GəNCƏ ŞƏHƏr məDƏNİYYƏT



Yüklə 131,49 Kb.
səhifə1/11
tarix04.01.2022
ölçüsü131,49 Kb.
#54015
növüYazı
  1   2   3   4   5   6   7   8   9   10   11


GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT

VƏ TURİZM İDARƏSİ

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

METODİKA ŞÖBƏSİ

Tarixə qızıl xətlə yazılan bayram”

/Faşizm üzərində Qələbənin 70 illiyi/

/metodik vəsait/





GƏNCƏ – 2015
Bəşər tarixində müharibələr çox olmuşdur. Bu müharibələr çox olmuşdur. Bu müharibələrin qanlı izləri, vurduğu yaralar yer üzərində heç vaxt sağalmır. Tarixdə ən sarsıdıcı müharibələrdən biri də II Dünya Müharibəsidir”

Ümummilli lider Heydər Əliyev.

Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur”



Ümummilli lider Heydər Əliyev.
Xalqın şərəf tarixi


1941-ci il iyunun 22-də gələn dəhşətli xəbər damarlarda qanı dondurdu: müharibə! Bu xəbər hərəni bir yerdə yaxaladı-kimini məktəbdə, kimini dəzgah arxasında, kimini də iş başında. Müharibə hər kəsi bir yaşda imtahana çəkdi-kimini ahıl, kimini yeniyetmə yaşında, kiminin də gənclik həvəsi dolub-daşanda...

Müharibə öz dəhşətləri ilə yaddaşlara iz salır, odlu-alovlu, qanlı-qadalı hadisələrlə tarixə yazılır. Müharibə elə bir dəhşətli bəladır ki, dəyişməz qanunları ilə ya öldürməli, ya da ölməlisən! Onun içərisində olan adam ya yaralanmalı, ya da canını qurban verməlidir...

1941-1945-ci illər müharibəsini kimi Böyük Vətən müharibəsi, kimi də İkinci Dünya müharibəsi adlandırır. Əlbəttə, bunların hər ikisi düzdür. Sovet İttifaqı üçün bu savaş doğrudan da, Vətən müharibəsi idi. Çünki bu misli görünməmiş müharibədə sovet dövlətinin qalıb-qalmaması məsələsi həll olunurdu. O biri tərəfdən, 68 ölkənin iştirakı bu qanlı davaya Dünya müharibəsi deməyə əsas verir. Müharibə hər bir ölkənin siyasətinin zorakı davamıdır. Müharibələr həmişə insanların kütləvi ölümü ilə, illərlə qurub-yaratdıqları şəhərlərin, kəndlərin, zavod və fabriklərin məhv edilməsilə nəticələnir. Müharibə ata-anaları oğulsuz, qız-gəlinləri ərsiz, qardaşsız, uşaqları atasız qoyur, ailələri dağıdər.

1941-1945-ci illər müharibəsi bu savaşda qalib gəlmiş hər bir millət kimi azərbaycanlıların da şanlı hərb tarixidir. O qanlı-qadalı illər bir tarix kimi kitablarda, daş heykəllərdə, yaddaşlarda yaşayacaq, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə bir öyünücü salnamə kimi yadigar qalacaq.

Bu gün qələbəsinin 70-ci ildönümü bütün dünyada qeyd edilən 1941-1945-ci illər- Böyük Vətən müharibəsində on minlərlə azərbaycanlı silaha sarılıb faşist Almaniyasına qarşı aparılan müharibədə iştirak edib. Özü də elə mətanətlə vuruşublar ki, onların qəhrəmanlığı nə ruslardan, nə ukraynalılardan, nə belaruslardan, nə də digər başqa millətlərin nümayəndələrindən az deyil. Yüzlərlə ən yüksək mükafata layiq görülmüş oğul və qızlarımızın qəhrəmanlıqları başqa millətlərə örnək olub. Müharibə illərində azərbaycanlı oğul və qızlarımızın qəhrəmanlıqlarını, igidliyini nə ermənilər, nə də digər millətlər heç cür gizlədə bilməyiblər.

Həmin illərdə Azərbaycan xalqı həm müharibə zonalarında, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstəriblər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 700 minə yaxın Azərbaycan vətəndaşımüharibədə iştirak edib və qəhrəmancasına vuruşub. Onlardan bir çoxu geri dönməyib, bir qismi itkin düşüb və yaxud həlak olub. Azərbaycan divizyaları Qafqazdan Berlinədək mübariz yol keşiblər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə Şərəf ordeni ilə təltif olunub. 170 minə yaxın azərbaycanlı əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. O dövrdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenalına) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər.

İkinci dünya müharibəsi Azərbaycan xalqının necə fədakar, qəhrəman və cəsarətli olmasını bir daha sübut etdi.

İkinci Dünya müharibəsi bəşər tarixində ən dəhşətli və ən qanlı müharibə idi.

1945-ci il may ayının 9-da alman faşizmi üzərində qələbə çalındı, faşizmin bütün bəşəriyyətə gətirdiyi bəlaların qarşısı alındı.

Əlbətdə, söhbət Böyük Qələbədən, İkinci Dünya müharibəsinin əsas baiskarı olan faşist rejimi üzərində qazanılan ümumbəşəri Qələbədən gedir. Böyük Qələbənin gerçəkləşməsində demək olar ki, dünyanın bütün xalqları və millətləri bu və digər formada iştirak ediblər. Qələbə naminə Azərbaycan xalqının məruz qaldığı mərhumiyyətlər isə sayagəlməzdir.

Ulu öndər Heydər Əliyev BöyükVətən müharibəsi iştirakçıla­rı­na daim yüksək diqqət və qayğı ilə yanaşmışdır.

“Azərbaycan xalqı Sovetlər İttifaqının tərkibində İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın 600 minə qədər vətəndaşı cəbhəyə göndərilmişdir. Onlar qəhrəmancasına vuruşmuş, yarısından çoxu geriyə dönməmiş, özlərini qurban vermiş, həlak olmuşdur. Zəfərlə qayıdan Azərbaycan oğulları isə 1945-ci ilin 9 mayından indiyədək xalqımız üçün, millətimiz üçün böyük qələbənin rəmzidir. İllər keçir, nəsillər nəsilləri əvəz edir, veteranlar bu gün də yaşayırlar. Biz hamımız böyük məmnuniyyət hissi keçiririk ki, Böyük Vətən müharibəsinin veteranları bu gün bizimlə bərabərdir, xalqın içindədir, ictimai-siyasi fəaliyyətlə məşğuldurlar və xalq, müstəqil Azərbaycan dövləti qarşısında öz xidmətlərini göstərirlər”.

Heydər Əliyev.


Ötən əsrdə bəşəriyyətə ən sarsıdıcı zərbəni vurmuş militarist faşist ideologiyası üzərində qələbənin 70 - ci ildönümü tamam olur. İkinci dünya Müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. Bu müharibədə dünyaya ağalıq etmək iddiasında olan militarist qüvvələr, ilk növbədə isə faşist Almaniyası tərəfindən törədilmiş, 1939-cu ilin sentyabrında başlanan müharibə qısa müddətdə bütün Avropanı bürümüş, daha sonra digər qitələrə yayılaraq altı il davam etmişdir.

1941-ci il iyunun 22-də SSRİ üzərinə faşist Almaniyasının hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoçulmuş, tarixə Böyük Vətən müharibəsi kimi düşmüş dəhşətli mübarizə başlanmışdı. Müharibənin gedişində təcavüzkarlar ağlagəlməz vəhşiliklər törədərək milyonlarla insanı qətlə yetirmiş, şəhər və kəndləri xarabazara çevirmiş, istehsal müəssisələrini və mədəniyyət abidələrini darmadağın etmişdilər. Lakin müharibənin sonrakı mərhələsində formalaşan anti hitler koalisiyası ölkələrinin, ilk növbədə ABŞ-ın, Sovet İttifaqının, İngiltərə və Fransanın birgə səyləri nəticəsində 1945-ci ildə faşist Almaniyası və onun müttəfiqləri darmadağın edilmiş, İkinci dünya müharibəsi başa çatmışdı.

Nefti ilə faşizm üzərində qələbəyə böyük töhfə vermiş Azərbaycan xalqı da 9 mayı mühüm dövlət bayramlarından biri kimi qeyd edir. Bu gün tarixçilər birmənalı etiraf edirlər ki, Böyük Vətən müharibəsinin müqəddəratında və faşizm üzərində qələbədə xalqımızın böyük xidmətləri olmuşdu. Cəbhəni bol yanacaq, silah, hərbi sursat və ərzaqla təchiz etmək uğrunda mübarizədə Azərbaycan xalqı bütün maddi və mənəvi potensiyalını səfərbərliyə almışdı. Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların ön səralarında Bakı neftçiləri gedirdilər. Müharibə başlanan günü “Qaradağneft” trestinin kollektivi sovet hökümətinə müraciət edərək iş gününü uzatmağı xahiş etmişdi. Neftçilər yazırdılaar: “Müharibə dövründə 8 və 10 saatlıq işlə kifayətlənmək olmaz. Cəbhə üçün, mənfur düşmən üzərində qələbə üçün nə qədər lazımdırsa, o qədər işləyəcəyik.

1941-ci ildə Azərbaycanda rekord miqdarda-23,5 milyon ton neft çıxarılmışdı. 1941-1945-ci illərdə Azərbaycandan cəbhə bölgəsi-nə 75 milyon ton neft yanacağı göndərilmiş, benzin və sürtkü yağlarına olan tələbatın 75-90 faizini Bakı neftini ödəmişdi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün olmayacaqdır”.

2003-cü ildən bu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Dövlət başçısının sərəncamı ilə faşizm üzərində qələbənin ildönümü hər il respublikamızda yüksək səviyyədə qeyd olunur.

Əgər insanın içində vətənpərvərlik hissi güclü olarsa, onu ən müasir texnikası ilə, silahla heç cür məhv etmək mümkün deyil. Bax, 1941-1945-ci illərdə döyüşən azərbaycanlı əsgərlərin içində belə bir sevgi və məhəbbət vardı. Təbii ki, hər hansı işğalçı ordu ərazini zəbt edəndə və məmləkəti tutanda baxmır ki, burdakı insanların heç bir günahı yoxdur. Çünki müharibənin yazılmamış qanunları var. İşğalçı ordunun əsgəri hər hansı şəhəri, kəndi zəbt edəndə tək onu yandırmaqla kifayətlənmir, həm də anaların, bacıların, qadınların namusuna sataşır. Ona görə də Böyük Vətən Müharibəsində döyüşən oğullarımız heç cürə imkan verməzdilər ki, yağılar bizim məmləkətimizi işğal etsinlər və qız-gəlinlərimizə sataşsınlar. Onların mərdliyi və döyüşkənliyi qarşısında bizim hamımız baş əyməliyik.

Böyük Vətən Müharibəsində minlərlə şəhid olan azərbaycanlının ruhunu necə ola bilər ki, 9 Mayda biz xatırlamayaq? Onlar özləri üçün yox, bütün vətən üçün və xalq üçün döyüşüblər. Bu döyüşən insanları isə unutmağa və yaddan çıxarmağa heç kimin haqqı çatmır. Çünki o kişilər kişi olublar və vətən uğrunda son damla qanlarına kimi döyüşüblər. Deməli, müqəddəs varlıq uğruna döyüşən oğullar heç vaxt yaddan çıxmamalıdırlar.

Ötən il müharibə veteranları ilə görüşündə prezident İlham Əliyev bir daha qeyd edib ki, bütün dünyada etiraz edurlər ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi: İkinci Dünya müharibəsində arxa cəbhədə fəaliyyət göstərən insanların əməyindən çox şey asılı idi. Onu da hamımız bilirik ki, İkinci Dünya müharibəsi motorlar, tanklar, təyyarələr müharibəsi idi. O vaxt Sovet İttifaqının neft potensiyalının demək olar ki, böyük əksəriyyəti Azərbaycanda cəmləşmişdi. Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbayca neftçiləri çıxarıb. Həmin neft emal olunub, yanacağa çevrilib ümumi qələbəmizə xidmətedib. Bunu indi hamı etiraz edir, bütün dünya da etiraz edirlər ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Ön cəbhədə vuruşmuş, arxa cəbhədə çəlışmış bütün insanlar böyük hörmətə layiqdirlər. Gələcək nəsillərin formalaşması üçün sizin nümunəniz çox önəmlidir. Bizim gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır, böyüməlidir. Bu istiqamətdə sizin müharibədən sonrakı fəaliyyətiniz, o cümlədən ictimai fəaliyyətiniz böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələr bu gün davam etdirilir. Bilirsiniz ki, müstəqilliyimizin ilk illərində bəzi qüvvələr 9 may bayramını ləğv etmək istəmişlər və veteranlara münasibət dəyişmişdi. Biz bunu indi də bəzi olkələrdə görürük. Amma xalqımızın ümummilli lideri 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra vəziyyət tamamilə dəyişdi, bütün mənfi meyillər aradan götürüldü və veteranlara layiq olduqları münasibət göstərilməyə başladı. Ədalət bərpa edildi, və 9 May Qələbə günü Azərbaycanda geniş qeyd olunur. Bu gün bu siyasət Azərbaycanda davam etdirilir. Mən dəfələrlə bəyan etmişəm ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasəti bütün sahələrdə davam etdiriləcəkdir. Bu bizə yeni uğurlar, yeni qələbələr gətirəcək, Azərbaycan xalqı daha yaxşı yaşayacaq, sosial məsələlər daha sürətlə öz həllini tapacaqdır. Əlbəttə, veteranlara diqqət bundan sonra da yüksək səviyyədə olacaqdır”.

Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların adları yaddaşımızdan sılınmir və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.

Demək olar ki, İkinci Dünya müharibəsindən sonra böyük müharibələr olmayıb. Amma dünyanın müxtəlif yerlərində lokal müharibələr baş verir. Görünür, həmin müharibələri aparan dövlətlər, yaxud onlara təşəbbüs göstərənlər ikinci dünya müharibəsindən sonra özləri üçün heç bir nəticə çıxarmayıblar.

Dünyanın bir çox bölgələrində hərbi münaqişələr davam etməkdədir. Onlardan biri də Cənubi Qafqazda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasıdır. Həmin alman faşistləri və Hitler kimi ermənilər də işğal edilmiş yerlərdə hər şeyi dağıdıblar. İnsanların neçə illər boyu zəhməti bahasına ərsəyə gəlmiş şəhərlər, kəndlər, istehsal müəssisələri və bir sıra obyektlər erməni işğalçıları tərəfindən darmadağın edilib. Ona görə də erməni işğalçılarının Hitler ordusundan və alman faşizmindən heç bir fərqi yoxdur. Biz tarixin heç bir səhifəsini unutmamalıyıq.



Yüklə 131,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin