Giriş Mövzunun aktuallığı



Yüklə 22,6 Kb.
tarix13.05.2022
ölçüsü22,6 Kb.
#115885
Sənəd (1) (1)


Giriş

Mövzunun aktuallığı.

Bazar iqtisadiyyatı sosial yönümlü olan ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da büdcə-vergi sistemi büdcəyə daxil olan gəlir qismində çıxış edən vergilərin formalaşmasında,qiymət artımının qarşısının alınmasında, inflyasiyaya qarşı mübarizənin aparılmasında dövlət üçün mühüm əhəmiyyət kəsb edir.

Bu mövzu ətrafında danışarkən ilk növbədə tarixdə bir qədər geriyə səyahət etmək lazımdır.Belə ki,Azərbaycan keçmiş SSRİ tərkibində olduğu dövrdə vergi yad element kimi düşünülürdü.SSRİ sistemində dövlət müəssisələrindən əldə olunan gəlirin hamısının onlara məxsus olduğu göstərilir və buna görə də onlar burada heç bir vergi münasibəti olmayacağı fikrini irəli sürürdülər.Bütün bunların nəticəsində də nəinki Azərbaycanda,hətta digər SSRİ Respublikalarında vergi münasibətləri inkişafdan geri qalırdı.

1991-ci il dekabr ayının 25-ində SSRİ-nin dağılmasından sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılan siyasət və islahatlar iqtisadiyyatın bütün sahələrində,o cümlədən vergi sahəsində də irəliləyişlərə səbəb oldu. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin yerinə yetirməli olduğu başlıca vəzifələrdən biri də iqtisadi inkişafın təmin olunması yollarının müxtəlif səviyyələrdə araşdırılması və həyata keçirilməsi idi.Belə bir zamanda dünya miqyasında baş verən iqtisadi və siyasi hadisələr Azərbaycan maliyyə sisteminə də təsirsiz ötüşmürdü.Buna misal olaraq, 2008-ci ildə ABŞ İpoteka Fondundakı disbalansdan başlayan maliyyə böhranının təsiri nəticəsində brent markalı neftin qiyməti il ərzində 144,9 ABŞ dollarından 38,1 ABŞ dollarına qədər dəyişmişdir.Azərbaycan Neft fondunu təsis edərək ölkənin iqtisadi sabitliyi təmin eləmişdir.

Bir çox iqtisadçılar Keyns nəzəriyyəsinə əsaslanaraq büdcə-vergi siyasətini fiskal siyasət adlandırır və onu dövlət tərəfindən iqtisadi subyektləri stimullaşdırmaq məqsədilə dövlət xərclərinin və vergi dərəcələrinin səviyyəsinin dəyişdirilməsi kimi izah edirlər.

Dövlətin fiskal siyasəti onun maliyyə siyasətinin önəmli hissəsini təşkil edir və gəlirlər,xərclər və vergilərin tənzimlənməsini həyata keçirir.Dövlətin fiskal siyasəti vergilərin fiskal və tənzimləyici funksiyalarından istifadə edərək fiziki və hüquqi şəxslərin fəaliyyətinə və tədiyyə qabiliyyətinə təsir göstərir.Məhz bu 2 funksiya büdcəyə daxil olan vergilərin və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşların hesablarında qalan maliyyə vəsaitlərinin miqdarını öyrənməyə kömək edir və bu da öz növbəsində ölkədə vergi yükünü yaradır.Fikrimcə,vergi yükünə fiskal siyasətin müsbət və mənfi təsirlərinin qiymətləndirilməsi üzrə yanaşmalar bir çox məsələlərin həlli üçün birbaşa istifadə oluna bilmir,buna səbəb bu yanaşmaların qeyri-müəyyənlik daşımasıdır.

Hal-hazırki dövrdə bu mövzunun aktuallığı iqtisadiyyatın bu qolunda nəzəri və metodoloji bazanın yaradılıb təkmilləşdirilməsinə olan ehtiyacdan irəli gəlir.

Tədqiqatın məqsəd və vəzifələri.

Dünyada baş verən maliyyə böhranları ölkəmizdə həyata keçirilən büdcə-vergi siyasətinin həyata keçirilməsi üsullarının daha səmərəli yollarla təşkili və onun tənzimlənməsinin dövlət tərəfindən təkmilləşdirilməsini tələb edir.Məhz tədqiqatın məqsədi olaraq da Azərbaycanda büdcə-vergi siyasətinin təşkili prinsiplərinin araşdırılaraq öyrənilməsi,bununla yanaşı onun təkmilləşdirilməsi yollarının araşdırılması nəzərdə tutulmuşdur.

Tədqiqat işinin qarşısında duran məqsədə çatmaq üçün üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:


  • Müasir dövrdə fiskal siyasətin mahiyyətinin araşdırılması və nəzəri əsaslarının öyrənilməsi;

  • Fiskal siyasətin təhlil olunaraq əsas kriterlərinin araşdırılması;

  • Fiskal siyasətinin tətbiqi zamanı ortaya çıxan fiskal effektlərin təsirlərinin öyrənilməsi;

  • Dövlətin fiskal siyasətinin həyata keçirilmə istiqamətlərinin tədqiqi və Azərbaycanda fiskal siyasətin müasir vəziyətinin təhlil olunması;

  • Büdcə-vergi siyasətinin təkmilləşdirilməsi zamanı vergi yükünün müəyyən olunması,onun tənzimlənməsi və optimallaşdırılması yollarının müəyyən olunması;

  • Dövlət tərəfindən həyata keçirilən fiskal siyasətin səmərəli fəaliyyət göstərməsi üçün büdcəyə daxil olan gəlirlərin və vergilərin tənzimlənməsi prosesinin öyrənilməsi və təkmilləşdirilməsi ilə bağlı araşdırmanın aparılması.

Tədqiqat obyekti. Tədqiqat obyekti kimi müasir dövrdə dövlətin fiskal siyasəti

və onun tənzimlənməsinin təkmilləşdirilməsi seçilmişdir.



Tədqiqat işinin strukturu. Buraxılış işi giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Yüklə 22,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin