52
Amilodekstrin
(yodla göy-bənövşəyi rəngə boyanır,
25%-li etil spirtində həll olur,
40%-li spirtdə çöküntü verir)
Eritrodekstrinlər
(yodla qırmızı-qonur rəngə boyanır,
55%-li etil spirtində həll olur,
65%-li spirtdə çöküntü verir)
Arxodekstrinlər
(yodun təsirindən rəngini dəyişmir,
70%-li etil spirtində həll olur)
Maltodekstrinlər
(yodun təsirindən rəngini dəyişmir,
spirtdə çöküntü vermir)
Maltoza (disaxarid)
Qlükoza
Qlikogen.
İnsan və heyvan orqanizmində enerji mənbəyi funksiyasını
yerinə yetirən karbohidratların əsas ehtiyatı qlikogen şəklində toplanır. Əsasən
heyvan orqanizmində yayıldığına görə, qlikogenə
heyvani nişasta da deyilir;
lakin bəzi göbələklərin, ali bitkilərin və mikroorqanizmlərin də tərkibində qli-
kogen olur. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatı xüsusilə çoxdur. Qida
ilə çoxlu karbohidrat qəbul edildikdə qlikogenin miqdarı bu orqanın quru çəki-
sinin 10%-ə qədərini təşkil edir, aclıq halında isə 0,2%-ə qədər azalır; əzələ-
lərdə 0,2-4,0% qlikogen olur. Sağlam uşaqların qanında qlikogenin qatılığı
0,75-1,17 q/l, yetkin yaşlı şəxslərin qanında isə 1,17-2,06 q/l ola bilər. Qanda
olan qlikogenin əsas hissəsi (73-87%) formalı elementlərdə, nisbətən az hissəsi
isə plazmada (17-23%) toplanır. Leykositlərdə qlikogenin miqdarı
daha çox
olduğuna görə, leykositoz hallarında qanda bu polisaxaridin qatılığı artır.
Qlikogen molekulları strukturuna və iriliyinə görə amilopektinə bənzəyir:
yəni onun molekul zənciri bir-birilə düzxətli sahələrdə
-1,4-rabitələri, şaxə-
lənmə nöqtələrində isə
-1,6-rabitələri vasitəsilə birləşmiş d-qlükopiranoza (d-
qlükoza) qalıqlarından ibarətdir. Lakin amilopektin molekullarında şaxələnmə
nöqtələri arasındakı hissələrdə 20-25 d-qlükoza qalığı olduğu halda, qlüko-
gendə
-1,6-qlükozid rabitələrinin arasında 8-12 qlükoza qalığı yerləşir. Yəni
qlikogen molekulu amilopektinə nisbətən çoxşaxəli olur (şəkil 2.1.). Qlikoge-
nin molekul kütləsi də amilopektinin eyni göstəricisindən çoxdur.
Onun mole-
kul kütləsi 300 mindən 100 milyona qədər olur; buradan belə nəticə çıxarmaq
olar ki, qlikogen molekulu 2 mindən 600 minə qədər və daha artıq qlükoza
qalığını özündə birləşdirə bilər. Qlikogen molekulunun çoxşaxəli olması ona
yığcam fəza strukturu əldə etmək imkanı verir. Bundan əlavə, çoxşaxəli mole-
kulun uc hissələrinin sayı da çox olduğundan, qlikogen nisbətən sürətlə parça-
lanaraq, əmələ gələn qlükozanın orqanizmin tələbatına sərf edilməsinə şərait
yarada bilir. Yuxarıda göstərildiyi kimi, bitkilərdə qlikogenin funksiyasını ami-
lopektin
yerinə yetirir, lakin onun şaxələrinin sayı azdır. Bitkilərdə mübadilə
proseslərinin sürəti az olduğuna görə, onlara çox sürətli enerji hasilatı lazım
gəlmir. İnsan və heyvan orqanizmində isə enerjiyə tələbat olduqca sürətlə dəyi
-
53
şikliyə uğrayır. Fiziki gərginlik, zehni fəaliyyət, müxtəlif mənşəli stress vəziy-
yətləri zamanı orqanizmin enerjiyə tələbatı dəfələrlə artır.
Bu şəraitdə orqa-
nizmin enerji mənbəyi (qlükoza) ilə təmin edilməsində qlikogenin çoxşaxəli
strukturunun əvəzsiz rolu vardır.
Təmiz qlikogen ağ rəngli amorf toz şəklindədir; suda kolloid məhlul əmələ
gətirir, yodun təsirindən qırmızı rəngə boyanır; qələvilərin təsirinə davamlıdır.
Sonuncu xassədən qlikogeni toxumalardan ayırmaq məqsədilə istifadə edirlər.
Bundan ötrü, tədqiq edilən materialı 5-10 N qatılıqlı kalium-hidroksid məhlu-
lunda həll olana qədər qaynadırlar. Alınan məhlula eyni miqdarda spirt əlavə
edildikdə qlikogen çökür. Bu çöküntünü turş mühitdə
tam hidroliz etdikdə
qlikogenin miqdarına müvafiq miqdarda qlükoza əmələ gəlir. Alınan qlükoza-
nın miqdarını kimyəvi analiz üsulu ilə müəyyənləşdirdikdən sonra, tədqiq
edilən toxumada qlikogenin neçə faiz olduğunu hesablamaq mümkündür.
Dostları ilə paylaş: