Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 Zülal məhlullarının xırdamolekullu



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə71/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   137
Biokimyanın əsasları I cild

4.4.3.2. Zülal məhlullarının xırdamolekullu
qarışıqlardan təmizlənməsi 
Fraksiyalaşdırma üsulu ilə digər irimolekullu maddələrdən ayrılan zülallar 
xırdamolekullu hissəciklərlə qarışıq şəklində olur. Onları belə qarışıqlardan 
təmizləmək üçün dializ, gelxromatoqrafiya, kristallaşdırma və ultrafiltrasiya 
üsullarından istifadə edilir. Məhlullarda olan qeyri-üzvi duzlar və digər 
xırdamolekullu hissəciklər bitki və heyvan zarlarından, həmçinin sintetik 
yarımkeçirici zarlardan (sellofan, kolloid pərdə) asanlıqla keçir, zülal mole-
kulları isə iriölçülü (0,1-0,01 mk) olduqlarına görə, belə maneəni dəf edə bil-
mir. Buna görə toxuma ekstraktını və ya onun müxtəlif fraksiyalarını belə 
materialdan hazırlanmış kisəyə doldurub, təmiz həlledicinin içərisində saxla-
dıqda, zülallarla birlikdə toxumalardan ayrılmış xırdamolekullu hissəciklər 
tədricən kisənin divarından həllediciyə keçir. Həlledici maye tez-tez dəyiş-
dirildikdə bu proses sürətlənir. Bu proses dializ metodunun əsasını təşkil edir. 
Dializ zamanı toxuma ekstraktının tərkibindəki zülallar istifadə edilən kisənin 
içərisindəki məhlulda qalır. Bu qarışığı müxtəlif çökdürücü maddələr və 
həlledicilər vasitəsilə yenidən fraksiyalaşdırıb, öyrənilməsi nəzərdə tutulan 
zülalları təmiz halda əldə edirlər. Bu məqsədlə tətbiq edilən sadə üsullardan 
biri zülalların kristallaşdırılmasıdır. 
Zülallar kristallaşma qabiliyyətinə görə bir-birindən fərqlənir. Buna görə 
hər bir zülalı kristallaşdırmaq üçün xüsusi şərait (zülalın və suçıxarıcı mad-
dənin müəyyən qatılığı, məhlulun pH-ı, temperatur) yaradılmalıdır. Zülalın 
təmizlik dərəcəsini artırmaq üçün, onu bir neçə dəfə həll edib, yenidən 
kristallaşdırırlar. Əvvəllər bir neçə dəfə həll edilib, yenidən kristallaşdırılmış 
zülallar kimyəvi cəhətdən təmiz hesab edilirdi. Lakin həssas biokimyəvi analiz 
üsulları göstərmişdir ki, təkcə zülalların kristallaşması faktına əsaslanaraq, on-
ların homogenliyi haqqında nəticə çıxarmaq olmaz. Çünki çox vaxt xassələrinə 
görə bir-birinə yaxın olan zülallar birlikdə kristallaşır. Yəni belə kristalların 
tərkibində mexaniki qarışıq və ya kompleks birləşmə şəklində müxtəlif zülallar 
olur. Məsələn, kristallaşdırılmış yumurta albumininin tərkibində iki, qan 
serumu qlobulininin tərkibində isə üç (

-, 

- və 

-qlobulinlər) zülal fraksiyası 
ola bilər. Kristallaşdırılmış zülal preparatlarının heterogenliyini (yəni müxtəlif 
zülal qarışığından ibarət olmasını) bir sıra fiziki-kimyəvi üsullarla (elektro-
forez, xromatoqrafiya, ultrasentrifuqalaşdırma) və həmin zülalların spesifik 
bioloji xassələrinin (fermentativ və ya hormonal aktivliyinin) tədqiqi vasitəsilə 
sübut etmək mümkündür. 
Zülalları xırdamolekullu qarışıqlardan ayırmaq üçün istifadə edilən üsul-
lardan ultrafiltrasiya və gel-filtrasiyanın effektivliyi xüsusilə yüksəkdir. Ultra-
filtrasiya üsulu zülal məhlulunun xüsusi zarlardan müəyyən təzyiq altında keçi-
rilməsinə əsaslanır. Bu üsuldan istifadə edildikdə, məhlulda olan xırda-
molekullu maddələr və su ayrılır və dializ kisəsinin içərisində qalan zülal tə-
mizlənməkdən əlavə, həm də qatılaşır. Gel-filtrasiya üsulunun mahiyyəti haq-
qında dərsliyin növbəti bölməsində məlumat verilir. 


104 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin