Belə bir cəhəti də qeyd etmək lazımdır ki, bəzən üçüncü növ təyini söz
birləşmələrinin tərəfləri şeir dilində vəznin və qafiyənin tələblərindən asılı olaraq,
normal sırasını dəyişir, əlbəttə, bu nitq hadisəsi dilimiz üçün təbii hal sayılmır.
Xətai nümunələrinin dilində də üçüncü növ təyini söz birləşmələrinin inversiya
uğramasına – Söz sırasının pozulmasına rast gəlinir:
Gərçi gülzari-cəmalın getdi
qarşımdan mənim
Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.(9,31)
Ey könül, fəryadü nalə vəqtidir, eylə fəğan,
Şimdi
şəhrindən sənin ol şahü sultan ayrılır.(9,94)
Ey pəri,
hüsnin sənin mahi-münəvvər görmüşəm,
Ol yüz üstə əbr tək zülfin müənbər görmüşəm.(9,133)
Bu hadisə, yəni təyinlə təyin olunanın yerini dəyişməsi, türkologiyada iki
cür izah olunur: şeir dilində poetikliyi qüvvətləndirən vasitə kimi, nəsr dilində türk
dillərinin daha qədim sintaktik quruluşunun relikti(qalığı) kimi.(10,193-194)
Yuxarıda demişdik ki, üçüncü növ təyini söz birləşməsinin tərəfləri özünü
morfoloji əlamətlərinə malikdir. Tərəflər arasında
sintaktik əlaqə olduqca
möhkəmdir. Lakin Azərbaycan dilinin tarixi inkişafı və eləcə də bu inkişafı özündə
təzahür etdirən yazı abidələrinin dili göstərir ki, bu birləşmələrdə morfoloji
əlamətlərin dəqiqləşməsi və sabit şəkil alması prosesi daha sonralar başa çatmışdır.
Qədim və orta əsrlərin yazı dilində
üçüncü
növ
təyini söz birləşməsi formal
cəhətdən müasir dilimizdən bir qədər fərqli olmuşdur.
Başqa sözlə desək, birləşmənin ikinci tərəfi şəkilçisiz olaraq işlənmişdir.
Məhz buna görə də həmin vəziyyəti nəzərə alaraq,
üçüncü
növ təyini söz
birləşməsinin tarixi inkişafı haqqında müəyyən
bir təsəvvür əldə etmək üçün
onların aşağıdakı xüsusiyyətlərini qeyd etmək lazımdır.
17
a) Orta əsrlərin ədəbi və bədii əsərlərinin dilində
üçüncü
növ təyini söz
birləşməsi bir qayda olaraq, formal cəhətdən ikinci
növ təyini söz birləşməsinə
oxşayır. Lakin məna və vəzifə cəhətdən tamamilə
üçüncü
növ təyini söz birləşməsi
kimi dərk edilir. Belə birləşmələrdə birinci tərəf əsasən xüsusi isimlərdən əmələ
gəldiyi üçün ikinci tərəfin aidiyyət, mülkiyyət mənası nöqteyi-nəzərindən
morfoloji əlamətə, yəni -ın
4
şəkilçisinə ehtiyac duyulmur,
çünki birləşmənin
məzmununda heç bir qeyri-müəyyənlik mücərrədlik izi yoxdur. Məsələn:
Bu
Xətayi eşqinə neçün xəlayiq tən edər,
Ol məhi kim gördü kim, hüsninə heyran olmadı.(9,192)
Bu
Xətayi canını qurban edər ol mahə kim,
Pərtövi-mehri cəmalın ayə salmışdır yenə.(9,174)
Bu
Xətayi könlüni yəğmə verdi çin içün,
Çin çərisi basdı Rumi, gəldi Maçin üstünə.(9,184)
Bəzən də eyni münasibəti ümumi isimlərdə yarandığı zaman müşahidə
edirik. Burada yenə birinci tərəf mətin daxilində mücərrədlikdən daha çox məlum
bir əşya haqqında təsəvvür yaradır. Belə hallarda yerinə görə işarə əvəzliklərindən
istifadə edir. Məsələn:
Dostları ilə paylaş: