı
olduğundan, oksihemoqlobin
dissosiasiyaya uğrayır və toxumalar molekulyar oksigendən istifadə etmək
imkanı əldə edir. Oksihemoqlobin molekulunda olan monomerlərin fəaliyyətin-
dəki kooperativlik periferik toxumaların kapillyarlarında oksigenin hemo-
qlobindən ayrılması üçün əlavə enerji sərf edilməsi tələbatını aradan qaldırır.
Dostları ilə paylaş: