ikinci tərəf ismin bütün hallarına düşərək, müvafiq hal şəkilçisi qəbul edir. Sərbəst
surətdə cümlənin bu və ya digər üzv ola bilər. Əsasən, hər 2 tərəfi türk mənşəli
sözlərdən, qismən bir tərəfi alınma sözlərdən olan ikinci növ
təyini söz birləşmələri
sıralanma, semantika və funksiyasına görə, çağdaş ədəbi dilimizdəki kimidir. Bu
da XVI əsrin ədəbi dilin sintaktik sistemindəki birləşmələrin sabitliyini qoruyub
saxladığını göstərir.
Yazılı abidələrin dilində rast gəlinən ikinci növ təyini söz birləşmələrinin bir
qismi konkretliyi ifadə etdiyi, daha doğrusu, semantikasına görə, üçüncü növ təyini
söz birləşməsindən fərqlənmir. Məsələn : Beyrək atı - Beyrəyin atı(“Kitab”); Leyli-
anası – Leylinin anası(Füzuli) və.s. Bu cür birləşmələri şərti olaraq üçüncü növ
təyini söz birləşmələrinin naqis forması adlandıran H.Mirzəzadə yazır: “Orta
əsrlərin ədəbi və bədii əsərlərinin dilində üçüncü növ təyini söz birləşməsi, bir
qayda olaraq, formal cəhətdən ikinci növ təyini söz birləşməsinə oxşayır. Lakin
məna və vəzifə cəhətdən tamamilə üçüncü növ təyini
söz birləşməsi kimi dərk
edilir. Belə birləşmələrdə birinci tərəfi əsasən xüsusi ismlərdən əmələ gəldiyi üçün
ikinci tərəfin aidiyyət, mülkiyyət mənası nöqteyi-nəzərindən morfoloji əlamətən,
yəni –ın
4
şəkilçisinə ehtiyyac duyulmur, çünki birləşmənin məzmununda heç bir
qeyri-müəyyənlik, mücərrədlik yoxdur. Məs:
Bu
Xətayi həqqinə daim dutubdur çox ümid,
Aqibət rəhm eylə anə saəti-yövmül hesab.(9,40)
Bu
Xatayi yüzüni ta gördü, ey xubi-xötən,
Ol xətavü hind elində padşah olmuşdurur.(9,68)
Elçin Hümbətov isə bu tip vahidləri müəyyənlik anlayışı ifadə edən ikinci
növ təyini söz birləşmələri başlığı altında izah edir. Konkret desək, müəllif
“Kitab”ın dilində ikinci və üçüncü növ təyini söz
birləşmələrinin bir-birinin
əvəzləyicisi rolunda çıxış etdiyini göstərməklə yanaşı, ikinci növ təyini söz
birləşmələrinin bir hissəsinin semantik cəhətdən
üçüncü növ təyini söz
14
birləşmələrindən fərqlənmədiyini qeyd edir.”... Baybican bəg qızı, Baybican bəgin
qızı, Baybicanın qızı birləşmələrindən hansının müəyyənlik, hansının
isə qeyri-
müəyyənlik ifadə etdiyini müəyyənləşdirmək mümkün deyil. Çünki hər iki təyini
söz birləşməsi konkret və müəyyən bir obyektdi - Baybican bəyin qızı Banıçiçəyi
bildirir. Tənrinin buyruğilə, peyğəmbərin qövlilə, Tənri buyruğilə,
peyğəmbər
qövlilə. Nümunə gətirdiyimiz təyini söz birləşmələrinin işləndiyi konteksdə həmin
təyini söz birləşmələrinin bir yerdə ikinci növ təyini söz birləşməsi kimi, digər
yerdə isə üçüncü növ təyini söz birləşməsi kimi işlənməsi şərtləndirmir. Uruz başı,
Beyrək atı, Banıçiçək otağı, Qazan namusu, Qazan xatunu, Qazan qartaşı, Qalın
oğuz imrəncisi söz birləşmələri, ikinci növ təyini söz birləşmələri olsada
müəyyənlik, konkretlik ifadə edir və semantik cəhətdən üçüncü növ təyini söz
birləşmələrindən fərqlənmirlər. Deməli, “Beyrək atı”, “lüyli anası”, “Xətayi
həqqinə” “Xətayi yüzüni” kimi birləşmələrin ikinci növ təyini söz birləşməsi
daxilində öyrənilməsini məqbul hesab etmək olar. Yusif Seyidovun bir fikrini
xatırlatmaq yerinə düşür: “Tarixi baxımdan ikinci və üçüncü növ təyini söz
birləşmələri bir birləşmə növünün variantlarıdır.
Bu variantlar zaman keçdikcə
müstəqilləşmiş müstəqil birləşmələrə çevrilmişdir. İndi onların hər birinin
özünəməxsus xeyli qrammatik və semantik xüsusiyyətləri var. Bu qeydlər bir daha
təsdiq edir ki, dilimizdə ikinci və üçüncü növ təyini söz birləşmələrin
sabitləşməsini son əsrlərlə əlaqələndirmək olmaz.
Üçüncü növ təyini söz birləşmələri
Üçüncü növ təyini söz birləşmələrin hər iki
tərəfində qrammatik şəkilçi
işlənir. Birinci tərəfdə yiyəlik halın morfoloji göstəricisi ikinci tərəfdə isə bütün
şəxslər üzrə mənsubiyyət şəkilçisi. Üçüncü növ təyini söz birləşmələrinin digər
səciyyəvi cəhətləri isə bunlardır; tərəfləri əsasən, isimlə ifadə olunur, birinci tərəf
müəyyən yiyəlik halda işləndiyi üçün konkretliyi və müəyyənliyi ifadə edir,
tərəfləri arasına istənilən qədər söz daxil ola bilir, tərəfləri arasında qarşılıqlı
uzlaşma-idarə əlaqəsi olur, tərəfləri birlikdə bir anlayışı ifadə etdiyi üçün cümlənin
mürəkkəb üzvü kimi çıxış edir.
15