352) İrinli-septiki infeksiya ilə yoluxma ən çox harada baş verir?
A) Poliklinikada
B) Stomatoloji kabinetdə
C) Əməliyyat otağında
D) Palatada
E) İnfeksion kabinetdə
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
353) El-Tor vəbasına görə endemik ərazi hansıdır?
A) Avstraliya
B) Hindistan
C) Avropanın ayrı-ayrı ölkələri
D) İtaliya
E) Rusiya Federasiyasının cənub regionları
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
354) Vəbanın başlanğıc təzahürü hansıdır?
A) Diareya
B) Dəfələrlə qusma
C) Yüksək qızdırma
D) Qıcolma
E) Qarında tutmaşəkilli ağrılar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
355) Brüselyoz zamanı insan üçün daha təhlükəli infeksiya mənbəyi nədir?
A) Qoyunlar, keçilər
B) İnəklər, keçilər
C) Şimal maralları, keçilər
D) Donuzlar, keçilər
E) Ev quşları, donuzlar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
356) Taun ilə xəstə şəxsdən insanların yoluxması hansı klinik formalarda mümkündür?
A) Tranzitor
B) Xronik
C) Kəskin
D) Ağciyər
E) Bağırsaq
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 2016
Dostları ilə paylaş: |