GəNCƏ ŞƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 240.97 Kb.
səhifə3/3
tarix19.10.2017
ölçüsü240.97 Kb.
1   2   3

H 98 vəsaiti. - Bakı : Təhsil, 2012. - 104 s.

Annotasiya: Xalçaçı rəssam Məmmədhüseyn Hüseynovun təqdim olunan bu kitabında xalça sənətinin ulu yaddaşı və kodlaşmış naxış yaradıcılığının dövrləşməsi ilə bərabər, həm də mərhələli inkişafından bəhs olunur.

Cəmi 5 : AB (1), O/Z (1), FON (2), F25 (1)
96. 85.125(5Aze)я73 Hüseynov, Məmmədhüseyn. Xalça sənətində haşiyə elementləri və

H 98 onların quruluşu : dərs vəsaiti. - Bakı : Təhsil, 2012. - 96 s.

Annotasiya: Xalça haşiyələri kifayət qədər az araşdırılmış olduğu üçün bu mövzunun geniş şəkildə tədqiq edilməsi əsas məqsəd daşıyır. Ümumiyyətlə, xalça sənətində haşiyələr müstəqil deyil, əsasən, kompozisiyanın quruluş və mənasına bağlı olaraq öyrənilir. Xalça haşiyələrinin elementlərinin dəqiq öyrənilməsi hər zaman aktual olmuşdur. Elə qədim xalçalarımızın əksərinin adının haşiyələrin adı ilə bağlı şəkildə tanıtdırılması çox şeylərdən xəbər verir.

Cəmi 5 : AB (1), O/Z (1), FON (2), F25 (1)
85.14 Rəssamlıq

Azərbaycan dilində

97. 85.143(5Aze) Əliyev, Ziyadxan Alxan oğlu. Sabir təsviri. - Bakı : Təhsil, 2012. - 168 s.

Ə 65 Annotasiya: Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin "Sabir təsviri sənətdə" kitabında öz bənzərsiz "Hophopnamə"si ilə Azərbaycan ədəbiyyatında dərin iz salmış dahi söz xiridarının həyat və yaradıcılığına həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır. Rəssam və heykəltəraşlarımız tərəfindən yaradılmış həmin rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri müxtəlif muzeyləri və kitab səhifələrini bəzəməklə sənətsevərlərə estetik zövq verməkdə, oxuculara Sabir poeziyasının çoxqatlı məna tutumunu duymaqda yardımçı olmaqdadır.

Cəmi 5 : AB (1), O/Z (1), FON (1), F2 (1), F7 (1)


98. 85.143(5Aze) Əliyev, Ziyadxan Alxan oğlu. Azərbaycan xalq rəssamı Davud

Ə 65 Kazımov - 85. - Bakı : Təhsil, 2012. - 216 s.

Annotasiya: Xalq rəssamı Davud Kazımov XX əsrin ikinci yarısında duyulası dərəcədə yeniləşən Azərbaycan rəngkarlığında xüsusi xidmətləri olan sənətkarlardandır. O, davamlı və məhsuldar yaradıcılığı ilə təsviri sənətin bu önəmli sahəsinə yaddaqalan töhfələr vermişdir. Onun süjetli tablo, mənzərə, portret və natürmort janrlarında yaratdığı realizm ənənələrinə tapınan lövhələri özündə çoxtutumlu bədii-estetik dəyərləri hifz edir. Bu kitabda Davud Kazımovun yaradıcılıq yolu izlənməklə, onun əsərlərinin məziyyətlərindən söz acılır.

Cəmi 4 : O/Z (1), FON (2), F7 (1)



99. 85.31(5Aze) Kaman əfsanəsi : acı-şirin xatirələr, əhvalatlar, düşüncələr. - Bakı :

K 22 Aspoliqraf, 2012. - 160 s.

Annotasiya: Kitab xalq artisti Habil Əliyev haqqındadır. Burada sənətkarın özü tərəfindən qələmə alınan xatirələr və əhvalatlar toplanıb. Kitabda həmçinin, elm və mədəniyyət xadimlərinin Habil Əliyev barədə söylədiyi fikirlər və ömrün müxtəlif tarixi məqamlarını əks etdirən fotolar yer alib.

Cəmi 10 : AB (2), O/Z (1), FON (2), F1 (1), F7 (1), F15 (1), F17 (1), F25 (1)
100. 85.143(5Aze) Quliyev, Əsəd Məhəmməd oğlu. XX əsr Azərbaycan incəsənəti haq- Q 86 qında oçerklər. - Bakı : Təhsil, 2012. - 168 s.

Annotasiya: Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, Azərbaycan Rəssamlar ittifaqının üzvü, sənətşünas Əsəd Quliyevin bu kitabı XX əsr Azərbaycan təsviri sənətinin ən görkəmli nümayəndələri-Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Vəcihə Səmədova, Elmira Şahtaxtinskaya, Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Nadir Əbdürrəhmənov və digər məşhur Azərbaycan rəssamları və heykəltəraşları haqqında dolğun və ətraflı məlumat verən ilk topludur. Kitab qalereya və muzey işçiləri, rəssamlar, sənətşünaslar, tələbələr, eləcə də Azərbaycan incəsənəti ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Cəmi 4 : AB (1), O/Z (1), FON (1), F7 (1)


101. 85.143(5Aze) Səməd, Mühbəddin. Şux rənglərin təranəsi. - Bakı : Çağdaş As, 2011. –

S 47  240 s.- Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Xalq rəssamıToğrul Nərimanbəyovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən çap olunur.

Annotasiya: Keçmiş Sovetlər birliyinin və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov olduqca mürəkkəb və çətin bir yaradıcılıq yolu keçmişdir. Amma bu yolda qazandıqları itkilərindən çox olmuşdur. O, özünü ifadə üçün heç kəsə bənzəməyən yeni orijinal ifadə üslubları, formaları axtarıb tapmış, təsviri sənətdə özünəməxsus dəst-xətti, üslubu, rəng duyumu və seçimi ilə diqqəti çəkmişdir. Elə buna görə də milliliklə bəşəriliyin vəhdətində yaratdığı əsərləri sərhədləri aşaraq dünyanın bir çox muzey və qalereyalarında, rəsm kolleksionerlərinin kolleksiyaları arasında özlərinə əbədi yer yaratmışdır. Beləliklə o, Şərqlə Qərb arasında mədəniyyət körpüsünün yaradıcılarından biri olmuşdur.

Cəmi 4 : O/Z (1), FON (2), F25 (1)


85.16 Bədii fotoqrafiya

Azərbaycan dilində

102. 85.16 Məmmədov, Tahir Hidayət oğlu. Bədii fotoqrafiya : dərs vəsaiti. - Bakı : M 51 Şərq- Qərb, 2011. - 173 s.

Cəmi 1 : O/Z (1)

85.3 Musiqi və tamaşa incəsənəti

Azərbaycan dilində

103. 85.31(5Aze) Aqşin Əlizadə : publisistik irs, məqalələr, müsahibələr . - Bakı : Avrasiya

Ə 66 Press, 2012. - 524 s.

Cəmi 5 : AB (1), O/Z (1), F1 (1), F2 (1), F5 (1)

104. 85.31(5Aze) Hüseynova, Lalə Şirməmməd qızı. Azərbaycan Bəstəkarlar İttifaqı : boyuk H 98 yolun tarixi: 1934-2009. - Bakı : "E.L." NPS MMC, 2010. - 480 s.

Annotasiya: Kitabda Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik tarixi öz əksini tapmış, çoxsaylı arxiv sənədlərindən, mətbuatda dərc olunmuş materiallardan, zəngin foto-xronikadan istifadə edilmişdir.

Cəmi 5 : AB (1), O/Z (1), FON (2), F7 (1)


105. 85.31(5Aze) Şirinova, Səadət Təhmiraz qızı. Fikrət Əmirov : monoqrafiya. - Bakı :

Ş 66 Aspoliqraf, 2012. - 400 s.

Annotasiya: Monoqrafiya görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun irsindən bəhs edir. Burada sənətkarın həyatı, yaradıcılığı, əsərlərinin təhlili, özünün xatirələri, dünya şöhrətli musiqiçilərin onun haqqında fikirləri geniş şəkildə işıqlandırılır.

Cəmi 5 : AB (1), FON (2), F7 (1), F17 (1)
106. 85.31(5Aze) Tağızadə, Aida Zeynal qızı. XX əsr Azərbaycan musiqisi : məqalə, oçerk, T 16 esse toplusu. - Bakı : Elm və Təhsil, 2011. - 372 s.

Annotasiya: "XX əsr Azərbaycan musiqisi" kitabında musiqişünas, alim və pedaqoq, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadənin müxtəlif illərdə Azərbaycanda və xaricdə nəşr olunmuş elmi, tənqidi, publisistik məqalələri toplanmışdır. Əsas bölmələrdə Azərbaycan bəstəkarlarının, ifaçılıq sənətinin görkəmli nümayəndələrinin portretləri, musiqi həyatının hadisələi ilə bağlı düşüncələr də qələmə alınmışdır.

Cəmi 5 : AB (1), O/Z (1), FON (2), F7 (1)
107. 85.33(5Aze)-8 Rəhimli, İlham Əziz oğlu. Yaşadan əbədi Yaşar : Azərbaycan

R 52 Respublikasının xalq artisti Yaşar Nuriyevin yaradıcılığının poetika səciyyələrindən estetik naxışlar: monoqrafiya.-Bakı : Apostrof, 2012.- 256 s.

Annotasiya: Kitabda xalq artisti, AMDT-nın aktyoru Yaşar Nuriyevin keçdiyi yaradıcılıq yolunun əsas estetik səciyyələri həll olunur. Aktyorun teatr səhnəsində, kinoda, televiziyada yaratdığı daha xarakterik rolları təhlil edilib, sənətinin əsas bədii ifadə vasitələrinin xüsusiyyətləri açıqlanıb.

Cəmi 5 : AB (1), O/Z (1), FON (2), F7 (1)


108. 85.37(5Aze) Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kinematoqrafçıları :

K 32 portretlər. - Bakı : Təhsil, 2012. - 224 s.

Annotasiya: Kitab on beş nəfər Azərbaycan kinematoqrafçısının həyat və yaradıcılığına həsr edilmişdir. Sənətkarlar arasında rejissor, operator, rəssam, aktyor, rəqqas da vardır. Müxtəlif nəslin nümayəndələri olan bu insanların hərəsinin kino sənətində öz rolu, öz dəst-xətti vardır.

Cəmi 4 : O/Z (1), FON (2), F7 (1)



109. 5.37(5Ирн) Dadaşov, Aydın Ərşad oğlu. İran kinosunun inkişaf təmayülləri :

D 13 monoqrafiya. - Bakı : Elm , 2012. - 192 s.

Anotasiya : Monoqrafiyada İranın ekran sənətinin formalaşmasına təkan verən tarixi hadisələr dini-ideoloji amillər fonunda ölkənin neorealizm, "Yeni dalğa" cərəyanlarının ustad kino sənətkarları ilə yanaşı, çağdaş nəsil və qadın rejissorlarının da filmləri mövzu, struktur, üslub, janr kontekstində xronoloji ardıcıllıqla təhlilə cap olunmuşdur.

Cəmi 1 : FON (1)


110. 85.37 Kino bülleten IV buraxılış : Dövlət film fondunun film bazası . - Bakı :

K 71 Arostroff, 2011. - 71 s.

Cəmi 1 : O/Z (1)

Rus dilində:

111. 85.315(5Азе) Дадашева, Наталья Константиновна. Симфонии Азера Дадашева. –

Д 14 Баку : Təhsil, 2012. - 224 с.

Annotasiya: Книга посвящена исследованию симфоний композитора, заслуженного деятеля искусств Азербайджана Азера Дадашева. Она состоит из введения, трех глав, заключения, полного списка сочинений композитора, списка использованной литературы и нотных примеров. Предваряется исследование обзором всего многожанрового творчества Азера Дадашева.

Cəmi 4 : Ч/З (1), ФОН (2), Ф7 (1)



86 Din. Mistika. Azadfikirlilik

Azərbaycan dilində

112. 86.38 Cəlilova , Nərminə. Zirvədən baxış : 80 seçmə hədis. -Bakı : Əkizlər, 2012. - C 57 208 s.

Annotasiya: Zirvədən baxış" ın (80 seçmə hədis) digər kitablardan müsbət cəhəti, fərqi ondan ibarətdir ki, bu qısa hədislər məna etibarilə daha geniş sadə, məntiqi, dərin fəlsəfi və düşündürücü hikmətləri ilə zəngin bir əsərdir.

Cəmi 5 : AB (1), O/Z (1), F1 (1), F2 (1), F15 (1)



113. 86.3(5Aze) Orucov, Hidayət Xuduş oğlu. Əsərləri : 8 cilddə. VIII cild : Azərbaycanda O-58 din: ən qədim dövrdən bu gün. - Bakı : [s. n.], 2012. - 408 s.

Annotasiya: Bu əsər Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə özündə əks etdirən ilk fundamental monoqrafiyadır. Kitab dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli digər sahələrdə tədqiqat aparan mütəxəsislər. eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli vəsaitdir.

Cəmi 1 : AB (1)

9 UNIVERSAL MƏZMUNLU ƏDƏBIYYAT

91 Biblioqrafik vəsaitlər

114. 91+78.3(5Aze) Yeni kitablar annotasiyalı biblioqrafik göstərici 2012 : I buraxılış . –

Y 52 Bakı : M. F. Axundov adına Milli Kitabxana, 2012. - 432 s.

Cəmi 2 : O/Z (2)
115. 91+78.3(5Aze) Yeni kitablar annotasiyalı biblioqrafik göstərici 2011 : IV bu-raxılış. –

Y 52 Bakı : M. F. Axundov adına Milli Kitabxana, 2012. - 451 s.

Cəmi 2 : O/Z (2)
116. 91(5Aze) Birillik Azərbaycan Kitabiyyatı -2010. - Bakı : M. F. Axundov ad. Milli

B 66 Kitabxana, 2012. - 430 s.

Annotasiya: Kitabiyyatın bu buraxılışında 2010-cu ildə Azərbaycan Respublikasının ərazisində nəşr edilmiş 2776 kitab və kitabça barəsində biblioqrafik informasiya öz əksini tapmışdır.

Cəmi 2 : O/Z (2)
117. 91.9:39.5(5Aze) Azərbaycanda aviasiyanın tarixi : biblioqrafiya. - Bakı : Çaşıoğlu ,

A 99 2012. - 252 s

Cəmi 3 : AB (1), O/Z (1), F2 (1)

118. 91.9:63 Xocalı soyqırımı - 20 : biblioqrafiya. - Bakı : M.F. Axundov adına Milli

X 69 Kitabxana, 2012. - 313 s.

Mündəricat: Xocalı Soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı .

Cəmi 2 : O/Z (1), F6 (1)

119. 91.9:83 Nizami Gəncəvi : biblioqrafiya. - Bakı : M. F. Axundov adına Milli Kitabxana, N 75 2012. - 632 s.

Annotasiya: Vəsaitdə görkəmli şairin əsərləri, həyat və yaradıcılığı haqqında olan materiallar və aforiizmlər öz əksini tapmışdır.

Cəmi 10 : AB (1), O/Z (2), F1 (1), F2 (1), F5 (1), F6 (1), F15 (1), F17 (1), F25 (1)

120. 91.9:85 Niyazi : biblioqrafiya. - Bakı : M. F. Axundov adına Azərbaycan Milli

N 74 Kitabxana, 2012. - 200 s.

Annotasiya: Kitabda bəstəkarın həyat və yaradıcılığının əks etdirən materiallar 1950-ci ildən 2012-ci ilə qədər olan dövrü əhatə edir. Azərbaycan və rus dillərində tərtib olunmuş göstəricidə Niyazinin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, əsərləri, haqqında çap olunmuş materiallar öz əksini tapmışdır.

Cəmi 3 : O/Z (1), Fon (2)

Rus dilində:

121. 91.9:39.5(5Aze) История авиации в Азербайджане : библиография. - Баку :

И 90 Чашыоглу, 2012. - 280 с.

Всего 3 : АБ (1), Ч/З (1), Ф25 (1)



Dostları ilə paylaş:
1   2   3
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə