100
xassələrini asanlıqla itirirlər. Buna görə, üzvi kimyanın müəyyən maddələri
qarışıqlardan təmizləmək üçün istifadə edilən qızdırılma, distilləetmə, sublima-
siya, kristallaşdırılma kimi üsullarını zülallara tətbiq etmək məsləhət görülmür.
Çünki, bu üsulların tətbiqi zamanı zülallar denaturasiyaya uğrayır, yəni öz təbii
xassələrini (xüsusən bioloji aktivliyini və həllolma qabiliyyətini) itirir. Buna
görə, zülalları digər qarışıqlardan ayırmaq üçün xüsusi üsullar işlənib hazır-
lanmışdır. Bu üsullar aşağı temperatur şəraitində (4
o
C-yə qədər) və zülal mole-
kullarının strukturuna mənfi təsir göstərməyən xüsusi reaktivlərdən istifadə
edilməklə həyata keçirilir. Aşağıda həmin üsulların ümumi prinsipləri haqqında
qısa məlumat veririk.
Dostları ilə paylaş: